Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

AQTA daha 10 müəssisədə pozuntular aşkarlayıb

09 Sentyabr 2021, 17:48 (GMT +4)

Bakı, 9 sentyabr, SalamNews. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.

AQTA-dan SalamNews-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində 2021-ci il sentyabrın 8-də ölkə üzrə 404 ictimai iaşə obyektində 703 monitorinq keçirilib. Monitorinqlər zamanı 10 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 174m ünvanında yerləşən, fiziki şəxs Tağıyeva Nurlana Fəxrəddin qızına məxsus “Kolorit” restoranı;

2. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri ştq, Binəqədi şosesi, ev 54 ünvanında yerləşən, fiziki şəxs Əliyev Aydın Həbib oğluna məxsus “Çeşməli” restoranı;

3. Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində yerləşən, hüquqi "Beat Restaurants" MMC-yə məxsus restoran;

4. Bakı şəhəri, Nərimanov rayonu, Gənclik Mall-da yerləşən, fiziki şəxs Cəfərov Teymur Cəfər oğluna məxsus restoran;

5. Bakı şəhəri, Nərimanov rayonu, Gənclik Mall-da yerləşən, hüquqi şəxs "Siti Keyterinq" QSC-yə məxsus restoran;

 

6. Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., Mir Mahmud Kazımovski küç., ev 136 ünvanında yerləşən, fiziki şəxs Məmmədov Camal Kamil oğluna məxsus “Qaxac” kafesi;

7. Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küç., ev 218 ünvanında yerləşən, fiziki şəxs Suleymanov Anar Nurəddin oğluna məxsus restoran;

8. Bakı şəhəri, Səbail rayonu, Məmmədəliyev küçəsi 6 ünvanında yerləşən, hüquqi şəxs "United Coffee Beans" MMC-yə məxsus restoran;

9. Sumqayıt şəhəri, Bulvar küçəsi 71 ünvanında yerləşən, fiziki şəxs Hüseynzadə Teymur Şükür oğluna məxsus "Vanilla waffle" kafesi;

10. Salyan rayonu, Marışlı kəndində yerləşən, fiziki şəxs Cahangirov Anar İsa oğluna məxsus yemekxana.

Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

26 Oktyabr 2021, 17:59 (GMT +4)
Azərbaycan və Türkiyə liderləri Zəngilanda ağac əkiblər

26 Oktyabr 2021, 17:46 (GMT +4)
Ermənistan parlamentində Azərbaycanla sərhəddəki vəziyyətlə bağlı qapalı iclas keçirilib

26 Oktyabr 2021, 17:34 (GMT +4)
MN: Kəlbəcər və Laçında 580 km-dən çox torpaq örtüklü yollar inşa edilib

26 Oktyabr 2021, 17:23 (GMT +4)
Sudanda çevriliş edən hərbçilər baş nazirin saxlanıldığı yeri açıqlayıblar

26 Oktyabr 2021, 17:16 (GMT +4)
Xüsusi məktəblərə işə qəbulla bağlı müsahibə mərhələsi başa çatıb

26 Oktyabr 2021, 17:06 (GMT +4)
BMT-nin baş katibi beynəlxalq ictimaiyyəti pandemiya dövründəki səhvlərdən dərs çıxarmağa  çağırıb

26 Oktyabr 2021, 16:53 (GMT +4)
Azərbaycan və Türkiyə prezidentləri Zəngilanda “Dost Aqropark”ın təməlini qoyublar

26 Oktyabr 2021, 16:42 (GMT +4)
Pirallahıda narkotik satan şəxslər saxlanılıb (VİDEO)

26 Oktyabr 2021, 16:33 (GMT +4)
Husilər Yəməndə bir rayonu nəzarətə götürüblər

26 Oktyabr 2021, 16:30 (GMT +4)
“AzerGold” ali məktəb tələbələri üçün Təqaüd proqramı elan edir

26 Oktyabr 2021, 16:20 (GMT +4)
Sobyanin Moskvada koronavirusla bağlı vəziyyəti gərgin adlandırıb

26 Oktyabr 2021, 16:16 (GMT +4)
Azərbaycanda 166 məktəbdə ənənəvi dərs jurnalları ləğv edilib

26 Oktyabr 2021, 16:04 (GMT +4)
İlham Əliyev və Ərdoğan Şuşaya çəkilən yolun tikintisi ilə tanış olublar

26 Oktyabr 2021, 15:54 (GMT +4)
Nyu-Yorkda fövqəladə vəziyyət elan edilib

26 Oktyabr 2021, 15:45 (GMT +4)
Britaniya Kraliçası II Elizabet Azərbaycanı təbrik edib

26 Oktyabr 2021, 15:35 (GMT +4)
Peskov regionlarda məhdudiyyətlərin ilin sonuna qədər uzadılması ehtimalını şərh edib

26 Oktyabr 2021, 15:29 (GMT +4)
İranda yanacaq doldurma məntəqələrinin sisteminə kiber hücum olub

26 Oktyabr 2021, 15:18 (GMT +4)
Azərbaycan və Türkiyə Prezidentləri Zəngəzur Dəhlizinin təməlini qoyublar 

26 Oktyabr 2021, 15:08 (GMT +4)
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü olub

26 Oktyabr 2021, 14:52 (GMT +4)
Bakıda daha bir məktəb koronavirusa görə bağlanıb

26 Oktyabr 2021, 14:50 (GMT +4)
Gürcüstanda COVID-19-dan 9 uşaq ölüb

26 Oktyabr 2021, 14:42 (GMT +4)
Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı yenidən 2000-i ötüb

26 Oktyabr 2021, 14:34 (GMT +4)
Pakistan da daxil olmaqla dörd ölkənin XİN rəhbərləri İrana gedirlər

26 Oktyabr 2021, 14:25 (GMT +4)
Gənclər və idman naziri taekvondo üzrə milli komanda üzvləri ilə görüşüb

26 Oktyabr 2021, 14:23 (GMT +4)
Rusiyada koronavirusdan gündəlik ölüm sayında yeni anti-rekord qeydə alınıb

26 Oktyabr 2021, 14:13 (GMT +4)
Mahir Emrelinin baş məşqçisi ilə yollar ayrılıb

26 Oktyabr 2021, 14:10 (GMT +4)
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb

26 Oktyabr 2021, 13:58 (GMT +4)
Bayden: Bu il qlobal istiləşmənin ABŞ-a vurduğu ziyan 100 milyard dollara çatıb

26 Oktyabr 2021, 13:48 (GMT +4)
Füzuli Beynəlxalq Hava Limanının rəmzi açarı İlham Əliyev və Rəcəb Tayyib Ərdoğana təqdim edilib

26 Oktyabr 2021, 13:47 (GMT +4)
Azərbaycanlı boksçu erməniyə qalib gəlib Avropa çempionu olub - (FOTO)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66