Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Vahid Əhmədov: “Benzini birdən-birə 15 qəpik bahalaşdırmaq absurddur”

15 Sentyabr 2021, 11:50 (GMT +4)

Bakı, 15 sentyabr, SalamNews. ““Aİ-95” markalı benzinin qiyməti 1.60, “Aİ-98”in satışı isə 1.90 manat olub. “Aİ-98” az işlənsə də, “Aİ-95” çox işlənən yanacaqdır. Tələbatın çox olduğu yanacağın qiymətini birdən-birə 15 qəpik bahalaşdırmaq absurddur. Benzini il ərzində neçə dəfə bahalaşdırmaq olar? Açığı mən artım gözləmirdim, çünki artım hələ bir neçə ay əvvəl olmuşdu”.

SalamNews xəbər verir ki, bu sözləri modern.az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov benzinin bahalaşmasına münasibət bildirərkən deyib.

Deputat SOCAR-ın benzinin bahalaşması ilə bağlı verdiyi açıqlamadakı izahın anlaşılan olmadığını vurğulayıb:

“Hər dəfə də izah edirlər ki, Azərbaycanda istehsal edilmədiyi, xaricdən idxal olunduğu üçün qiymətlər artırılır. Neçə illərdir eyni şablon açıqlama verilir. Azərbaycan neft ölkəsidir. İdxal baha başa gəlirsə, zavod tik, öz ölkəndə istehsal et. Ölkədə ən çox işlənən “Aİ-92” və “Aİ-95” markalı benzinlərdir. Niyə bu vaxta qədər zavod tikib bu benzini özümüz istehsal etmirik ki, qiymətlər də belə yüksək olmasın?!

Məntiqlə neft bahalaşır deyə xaricdən idxal ediləni bahalaşdırırlarsa, daxildə istehsal edilən “Aİ-92” markalı benzini də ucuzlaşdırmalıdırlar. Amma bizdə qiymətin aşağı salınması görünməmiş şeydir. Bu gedişlə mən gözləyirəm ki, “Aİ-92”-ni də bahalaşdırsınlar”.

Parlamentari deyib ki, bu bahalaşmanın qarşılığında əmək haqları, pensiya və müavinətlərə yenidən baxılmalıdır:

“Siz buna təkcə benzinin bahalaşması kimi baxmayın, bu, ərzaqdan tutmuş qeyri-ərzağa qədər bütün sahələrə təsir edəcək. İnsanların həyat şəraitinə mənfi təsir göstərəcək. Məsələ çox ciddidir. Bu gün mağazadan 5 manata aldığın məhsul gələn həftə 5 manatdan baha olur. Bahalaşma sürətlə gedir, insanların vəziyyəti pisdir. Parlamentdə bu məsələlərə mütləq toxunacağıq”.

“Neft qiymətləri yüksəkdir, Azərbaycana daxil olan valyutanın həcmi kifayət qədərdir, pul dövriyyəsində çətinliyimiz yoxdur, manatın məzənnəsi stabildir. Bu bahalaşmaya nə ehtiyac vardı?!”, - deyə V.Əhmədov əlavə edib.

 





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

27 Oktyabr 2021, 18:01 (GMT +4)
Azərbaycan və Xorvatiya arasında mədəni əməkdaşlıq genişləndiriləcək

27 Oktyabr 2021, 17:47 (GMT +4)
Avropa Məhkəməsi Polşa hökumətini cərimələyib

27 Oktyabr 2021, 17:45 (GMT +4)
Nazirlik 8 Noyabr - Zəfər Günü ilə bağlı keçiriləcək tədbirlərin siyahısını açıqlayıb

27 Oktyabr 2021, 17:34 (GMT +4)
General Rövşən Əkbərov 10 il azadlıqdan məhrum edilib

27 Oktyabr 2021, 17:23 (GMT +4)
Taylandda "Delta Plus" koronavirus ştammı aşkar edilib

27 Oktyabr 2021, 17:20 (GMT +4)
DSX: Vətən müharibəsinin bir qrup iştirakçısı ehtiyata buraxılıb

27 Oktyabr 2021, 17:10 (GMT +4)
İraq hökuməti İŞİD-ə qoşulmuşların 38 övladını Azərbaycana təhvil verib

27 Oktyabr 2021, 16:58 (GMT +4)
Azərbaycan və Dünya Bankı 65 mln dollarlıq yeni kredit müqaviləsi imzalayıb

27 Oktyabr 2021, 16:49 (GMT +4)
Nigeriyada 12 milyon uşaq oğurlanmaq qorxusu ilə təhsil almaqdan çəkinir

27 Oktyabr 2021, 16:38 (GMT +4)
Koronavirus: Azərbaycanda sutkalıq yoluxma və sağalma sayı açıqlanıb

27 Oktyabr 2021, 16:27 (GMT +4)
ABŞ ekstradisiya zamanı Assanjın “xüsusi tədbirlərə” məruz qalmayacağına söz verib

27 Oktyabr 2021, 16:16 (GMT +4)
“Məşğulluq marafonu”na 563 işəgötürən qoşulub

27 Oktyabr 2021, 16:02 (GMT +4)
Səhiyyə Nazirliyi risk qrupuna daxil olan uşaqların valideynlərinə müraciət edib

27 Oktyabr 2021, 15:51 (GMT +4)
Lavrov Əfqanıstanın qonşularını NATO-nun ərazilərinə daxil olmasının qarşısını almağa çağırıb

27 Oktyabr 2021, 15:44 (GMT +4)
Afrika Birliyi çevrilişə görə Sudanla bağlı layihələri və planlarını dayandırıb

27 Oktyabr 2021, 15:40 (GMT +4)
DİN kibercinayətkarlıqlarla bağlı vətəndaşlara müraciət edib

27 Oktyabr 2021, 15:28 (GMT +4)
Gürcüstanda COVID-19-a yoluxanların sayı 703 min nəfəri keçib

27 Oktyabr 2021, 15:25 (GMT +4)
"Nar" növbəti satış və xidmət mərkəzini yeniləyib - FOTO

27 Oktyabr 2021, 15:15 (GMT +4)
Prezident İlham Əliyev Çexiya Prezidentini təbrik edib

27 Oktyabr 2021, 15:05 (GMT +4)
Əlqaidənin Suriya qanadı “Türkmən dağları”nı nəzarətə götürüb

27 Oktyabr 2021, 14:55 (GMT +4)
Ekvadorda hökumət əleyhinə nümayişlər zamanı 37 nəfər saxlanılıb

27 Oktyabr 2021, 14:43 (GMT +4)
Azərbaycan və Türkiyənin dini liderləri Qarabağa gedib

27 Oktyabr 2021, 14:32 (GMT +4)
"Çelsi" 1/4 finala penaltilərlə yüksəlib - (VİDEO)

27 Oktyabr 2021, 14:30 (GMT +4)
Azərbaycanda bölgələr üzrə COVID-19-a yoluxma faizi açıqlanıb

27 Oktyabr 2021, 14:20 (GMT +4)
Rusiyada COVID-19-dan gündəlik ölüm sayında anti-rekord yenilənib

27 Oktyabr 2021, 14:10 (GMT +4)
İran prezidenti ölkədə yanacaq doldurma məntəqələrinə edilən kiber hücuma münasibət bildirib

27 Oktyabr 2021, 14:04 (GMT +4)
Qazax sakinindən odlu silah götürülüb

27 Oktyabr 2021, 14:01 (GMT +4)
Şuşa və Ağdamın komandaları Region Liqasında mübarizə aparacaq

27 Oktyabr 2021, 13:54 (GMT +4)
Azərbaycanda şəhid ailələri və veteranlarla bağlı “Zəfər” altsistemi yaradılıb

27 Oktyabr 2021, 13:44 (GMT +4)
Bayden Si Tsinpinlə görüşü zəruri hesab edir

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66