Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

XİN rəsmisinin Vətən müharibəsi barədə müsahibəsi Peru mətbuatında yayılıb

21 Sentyabr 2021, 09:30 (GMT +4)

Bakı, 21 sentyabr, SalamNews. Xarici işlər nazirinin müavini Elnur Məmmədovun Peru Jurnalistlər Federasiyasının vitse-prezidenti tanınmış jurnalist Rikardo Sançesə verdiyi müsahibə Peru mətbuatında yayılıb.

Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən SalamNews-a verilən məlumata görə, müsahibədə Ermənistanın Azərbaycana qarşı təcavüzü və münaqişənin tarixindən danışılıb, qəbul edilmiş beynəlxalq hüquqi sənədlər, o cümlədən Ermənistanın icra etməkdən boyun qaçırdığı BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri barədə məlumat verilib.

Məqalədə E.Məmmədova istinadən Ermənistanın işğalın nəticələrini möhkəmləndirməyə yönəlmiş hərəkətləri, bu məqsədlə danışıqlar prosesini gecikdirmək istiqamətində beynəlxalq hüquqa zidd olan əməllərindən danışılıb.

Ermənistanın beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozduğu, etnik təmizləməyə məruz qalmış Azərbaycan torpaqlarında qanunsuz olaraq əcnəbiləri məskunlaşdırdığı, işğal edilmiş ərazilərdə Azərbaycanın mədəni irsinin məhv edilməsinə çalışdığı vurğulanıb. Azərbaycan xalqına qarşı cinayətlər və Xocalıda törədilmiş qanlı soyqırımından bəhs edilib.

Müsahibədə 44 günlük Vətən müharibəsinin gedişi və nəticələri, Ermənistanın müharibə cinayətlərindən bəhs olunub, o cümlədən hərbi əməliyyatların aparıldığı bölgədən kənarda yerləşən Gəncə, Horadiz və Tərtər şəhərlərinin ballistik raket və artilleriya atəşlərinə tutulması nəticəsində günahsız insanların öldürüldüyü və yüzlərlə insanın yaralandığı qeyd olunub.

Həmçinin işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsinin, sərhədlərin delimitasiyası və demarkasiyasının Azərbaycan hökuməti qarşısında duran ən vacib məsələlərdən olduğu, lakin bu günədək Ermənistan tərəfindən bu məsələlərin həlli ilə bağlı qarşılıqlı addım atılmadığı bildirilib.

Azərbaycan hökumətinin işğaldan azad olunmuş ərazilərin kütləvi şəkildə minalanması, həmçinin Azərbaycanın tarixi və mədəni irsinin ermənilər tərəfindən məhv edilməsi faktları ilə bağlı ikinci dəfə Avropa İnsan Haqları Məhkəməsinə, habelə Beynəlxalq Haaqa Məhkəməsinə müraciət edəcəyi vurğulanıb.

Sonda Azərbaycan Respublikası Prezidentinin Peru Respublikasının yeni seçilmiş Prezidentinə təbrikləri xatırladılaraq, iki ölkə arasında səmimi dostluq münasibətlərinin gələcəkdə, o cümlədən Qoşulmama Hərəkatı çərçivəsində də daha da möhkəmlənəcəyinə və genişlənəcəyinə dair ümid ifadə olunub.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

28 Noyabr 2021, 21:36 (GMT +4)
İlham Əliyev: “İranla əlaqələrə çox böyük önəm veririk”

28 Noyabr 2021, 18:00 (GMT +4)
Prezident İlham Əliyev İranın dövlət başçısı ilə görüşüb

27 Noyabr 2021, 17:00 (GMT +4)
Prezident İlham Əliyevlə Aleksandr Lukaşenko arasında telefon danışığı olub

27 Noyabr 2021, 16:50 (GMT +4)
Peyvənd olunanların sayı açıqlanıb

27 Noyabr 2021, 16:40 (GMT +4)
Azərbaycanda daha 1 617 nəfər koronavirusa yoluxub, 22 nəfər ölüb

27 Noyabr 2021, 16:30 (GMT +4)
Britaniya: Rusiya ekstremistlərdən daha ciddi təhlükədir

27 Noyabr 2021, 16:20 (GMT +4)
Orxan Məmmədov: KOB-lar yeni satış bazarlarına çıxış əldə ediblər

27 Noyabr 2021, 16:10 (GMT +4)
ABŞ-da atışma olub, 3 nəfər ölüb

27 Noyabr 2021, 16:00 (GMT +4)
Bakıda məşhur şadlıq saraylarında qanun pozuntuları aşkarlanıb

27 Noyabr 2021, 15:50 (GMT +4)
Ceyhun Bayramov: Ermənistanın üçtərəfli bəyanatlara tam əməl etməsini gözləyirik

27 Noyabr 2021, 15:39 (GMT +4)
İran prezidenti ölkədə koronavirusla bağlı “qırmızı bölgə”lərın artıq mövcud olmadığını bildirib

27 Noyabr 2021, 15:30 (GMT +4)
Abşeronda genişmiqyaslı ağacəkmə tədbiri keçirilib

27 Noyabr 2021, 15:20 (GMT +4)
Zaqatalada qadın vətəndaşların 90 min manatını mənimsəyib

27 Noyabr 2021, 15:10 (GMT +4)
Azərbaycan və Türkiyə XİN başçıları bölgədəki vəziyyəti müzakirə ediblər

27 Noyabr 2021, 15:00 (GMT +4)
Çavuşoğlu: Zəngəzur dəhlizi regionun iqtisadi inkişafına töhfə verəcək

27 Noyabr 2021, 14:50 (GMT +4)
Azərbaycana İrandan qanunsuz siqaret gətirilməsinin qarşısı alınıb

27 Noyabr 2021, 14:40 (GMT +4)
Koronavirusun yeni təhlükəli növünə görə çoxsaylı dövlətlər Afrika ölkələrinə səfərə məhdudiyyət qoyublar

27 Noyabr 2021, 14:30 (GMT +4)
Daxili İşlər Nazirliyi 50 işçi axtarır

27 Noyabr 2021, 14:20 (GMT +4)
BNA: Avtobusun sürücüsünün hücuma məruz qalması narahatlıq doğurur

27 Noyabr 2021, 14:10 (GMT +4)
MN Füzuli rayonunun Qoçəhmədli kəndindən videogörüntülər yayıb (VİDEO)

27 Noyabr 2021, 13:42 (GMT +4)
İran yeni nüvə sazişinin əldə edilməsi ilə bağlı nikbin danışıb

27 Noyabr 2021, 13:30 (GMT +4)
Abşeronda karantin qaydalarını pozan kafenin sahibi cərimələnib

27 Noyabr 2021, 13:20 (GMT +4)
DYP sürücülərə müraciət edib

27 Noyabr 2021, 13:10 (GMT +4)
Rusiyada silah zavodunda partlayış olub, xəsarət alanlar var

27 Noyabr 2021, 13:00 (GMT +4)
Bakıda onlayn yolla narkotik satan şəxs saxlanılıb

27 Noyabr 2021, 12:50 (GMT +4)
Azərbaycanda bazar gününə olan hava proqnozu açıqlanıb

27 Noyabr 2021, 12:40 (GMT +4)
DİN: Ötən gün 70 nəfər şənliyə buraxılmayıb

27 Noyabr 2021, 12:33 (GMT +4)
Türkiyə Suriyada Sülh Bulağı əməliyyatı zonasına daxil olan dörd silahlını zərərsizləşdirdiyini bildirib

27 Noyabr 2021, 12:30 (GMT +4)
Şirvanda sürücü polisə müqavimət göstərərək qaçıb

27 Noyabr 2021, 12:20 (GMT +4)
Sumqayıtda keçmiş məhkum qardaşının evindən oğurluq edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66