Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

Azercell Ağdamda keçirilən ilk Beynəlxalq elmi-praktik konfransı internet şəbəkəsi ilə təmin edib

20 Sentyabr 2021, 20:50 (GMT +4)

Bakı, 20 sentyabr, SalamNews. Azərbaycan Respublikası Prezidentinin Ağdam rayonu üzrə Xüsusi Nümayəndəliyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Qarabağ Dirçəliş Fondu və AMEA İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə “Qarabağda yeni iqtisadiyyat quruculuğu: Ağdamdan inkişaf impulsları” mövzusunda I Beynəlxalq elmi-praktik konfrans keçirilib.

SalamNews xəbər verir ki, konfransda “Ağdamda yeni iqtisadiyyat quruculuğu: iqtisadi potensial, prioritetlər və gözləntilər”, “Ağdamın və bütövlükdə Qarabağın təbii resursları və yaşıl enerji potensialı”, “Qarabağda iqtisadiyyatın ənənəvi və qeyri-ənənəvi sahələri arasında müvazinət”, “Məcburi köçkünlərin Ağdama və Qarabağın digər bölgələrinə qayıdışı” məsələləri müzakirə olunub.

Azercell şirkətinin texniki dəstəyilə  konfrans iştirakçıları bütün tədbir boyunca yüksəksürətli internet xidmətləri ilə təmin olunublar. Azercell-in şəbəkəsi konfransın bəzi iclaslarının videoformatda - onlayn şəkildə keçirilməsini də mümkün edib. 

Qeyd edək ki, Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər rayonları, İstisu, Hadrut, Suqovuşan qəsəbələri, Xocavənd və Laçın rayonlarına aid bir çox kənd və digər ərazilər Azercell-in 2G/3G/4G standartlarını dəstəkləyən mobil şəbəkəsi ilə əhatə olunub. 

Nəzərə çatdıraq ki, Azercell şirkəti  öz abunəçilərinə Qarabağ Dirçəliş Fonduna daha rahat və sürətli formada ianə köçürmək imkanını da yaradıb. Azercell-in “Kabinetim” tətbiqi üzərindən 24/7 rejimində Silahlı Qüvvələrə Yardım Fonduna ianə köçürülməsi də hələ müharibənin ilk günlərindən mümkün olmuşdur. 

Azercell Qarabağ və ətraf bölgələrdə mobil şəbəkə infrastrukturunun qurulmasını intensiv şəkildə davam etdirir ki, bu da həmin ərazilərin sürətli inkişafına öz töhfəsini verəcək. 





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

22 Oktyabr 2021, 03:33 (GMT +4)
"Ayaks"ın müdafiəçisi Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib

22 Oktyabr 2021, 02:49 (GMT +4)
UEFA “Qarabağ”ın əzmkar qələbəsi ilə bağlı paylaşım edib - (FOTOLAR)

22 Oktyabr 2021, 02:25 (GMT +4)
Konfrans Liqası: "Roma" darmadağın olub, "Tottenhem" uduzub

22 Oktyabr 2021, 01:51 (GMT +4)
Avropa Liqasının qrup mərhələsində 3-cü tura yekun vurulub

22 Oktyabr 2021, 01:35 (GMT +4)
"Qarabağ" layiqli qələbə qazandı - Kurban Berdıyev

22 Oktyabr 2021, 01:01 (GMT +4)
Qurban Qurbanov: Hər 3 xal bizim üçün üstünlükdü

21 Oktyabr 2021, 22:46 (GMT +4)
Konfrans Liqası: "Qarabağ" "Kayrat"ı məğlub edib

21 Oktyabr 2021, 20:19 (GMT +4)
“İslam Peyğəmbərinin (s) həyat tərzi və müasir insan” mövzusunda konfrans keçirilib (FOTO)

21 Oktyabr 2021, 19:22 (GMT +4)
“Qarabağ” - “Neftçi” oyununun vaxtı açıqlanıb

21 Oktyabr 2021, 19:00 (GMT +4)
"El Klasiko"nun hakimləri məlum olub

21 Oktyabr 2021, 18:30 (GMT +4)
Kriştiano Ronaldo daha bir rekord imza atıb

21 Oktyabr 2021, 18:03 (GMT +4)
"Sabah"ın baş məşqçisi Ramin Quliyev istefa verib

21 Oktyabr 2021, 18:02 (GMT +4)
Maduro Kolumbiya Parlamentinin ikitərəfli münasibətləri normallaşdırmaq təklifini dəstəkləyib

21 Oktyabr 2021, 17:55 (GMT +4)
Müdafiə Nazirliyi: Hazırda 6 hərbçi itkin düşmüş sayılır

21 Oktyabr 2021, 17:48 (GMT +4)
"Qarabağ" - "Kayrat" matçında tanınmış telejurnalist Elnur Əşrəfoğlunun xatirəsi anılacaq

21 Oktyabr 2021, 17:44 (GMT +4)
Azərbaycanda birinci mərhələ üzrə peyvənd olunanların sayı 5 milyonu ötüb

21 Oktyabr 2021, 17:34 (GMT +4)
Liviyada sabitliyə dəstək adlı beynəlxalq konfrans keçirilir

21 Oktyabr 2021, 17:24 (GMT +4)
Müdafiə Nazirliyi Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yeni siyahısını açıqlayıb

21 Oktyabr 2021, 17:23 (GMT +4)
KXDR raket sınaqlarının ABŞ-a qarşı yönəlmədiyini açıqlayıb

21 Oktyabr 2021, 17:14 (GMT +4)
XİN Azərbaycanın beynəlxalq məhkəmələrdə Ermənistana qarşı qaldırdığı iddiaların detallarını açıqlayıb

21 Oktyabr 2021, 17:02 (GMT +4)
Sabah güclü külək əsəcək (XƏBƏRDARLIQ)

21 Oktyabr 2021, 16:50 (GMT +4)
“Azərişıq” Şuşada 5 transformator yarımstansiyası tikir

21 Oktyabr 2021, 16:38 (GMT +4)
Azərbaycanda son sutkada 2005 nəfər COVID-19-a yoluxub, 20 nəfər ölüb

21 Oktyabr 2021, 16:33 (GMT +4)
Suriyada terrorçuluqda ittihamlandırılan 24 nəfər edam edilib

21 Oktyabr 2021, 16:30 (GMT +4)
QHT-lərə Dövlət Dəstəyi Agentliyi Müşahidə Şurasının iclası keçirilib

21 Oktyabr 2021, 16:20 (GMT +4)
Nigeriyada quldurlar azı 30 nəfəri qaçırıb

21 Oktyabr 2021, 16:10 (GMT +4)
Metronun "Gənclik" stansiyası bu gün gücləndirilmiş rejimdə işləyəcək

21 Oktyabr 2021, 15:58 (GMT +4)
Bakı metrosunda daha bir aktiv koronavirus xəstəsi saxlanılıb 

21 Oktyabr 2021, 15:50 (GMT +4)
"Barselona" Ansu Fati ilə müqaviləni uzadıb

21 Oktyabr 2021, 15:47 (GMT +4)
Türkiyədə casusluq ittihamı ilə dörd rusiyalı həbs edilib 

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66