Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MƏDƏNİYYƏT

Los-Ancelesdə Üzeyir Hacıbəyliyə həsr olunan qısa film hazırlanıb (VİDEO)

18 Sentyabr 2021, 11:00 (GMT +4)

Bakı, 18 sentyabr, SalamNews. Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu Üzeyir Hacıbəylinin 18 sentyabr doğum günü münasibətilə dahi bəstəkara həsr olunmuş ingilis dilində qısa film hazırlayıb.

Konsulluqdan SalamNews-a verilən məlumata görə, filmdə Ü.Hacıbəylinin 1885-ci ildə Qarabağda anadan olduğu və Azərbaycan musiqisinin beşiyi olan Şuşa şəhərində boya-başa çatdığı qeyd olunur.

Onun məhz Şuşada muğam musiqisini öyəndiyi və gələcək bəstələrində bundan istifadə etdiyi vurğulanır. 1908-ci ildə o zaman 23 yaşı olan Ü.Hacıbəylinin müsəlman dünyasında ilk opera olan “Leyli və Məcnun” operasının Bakıda səhnəyə qoyulduğu diqqətə çatdırılır.

Ü.Hacıbəylinin 1913-cü ildə ilk dəfə səhnələşdirilən “Arşın Mal Alan” operettasının qadın hüquq və azadlıqlarını ön plana çəkərək təbliğ etdiyi və digər ölkələrdə də geniş rəğbət qazandığı bildirilir.

Həmçinin Azərbaycan Demokratik Respublikasının 1918-20-ci illərdəki qısamüddətli fəaliyyəti dövründə Ü.Hacıbəylinin Azərbaycanın müstəqilliyinin ən böyük tərəfdarlarından olduğu vurğulanır. Onun müstəqil Azərbaycanın Dövlət Himnini bəstələdiyi qeyd olunur. Filmdə Ü.Hacıbəylinin 1920-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının əsasını qoyduğu və ölkəmizin ən görkəmli bəstəkarlarını yetişdirdiyi qeyd olunur. Bu səpkidə həmin dövrə aid nadir şəkillər rəngli formatda nümayiş etdirilir.

1945-ci ildə “Arşın Mal Alan” operettasının əsasında ilk filmin hazırlandığı, daha sonra bu filmin 86 dilə tərcümə olunaraq, 136 ölkədə nümayiş etdirildiyi diqqətə çatdırılır. Heydər Əliyev Fondu tərəfindən rəngli formatda bərpa edilən “Arşın Mal Alan” filminin 2015-ci ildə Hollivudda premyerasının keçirildiyi, “Arşın Mal Alan” operettasının isə ABŞ-da tarixdə ən böyük nümayişinin 2013-cü ildə Los Ancelesdə baş tutduğu qeyd olunur. 2015-ci ildə Los Anceles merinin 18 sentyabr tarixini bu şəhərdə Ü.Hacıbəylinin anım günü kimi elan etməsi əks olunur və bununla bağlı imzalanmış bəyannamə nümayiş etdirilir. 2013-cü ildə Google şirkəti tərəfindən Ü.Hacıbəylinin doğum gününün qeyd olunduğu vurğulanır.

Filmdə Ermənistan silahlı qüvvələrinin 1992-ci ildə Şuşanı işğal etdiyi, Ü.Hacıbəylinin ev muzeyini və abidələrini talan edərək dağıtdığı bildirilir. 2020-ci ildə Azərbaycanın Şuşanı işğaldan azad etdiyi, Ü.Hacıbəylinin abidələrini şəhərə geri qaytardığı və hazırda onun ev muzeyinin bərpa olunduğu diqqətə çatdırılır. Sonda Ü.Hacıbəylinin möhtəşəm irsinin Azərbaycanda və ölkəmizin hüdudları xaricində daim yaşadığı vurğulanır.

Qeyd edək ki, sosial şəbəkələrin inkişafı nəzərə alınaraq effektiv təbliğat işində son illərdə qısa filmlərin önəmi olduqca artıb. Bunu nəzərə alaraq, 2019-cu ildən başlayaraq, Los Ancelesdəki Baş Konsulluğumuz Azərbaycana dair müxtəlif mövzularda 27 film hazırlayaraq geniş şəkildə yayıb. Filmlərin bir çoxu dünyanın digər aparıcı dillərinə də tərcümə olunub.

 





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

28 Noyabr 2021, 21:36 (GMT +4)
İlham Əliyev: “İranla əlaqələrə çox böyük önəm veririk”

28 Noyabr 2021, 18:00 (GMT +4)
Prezident İlham Əliyev İranın dövlət başçısı ilə görüşüb

27 Noyabr 2021, 17:00 (GMT +4)
Prezident İlham Əliyevlə Aleksandr Lukaşenko arasında telefon danışığı olub

27 Noyabr 2021, 16:50 (GMT +4)
Peyvənd olunanların sayı açıqlanıb

27 Noyabr 2021, 16:40 (GMT +4)
Azərbaycanda daha 1 617 nəfər koronavirusa yoluxub, 22 nəfər ölüb

27 Noyabr 2021, 16:30 (GMT +4)
Britaniya: Rusiya ekstremistlərdən daha ciddi təhlükədir

27 Noyabr 2021, 16:20 (GMT +4)
Orxan Məmmədov: KOB-lar yeni satış bazarlarına çıxış əldə ediblər

27 Noyabr 2021, 16:10 (GMT +4)
ABŞ-da atışma olub, 3 nəfər ölüb

27 Noyabr 2021, 16:00 (GMT +4)
Bakıda məşhur şadlıq saraylarında qanun pozuntuları aşkarlanıb

27 Noyabr 2021, 15:50 (GMT +4)
Ceyhun Bayramov: Ermənistanın üçtərəfli bəyanatlara tam əməl etməsini gözləyirik

27 Noyabr 2021, 15:39 (GMT +4)
İran prezidenti ölkədə koronavirusla bağlı “qırmızı bölgə”lərın artıq mövcud olmadığını bildirib

27 Noyabr 2021, 15:30 (GMT +4)
Abşeronda genişmiqyaslı ağacəkmə tədbiri keçirilib

27 Noyabr 2021, 15:20 (GMT +4)
Zaqatalada qadın vətəndaşların 90 min manatını mənimsəyib

27 Noyabr 2021, 15:10 (GMT +4)
Azərbaycan və Türkiyə XİN başçıları bölgədəki vəziyyəti müzakirə ediblər

27 Noyabr 2021, 15:00 (GMT +4)
Çavuşoğlu: Zəngəzur dəhlizi regionun iqtisadi inkişafına töhfə verəcək

27 Noyabr 2021, 14:50 (GMT +4)
Azərbaycana İrandan qanunsuz siqaret gətirilməsinin qarşısı alınıb

27 Noyabr 2021, 14:40 (GMT +4)
Koronavirusun yeni təhlükəli növünə görə çoxsaylı dövlətlər Afrika ölkələrinə səfərə məhdudiyyət qoyublar

27 Noyabr 2021, 14:30 (GMT +4)
Daxili İşlər Nazirliyi 50 işçi axtarır

27 Noyabr 2021, 14:20 (GMT +4)
BNA: Avtobusun sürücüsünün hücuma məruz qalması narahatlıq doğurur

27 Noyabr 2021, 14:10 (GMT +4)
MN Füzuli rayonunun Qoçəhmədli kəndindən videogörüntülər yayıb (VİDEO)

27 Noyabr 2021, 13:42 (GMT +4)
İran yeni nüvə sazişinin əldə edilməsi ilə bağlı nikbin danışıb

27 Noyabr 2021, 13:30 (GMT +4)
Abşeronda karantin qaydalarını pozan kafenin sahibi cərimələnib

27 Noyabr 2021, 13:20 (GMT +4)
DYP sürücülərə müraciət edib

27 Noyabr 2021, 13:10 (GMT +4)
Rusiyada silah zavodunda partlayış olub, xəsarət alanlar var

27 Noyabr 2021, 13:00 (GMT +4)
Bakıda onlayn yolla narkotik satan şəxs saxlanılıb

27 Noyabr 2021, 12:50 (GMT +4)
Azərbaycanda bazar gününə olan hava proqnozu açıqlanıb

27 Noyabr 2021, 12:40 (GMT +4)
DİN: Ötən gün 70 nəfər şənliyə buraxılmayıb

27 Noyabr 2021, 12:33 (GMT +4)
Türkiyə Suriyada Sülh Bulağı əməliyyatı zonasına daxil olan dörd silahlını zərərsizləşdirdiyini bildirib

27 Noyabr 2021, 12:30 (GMT +4)
Şirvanda sürücü polisə müqavimət göstərərək qaçıb

27 Noyabr 2021, 12:20 (GMT +4)
Sumqayıtda keçmiş məhkum qardaşının evindən oğurluq edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66