Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

“Bakcell” Azərbaycanın ən sürətli mobil şəbəkəsi elan olunub

13 Sentyabr 2021, 12:15 (GMT +4)

Bakı, 13 sentyabr, SalamNews. “Bakcell” şəbəkəsi “Ookla” tərəfindən "Azərbaycanın ən sürətli mobil şəbəkəsi" adına layiq görülüb.

Mobil və genişzolaqlı şəbəkələrin intellektual təhlili, mobil tətbiqetmələrin və texnologiyaların sınaqdan keçirilməsi üzrə dünya lideri olan “Ookla” ən yüksək mobil şəbəkə sürətini müəyyən etmək üçün özünün Speedtest mobil tətbiqetməsi vasitəsilə Azərbaycanın bütün mobil operatorlarının şəbəkələrini test edib. 68 mindən çox istifadəçinin iştirak etdiyi testin nəticəsinə görə bu ilin birinci və ikinci rübü ərzində Bakcell ən yaxşı nəticələri göstərib. "Bakcell"in mobil şəbəkəsi ən yüksək yükləmə (download) və ötürmə (upload) sürəti nümayiş etdirib.

“Biz bu mükafata layiq görüldüyümüz üçün qürur duyuruq. Bu, abunəçilərimizi ən üstün mobil şəbəkə və ən yüksək keyfiyyətli müştəri təcrübəsi ilə təmin etmək üçün göstərdiyimiz səylərə müstəqil təşkilatdan verilən yüksək qiymətdir. Abunəçilərin mobil şəbəkəyə daha çox ehtiyac duyduğu çətin pandemiya dövründə bu mükafatın əhəmiyyəti daha da artır. Bu müddət ərzində biz “Bakcell” abunəçilərinə kommunikasiya, iş və əyləncə üçün daha geniş imkanlar açmaq üçün əlimizdən gələni etdik. Fəaliyyətimizin uğurlu nəticəsi olan bu mükafat bizə abunəçilərimizin mobil rabitə xidmətlərinə olan tələblərini tam həcmdə ödəmək naminə daha çox işləmək üçün əlavə motivasiya verir”, deyə “Bakcell” şirkətinin baş icraçı direktoru Rainer Rathgeber bildirib.

2018-2019-cu illərdə “Ookla” şirkəti “Bakcell” şəbəkəsini 3 dəfə ardıcıl olaraq "Azərbaycanın ən sürətli mobil şəbəkəsi" adına layiq görüb. Bu gün “Bakcell” şəbəkəsi 8700-dən çox baza stansiya sayəsində Azərbaycan əhalisinin 99.9%-ni, ölkə ərazisinin isə 91.7%-ni əhatə edir.

“Ookla” tərəfindən təqdim olunan “Speedtest mükafatı” yalnız bazarda ən üstün internet göstəriciləri və əhatə dairəsinə malik olan mobil operatorlara verilir. Biz "Azərbaycanın ən sürətli mobil şəbəkəsi" mükafatını “Bakcell” şirkətinə böyük məmnuniyyətlə təqdim edirik. Bu mükafat şirkətin 2021-ci ilin I və II rübləri ərzində göstərdiyi müstəsna nəticələrin təsdiqidir. Bu yüksək nəticələr abunəçilər tərəfindən “Speedtest” proqramı vasitəsilə edilən sınaqların ciddi şəkildə təhlili nəticəsində əldə olunub”, deyə Ookla şirkətinin baş icraçı direktoru Doug Suttles bildirib.

https://www.speedtest.net/awards/azerbaijan/2021/?award_type=carrier&time_period=q1-q2

Ookla mobil və genişzolaqlı şəbəkələrin intellektual təhlili, mobil tətbiqetmələrin və texnologiyaların sınaqdan keçirilməsi üzrə dünya lideridir. “Ookla”nın aparıcı şəbəkə sınaqları platforması olan Speedtest proqramı hər gün bütün dünyanın şəbəkələrin fəaliyyəti və keyfiyyətinə dair milyonlarla ölçmələrin nəticələrini emal edir.

“Ookla”nın 2021-ci ilin 1-ci və 2-ci rübləri üzrə Speedtest Intelligence məlumatlarının təhlilinə əsasən, Ookla ticarət nişanları lisenziya və müvafiq icazə əsasında istifadə olunur.

 





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

26 Oktyabr 2021, 17:59 (GMT +4)
Azərbaycan və Türkiyə liderləri Zəngilanda ağac əkiblər

26 Oktyabr 2021, 17:46 (GMT +4)
Ermənistan parlamentində Azərbaycanla sərhəddəki vəziyyətlə bağlı qapalı iclas keçirilib

26 Oktyabr 2021, 17:34 (GMT +4)
MN: Kəlbəcər və Laçında 580 km-dən çox torpaq örtüklü yollar inşa edilib

26 Oktyabr 2021, 17:23 (GMT +4)
Sudanda çevriliş edən hərbçilər baş nazirin saxlanıldığı yeri açıqlayıblar

26 Oktyabr 2021, 17:16 (GMT +4)
Xüsusi məktəblərə işə qəbulla bağlı müsahibə mərhələsi başa çatıb

26 Oktyabr 2021, 17:06 (GMT +4)
BMT-nin baş katibi beynəlxalq ictimaiyyəti pandemiya dövründəki səhvlərdən dərs çıxarmağa  çağırıb

26 Oktyabr 2021, 16:53 (GMT +4)
Azərbaycan və Türkiyə prezidentləri Zəngilanda “Dost Aqropark”ın təməlini qoyublar

26 Oktyabr 2021, 16:42 (GMT +4)
Pirallahıda narkotik satan şəxslər saxlanılıb (VİDEO)

26 Oktyabr 2021, 16:33 (GMT +4)
Husilər Yəməndə bir rayonu nəzarətə götürüblər

26 Oktyabr 2021, 16:30 (GMT +4)
“AzerGold” ali məktəb tələbələri üçün Təqaüd proqramı elan edir

26 Oktyabr 2021, 16:20 (GMT +4)
Sobyanin Moskvada koronavirusla bağlı vəziyyəti gərgin adlandırıb

26 Oktyabr 2021, 16:16 (GMT +4)
Azərbaycanda 166 məktəbdə ənənəvi dərs jurnalları ləğv edilib

26 Oktyabr 2021, 16:04 (GMT +4)
İlham Əliyev və Ərdoğan Şuşaya çəkilən yolun tikintisi ilə tanış olublar

26 Oktyabr 2021, 15:54 (GMT +4)
Nyu-Yorkda fövqəladə vəziyyət elan edilib

26 Oktyabr 2021, 15:45 (GMT +4)
Britaniya Kraliçası II Elizabet Azərbaycanı təbrik edib

26 Oktyabr 2021, 15:35 (GMT +4)
Peskov regionlarda məhdudiyyətlərin ilin sonuna qədər uzadılması ehtimalını şərh edib

26 Oktyabr 2021, 15:29 (GMT +4)
İranda yanacaq doldurma məntəqələrinin sisteminə kiber hücum olub

26 Oktyabr 2021, 15:18 (GMT +4)
Azərbaycan və Türkiyə Prezidentləri Zəngəzur Dəhlizinin təməlini qoyublar 

26 Oktyabr 2021, 15:08 (GMT +4)
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü olub

26 Oktyabr 2021, 14:52 (GMT +4)
Bakıda daha bir məktəb koronavirusa görə bağlanıb

26 Oktyabr 2021, 14:50 (GMT +4)
Gürcüstanda COVID-19-dan 9 uşaq ölüb

26 Oktyabr 2021, 14:42 (GMT +4)
Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı yenidən 2000-i ötüb

26 Oktyabr 2021, 14:34 (GMT +4)
Pakistan da daxil olmaqla dörd ölkənin XİN rəhbərləri İrana gedirlər

26 Oktyabr 2021, 14:25 (GMT +4)
Gənclər və idman naziri taekvondo üzrə milli komanda üzvləri ilə görüşüb

26 Oktyabr 2021, 14:23 (GMT +4)
Rusiyada koronavirusdan gündəlik ölüm sayında yeni anti-rekord qeydə alınıb

26 Oktyabr 2021, 14:13 (GMT +4)
Mahir Emrelinin baş məşqçisi ilə yollar ayrılıb

26 Oktyabr 2021, 14:10 (GMT +4)
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb

26 Oktyabr 2021, 13:58 (GMT +4)
Bayden: Bu il qlobal istiləşmənin ABŞ-a vurduğu ziyan 100 milyard dollara çatıb

26 Oktyabr 2021, 13:48 (GMT +4)
Füzuli Beynəlxalq Hava Limanının rəmzi açarı İlham Əliyev və Rəcəb Tayyib Ərdoğana təqdim edilib

26 Oktyabr 2021, 13:47 (GMT +4)
Azərbaycanlı boksçu erməniyə qalib gəlib Avropa çempionu olub - (FOTO)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66