Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » HADİSƏLƏR

Salyanda vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

16 Sentyabr 2021, 14:52 (GMT +4)

Bakı, 16 sentyabr, SalamNews. Salyan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru və digər vəzifəli şəxsləri barəsində olan cinayət işi məhkəməyə göndərilib.

Baş Prokurorluqdan SalamNews-a verilən məlumata görə, Salyan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsində işləyən İntiqam Abuşovun qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işinin istintaqı aparılıb.

İstintaq zamanı İntiqam Abuşovun həmin vəzifədə işləyərkən mərkəzin baş mühasibi Lalə Baxışova ilə əlbir olaraq əmək funksiyalarını yerinə yetirməyən işçilərin maaş kartlarını ələ keçirməsinə, habelə bir neçə MMC-nin faktiki rəhbəri olan Hüseynqulu Mənsimov ilə əlbir olaraq müxtəlif məbləğlərdə pul vəsaitlərini Mərkəzin hesabından həmin cəmiyyətlərin hesablarına imzaladıqları saxta sənədlər əsasında köçürülmələrinə, bu yolla da külli miqdarda pul vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, İntiqam Abışovun qeyd olunan şəxslərlə birlikdə müxtəlif qanunsuz üsullarla ona etibar edilmiş əmlakı təkrarən mənimsəməsi, cinayət yolu ilə əldə etdiyi pul vəsaitini leqallaşdırması, külli miqdarda rüşvət alma və digər cinayət əməllərini törətməsi də müəyyən edilib.

İntiqam Abışov, Lalə Baxışova və Hüseynqulu Mənsimov Cinayət Məcəlləsinin 178.2.3 (dələduzluq- şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilikdə), 179.3.2 (mənimsəmə və ya israf etmə- külli miqdarda törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma- külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda), 311.3.3 (rüşvət alma- külli miqdarda törədildikdə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində müvafiq olaraq həbs, polisin nəzarəti altına vermə və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri seçilib

Həmçinin, iş üzrə vurulmuş ziyanın ödənilməsi məqsədilə təqsirləndirilən şəxs tərəfindən cinayət yolu ilə əldə edilmiş pul ilə alınmış və qəsdən ailə üzvünün adına sənədləşdirilmiş əmlaklar üzərinə həbs qoyulub.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

24 Oktyabr 2021, 00:09 (GMT +4)
Bu gün Məhəmməd Peyğəmbərin (s) və İmam Sadiqin (ə) mövlududur

23 Oktyabr 2021, 17:01 (GMT +4)
Azərbaycan XİN Macarıstanı təbrik edib

23 Oktyabr 2021, 16:48 (GMT +4)
Hacıqabulda ictimai nəqliyyatda tibbi maska ilə bağlı reyd keçirilib

23 Oktyabr 2021, 16:33 (GMT +4)
Bərdə sakinlərindən “patı” və heroin götürülüb

23 Oktyabr 2021, 16:21 (GMT +4)
Qubada Vətən müharibəsi şəhidinin anım mərasimi keçirilib (FOTO)

23 Oktyabr 2021, 16:11 (GMT +4)
İran nüvə danışıqlarının tezliklə başlayacağını bildirib

23 Oktyabr 2021, 15:58 (GMT +4)
Saxta yollarla COVID-19 pasportu əldə edən şəxslər saxlanılıb (VİDEO)

23 Oktyabr 2021, 15:45 (GMT +4)
Bərdə və Ağcabədidə COVİD-19-a qarşı reyd keçirilib

23 Oktyabr 2021, 15:32 (GMT +4)
Sahibə Qafarova Monteneqro Parlamentinin sədri ilə görüşüb

23 Oktyabr 2021, 15:20 (GMT +4)
Qardabani şəhərində Məhəmməd Peyğəmbərin mövludu münasibətilə bayram tədbiri keçirilib (FOTO)

23 Oktyabr 2021, 15:07 (GMT +4)
Kreml Azərbaycanla Ermənistan arasında iki sənəd imzalanacağı barədə məlumatlara münasibət bildirib

23 Oktyabr 2021, 14:50 (GMT +4)
İlham Əliyev Xalq artisti Canəli Əkbərovun vəfatı ilə bağlı nekroloq imzalayıb

23 Oktyabr 2021, 14:38 (GMT +4)
Rusiya və Suriya hərbi təyyarələri İdlibə şiddətli hava zərbələri endirib

23 Oktyabr 2021, 14:30 (GMT +4)
Prezident və xanımı Canəli Əkbərovun dəfn mərasiminə əklil göndərib

23 Oktyabr 2021, 14:30 (GMT +4)
Naxçıvanın keçmiş rabitə və yeni texnologiyalar nazirinə “Aztelekom”da vəzifə verilib

23 Oktyabr 2021, 14:20 (GMT +4)
Antisanitar şəraitdə işləyən şəkərli qənnadı məmulatları istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

23 Oktyabr 2021, 14:10 (GMT +4)
Bakıda restorana gedən koronavirus xəstəsi aşkarlanıb

23 Oktyabr 2021, 14:00 (GMT +4)
Şəmkirdə avtomobil piyadanı vuraraq öldürüb

23 Oktyabr 2021, 13:45 (GMT +4)
Biləsuvarda toy məclisinə görə restoranın icarədarı cərimələnib

23 Oktyabr 2021, 13:42 (GMT +4)
Türkiyə və Azərbaycanla ortaq əməkdaşlıqlar üzərində işlənilməlidir – İranlı nazir

23 Oktyabr 2021, 13:30 (GMT +4)
Azad edilən ərazilərə icazəsiz daxil olan şəxslərin avtomobilində borular aşkarlanıb

23 Oktyabr 2021, 13:20 (GMT +4)
Lənkəranda Xəzər dənizinin sahilə yaxın sularında tank əlehinə mina aşkarlanıb

23 Oktyabr 2021, 13:10 (GMT +4)
DİN: 216 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb

23 Oktyabr 2021, 13:00 (GMT +4)
Bakıda 27 yaşlı qadın itkin düşüb

23 Oktyabr 2021, 12:50 (GMT +4)
Yevlaxda heroin satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxslər saxlanılıb

23 Oktyabr 2021, 12:40 (GMT +4)
Bakıda ərini boğaraq qətlə yetirən şəxsin məhkəməsi başlayır

23 Oktyabr 2021, 12:33 (GMT +4)
Suriya ordusu ilə ABŞ qüvvələri arasında insident baş verib, ABŞ qüvvələri geri qayıdıb (VİDEO)

23 Oktyabr 2021, 12:30 (GMT +4)
Azərbaycanda ilk dəfə Zəfər Tibb Simpoziumu keçiriləcək

23 Oktyabr 2021, 12:20 (GMT +4)
Ağcabədidə karantin rejiminin pozulduğu obyekt müəyyən olunub

23 Oktyabr 2021, 12:12 (GMT +4)
Azərbaycan Premyer Liqası: "Sabah" "Sumqayıt"la, "Neftçi" "Zirə" ilə qarşılaşır

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66