Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

DSX: Azərbaycan-Gürcüstan sərhədini pozan qaraçılar saxlanılıb

10 Sentyabr 2021, 13:12 (GMT +4)

Bakı, 10 sentyabr, SalamNews. Sentyabrın 7-də Gürcüstandan Azərbaycan istiqa­mətində dövlət sərhədindən buraxılış məntəqələrindən kənarda dövlət sərhədini pozmağa cəhd göstərən 3-ü azyaşlı uşaq olmaqla, 10 nəfərdən ibarət qaraçı milliyyətindən olan şəxslər saxlanılıb.

Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən SalamNews-a bildirilib ki, araşdırma zamanı onlardan 2 nəfərin eyni cinayət əməlini törətdiyinə görə hüquq-mühafizə orqanları tərəfindən axtarışda olması müəyyənləş­dirilmişdir. Faktla bağlı cinayət işi başlanılmış, azyaşlılar istisna olmaqla, saxlanılan şəxslər cinayət məsuliyyətinə cəlb olunmuşlar, hazırda istintaq tədbirləri davam etdirilir.

Ümumiyyətlə, son dövr ərzində qaraçı milliyyətindən olan şəxslərin dövlət sərhədindən buraxılış məntəqələrindən kənarda Azərbaycan Respublikasından Gürcüstana və əks istiqamətdə dövlət sərhədini qanun­suz keçməyə cəhd göstərmə hallarının artması müşahidə olunur.

2020 və 2021-ci illər ərzində Azərbaycan-Gürcüstan və əks istiqa­mətdə dövlət sərhədini 34 halda pozmuş 140 nəfər saxlanılmışdır.

Bu şəxslər barəsində dövlət sərhədinin qanunsuz olaraq keçmələrinə görə cinayət işi başlanılaraq ibtidai istintaq aparılmış, 63 şəxs isə azyaşlı olduqları üçün aidiyyəti üzrə icra hakimiyyətləri yanında yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi üzrə komissiyaya və ya komissiyanın iştirakı ilə müvafiq aktla valideynlərinə təhvil verilmişlər.

Buna baxmayaraq, saxlanılan şəxslərdən 13 nəfərinin təkrarən bir neçə halda dövlət sərhədini qanunsuz olaraq keçməyə cəhd göstərmələri müəyyən edilmişdir.

Göstərilənləri nəzərə alaraq, bu kateqoriyadan olan sərhəd pozucularının dövlət sərhədini pozma cəhdlərinin qarşısının alınması məqsədilə Dövlət Sərhəd Xidməti tərəfindən aidiyyəti dövlət qurumları ilə birlikdə ciddi tədbirlər davam etdirilir.

 




Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

16 Oktyabr 2021, 17:02 (GMT +4)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

16 Oktyabr 2021, 16:50 (GMT +4)
Bakıda Ukrayna Mərkəzi açılıb

16 Oktyabr 2021, 16:44 (GMT +4)
Saakaşvili tibbi müayinədən keçməyə və dərman qəbul etməyə razılıq verib

16 Oktyabr 2021, 16:37 (GMT +4)
Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlanıb

16 Oktyabr 2021, 16:26 (GMT +4)
Yaponiyanın yeni Baş naziri ABŞ-a səfər etmək istədiyini açıqlayıb

16 Oktyabr 2021, 16:18 (GMT +4)
Nazirlik: Prezidentin yeni sərəncamı 1 milyon 800 min vətəndaşı əhatə edəcək

16 Oktyabr 2021, 16:07 (GMT +4)
NK: Əməkhaqlarının, pensiya və təqaüdlərin artırılması üçün təkliflərin hazırlanmasına başlanılıb

16 Oktyabr 2021, 15:56 (GMT +4)
İranın Mərkəzi Bankının sabiq sədri 10 il müddətində azadlıqdan məhrum edilib

16 Oktyabr 2021, 15:50 (GMT +4)
Təbii qaz üzrə tariflərin dəyişdirilməsinin səbəbləri və təsirləri açıqlanıb

16 Oktyabr 2021, 15:37 (GMT +4)
Türkiyədə Rəcəb Tayyib Ərdoğanla Angela Merkel arasında danışıqlar keçirilir 

16 Oktyabr 2021, 15:35 (GMT +4)
Azərbaycanda əməkhaqları, pensiyalar, sosial müavinətlər və təqaüdlər artırılır

16 Oktyabr 2021, 15:25 (GMT +4)
Prezident əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında sərəncam imzalayıb

16 Oktyabr 2021, 15:15 (GMT +4)
Kürdəmirdə çörək sexində nöqsanlar aşkarlanıb

16 Oktyabr 2021, 15:04 (GMT +4)
Fələstinli hərəkatlar İsrailli əsirlərin görüntülərini yayımlayaraq Təl-Əvivə xəbərdarlıq ediblər

16 Oktyabr 2021, 14:52 (GMT +4)
Azərbaycanda elektrik enerjisinin və təbii qazın qiyməti dəyişdirilib

16 Oktyabr 2021, 14:49 (GMT +4)
"Milan" belçikalı futbolçu ilə yeni müqavilə imzalayıb

16 Oktyabr 2021, 14:45 (GMT +4)
Gürcüstanda COVID-19-a gündəlik yoluxmalarda artım qeydə alınıb

16 Oktyabr 2021, 14:39 (GMT +4)
Prezident mədəniyyət xadimlərini təltif edib

16 Oktyabr 2021, 14:31 (GMT +4)
Fransa çempionatı: PSJ çətin qələbə qazanıb

16 Oktyabr 2021, 14:28 (GMT +4)
Prezident İlham Əliyev mədəniyyət xadimlərinə fəxri adlar verib

16 Oktyabr 2021, 14:20 (GMT +4)
Millimizin hücumçusu Mahir Emrelinin transfer qiyməti artıb

16 Oktyabr 2021, 14:18 (GMT +4)
Rusiya Baş nazirinin müavini Baydenin Milli Təhlükəsizlik məsələri üzrə köməkçisi ilə görüşüb

16 Oktyabr 2021, 14:13 (GMT +4)
Azad edilmiş ərazilərin minalardan təmizlənməsi üçün Fransa ilə sənədin imzalanması nəzərdə tutulur

16 Oktyabr 2021, 14:05 (GMT +4)
"Beşiktaş" İstanbul derbisində məğlub olub - (VİDEO)

16 Oktyabr 2021, 14:02 (GMT +4)
Əfqanıstanda məscid partlayışında həyatını itirənlər üçün şəhidlər xiyabanı nəzərdə tutulub (FOTO)

16 Oktyabr 2021, 13:53 (GMT +4)
Azərbaycan Premyer Liqası: "Səbail" "Keşlə" ilə, "Qəbələ" "Zirə" ilə qarşılaşır

16 Oktyabr 2021, 13:50 (GMT +4)
Göyçayda toy təşkilatçısı cərimələnib

16 Oktyabr 2021, 13:39 (GMT +4)
Merkel Almaniyanın yeni hökuməti ilə bağlı mülahizələrini bölüşüb

16 Oktyabr 2021, 13:30 (GMT +4)
"Qızıl top"u Ronaldo almalıdır - "Mançester Yunayted"in sabiq baş məşqçisi

16 Oktyabr 2021, 13:29 (GMT +4)
Türkiyə Suriyanın şimalında yeni hərbi əməliyyata hazırlaşır -KİV

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66