Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MEDİA

Mətbuat Şurasında birgə tvininq layihə üzrə beynəlxalq eksperlərlə görüş keçirilib

16 Sentyabr 2021, 14:07 (GMT +4)

Bakı, 16 sentyabr, SalamNews. Bu gün Litva və Avstriyadan olan tərəfdaş təşkilatlar və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə tərəfdaşlığı və Avropa İttifaqının maliyyə dəstəyi ilə “Məişət zorakılığı qurbanlarının təhlükəsizliyinin və onlara dəstəyin təmin edilməsi sahəsində dövlət qurumlarının və yerli səviyyədə istiqamətləndirmə mexanizmlərinin potensialının gücləndirilməsi” adlı Tvinninq layihəsi üzrə beynəlxalq ekspertlər - Paulius Rymeikis, Manuela Hargassner-Delpos, Thomas Hainlen, həmçinin sözügedən layihə üzrə əlaqələndirici Asta Jurgute, həmçinin Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin informasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov Azərbaycan Mətbuat Şurasında olublar.

SalamNews xəbər verir ki, qonaqları salamlayan MŞ sədri Əflatun Amaşov bildirib ki, rəhbərlik etdiyi təşkilat məişət zorakılığı məsələlərinin mediada işıqlandırılması məsələlərinə hər zaman böyük önəm verib, bu sahədəki vəziyyəti diqqətdə saxlayıb. Qurum mövcud xüsusda davamlı monitorinq keçirməkdədir. Prosesdə mövzu üzrə jurnalist yanaşmalarına nəzər salınır, “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın müvafiq prinsip və bəndlərinə nə dərəcədə əməl olunmasına baxılır, pozuntu faktları qruplaşdırılır, ümumiləşdirmələr aparılaraq kütləvi informasiya vasitələrinə təqdim edilir. “Konkret pozuntu faktları ona yol verən KİV-ə çatdırılır və tövsiyə edilir ki, gələcəkdə oxşar xoşagəlməz hallar yaşanmasın. Əlbəttə, mediamızda məişət zoraıkılığının işıqlandırılması istiqamətində problemlər var. Bu isə əksər hallarda hüquqi bilgisizlikdən irəli gəlir. Hərçənd son zamanlar müəyyən müsbət dinamika hiss olunmaqdadır”, - deyə Ə.Amaşov fikrinə aydınlıq gətirib. MŞ sədri AJPDQ-da məişət zorakılığı, gender bərabərliyi ilə bağlı məqamlara həssas yanaşıldığına diqqət çəkib. Şuranın bununla bağlı indiyədək çoxsaylı treninq-məşğələlər, seminarlar təşkil etdiyini xatırladıb. Nəticədə bir çox jurnalistin mövcud sahədə kifayət qədər biliklər əldə etdiyini vurğulayıb və bu tendensiyanın media materiallarına da müsbət mənada təsir göstərdiyini bildirib. Bununla belə maarifləndirmə işlərinin davam etdirilməsinə ehtiyac var. Ə.Amaşov bu baxımdan tvininq layihəsinin sırf media fəaliyyəti üçün yeni imkanlar yaradacağını əminliyini vurğulayıb.

Toplantıda məlumat verilib ki, “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın 2.2.2 saylı bəndində məişət zorakılığının qarşısının alınması və onunla mübarizə sahəsində məlumatlandırma və maarifləndirmə tədbirlərinin təşviqi nəzərdə tutulub. Yuxarıda göstərilmiş bəndin icrasını təmin etmək məqsədilə Avropa İttifaqının maliyyələşdirdiyi Tvinninq layihəsinin dəstəyi ilə ölkə üzrə ictimai maarifləndirmə kampaniyasının aparılması üzrə proqram işlənib hazırlanacaqdır. Ümumən layihənin məqsədi isə məişət zorakılığı qurbanlarının təhlükəsizliyinin və onlara dəstəyin təmin edilməsi sahəsində dövlət qurumlarının və yerli səviyyədə istiqamətləndirmə mexanizmlərinin potensialının gücləndirilməsi, eləcə də müvafiq qurumlar arasında bu sahədə əməkdaşlığın təşviq edilməsi, sosial işçilər, hakimlər, jurnalistlər və digər maraqlı tərəflər üçün üçün məişət zorakılığı ilə bağlı problemlərin həlli yolları, gender bərabərliyi, qadınlara qarşı zorakılıq və məişət zorakılığı kimi sahələrdə məlumatlılığın artırılması məqsədilə xüsusi tədbirlərin təşkil edilməsidir.

Avropalı qonaqların çıxışları Azərbaycanda medianın qeyd edilən mövzu üzrə fəaliyyətindəki konkret məqamları öyrənmək üçün sual əhəmiyyəti daşıdı. Bu xüsusda müzakirələr davam etdirildi. Müzakirələrdə iştirak edən MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, MŞ Idarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, MŞ-nin icraçı katibi Şəmsəddin Əliyev ölkəmizdə medianın məişət zorakılığı və gender bərabərliyinə dair paylaşımlarındakı spesifik tərəfləri diqqətə çatdırdılar.

Görüşdə qərara alındı ki, layihənin media ilə bağlı görüləcək işlərə dair birgə əməkdaşlığın həyata keçirilməsi qərara alındı.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

22 Oktyabr 2021, 03:33 (GMT +4)
"Ayaks"ın müdafiəçisi Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib

22 Oktyabr 2021, 02:49 (GMT +4)
UEFA “Qarabağ”ın əzmkar qələbəsi ilə bağlı paylaşım edib - (FOTOLAR)

22 Oktyabr 2021, 02:25 (GMT +4)
Konfrans Liqası: "Roma" darmadağın olub, "Tottenhem" uduzub

22 Oktyabr 2021, 01:51 (GMT +4)
Avropa Liqasının qrup mərhələsində 3-cü tura yekun vurulub

22 Oktyabr 2021, 01:35 (GMT +4)
"Qarabağ" layiqli qələbə qazandı - Kurban Berdıyev

22 Oktyabr 2021, 01:01 (GMT +4)
Qurban Qurbanov: Hər 3 xal bizim üçün üstünlükdü

21 Oktyabr 2021, 22:46 (GMT +4)
Konfrans Liqası: "Qarabağ" "Kayrat"ı məğlub edib

21 Oktyabr 2021, 20:19 (GMT +4)
“İslam Peyğəmbərinin (s) həyat tərzi və müasir insan” mövzusunda konfrans keçirilib (FOTO)

21 Oktyabr 2021, 19:22 (GMT +4)
“Qarabağ” - “Neftçi” oyununun vaxtı açıqlanıb

21 Oktyabr 2021, 19:00 (GMT +4)
"El Klasiko"nun hakimləri məlum olub

21 Oktyabr 2021, 18:30 (GMT +4)
Kriştiano Ronaldo daha bir rekord imza atıb

21 Oktyabr 2021, 18:03 (GMT +4)
"Sabah"ın baş məşqçisi Ramin Quliyev istefa verib

21 Oktyabr 2021, 18:02 (GMT +4)
Maduro Kolumbiya Parlamentinin ikitərəfli münasibətləri normallaşdırmaq təklifini dəstəkləyib

21 Oktyabr 2021, 17:55 (GMT +4)
Müdafiə Nazirliyi: Hazırda 6 hərbçi itkin düşmüş sayılır

21 Oktyabr 2021, 17:48 (GMT +4)
"Qarabağ" - "Kayrat" matçında tanınmış telejurnalist Elnur Əşrəfoğlunun xatirəsi anılacaq

21 Oktyabr 2021, 17:44 (GMT +4)
Azərbaycanda birinci mərhələ üzrə peyvənd olunanların sayı 5 milyonu ötüb

21 Oktyabr 2021, 17:34 (GMT +4)
Liviyada sabitliyə dəstək adlı beynəlxalq konfrans keçirilir

21 Oktyabr 2021, 17:24 (GMT +4)
Müdafiə Nazirliyi Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yeni siyahısını açıqlayıb

21 Oktyabr 2021, 17:23 (GMT +4)
KXDR raket sınaqlarının ABŞ-a qarşı yönəlmədiyini açıqlayıb

21 Oktyabr 2021, 17:14 (GMT +4)
XİN Azərbaycanın beynəlxalq məhkəmələrdə Ermənistana qarşı qaldırdığı iddiaların detallarını açıqlayıb

21 Oktyabr 2021, 17:02 (GMT +4)
Sabah güclü külək əsəcək (XƏBƏRDARLIQ)

21 Oktyabr 2021, 16:50 (GMT +4)
“Azərişıq” Şuşada 5 transformator yarımstansiyası tikir

21 Oktyabr 2021, 16:38 (GMT +4)
Azərbaycanda son sutkada 2005 nəfər COVID-19-a yoluxub, 20 nəfər ölüb

21 Oktyabr 2021, 16:33 (GMT +4)
Suriyada terrorçuluqda ittihamlandırılan 24 nəfər edam edilib

21 Oktyabr 2021, 16:30 (GMT +4)
QHT-lərə Dövlət Dəstəyi Agentliyi Müşahidə Şurasının iclası keçirilib

21 Oktyabr 2021, 16:20 (GMT +4)
Nigeriyada quldurlar azı 30 nəfəri qaçırıb

21 Oktyabr 2021, 16:10 (GMT +4)
Metronun "Gənclik" stansiyası bu gün gücləndirilmiş rejimdə işləyəcək

21 Oktyabr 2021, 15:58 (GMT +4)
Bakı metrosunda daha bir aktiv koronavirus xəstəsi saxlanılıb 

21 Oktyabr 2021, 15:50 (GMT +4)
"Barselona" Ansu Fati ilə müqaviləni uzadıb

21 Oktyabr 2021, 15:47 (GMT +4)
Türkiyədə casusluq ittihamı ilə dörd rusiyalı həbs edilib 

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66