Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Bakıda yeni metro stansiyasının inşasına başlanılıb

21 Sentyabr 2021, 14:34 (GMT +4)

Bakı, 21 sentyabr, SalamNews. Bakı metropoliteninin Bənövşəyi xətti üzrə Cəlil Məmmədquluzadə küçəsində Heydər Əliyev adına İdman-Konsert Kompleksinin arxasındakı ərazidə yerləşəcək şərti adı “B-04” olan stansiyanın inşasına başlanılıb.

"Bakı Metropoliteni" QSC-dən SalamNews-a verilən məlumata görə, Bənövşəyi xəttin “Memar Əcəmi” və “8 Noyabr” stansiyalarında olduğu kimi, burada da tikinti “Qruntda divar” üsulu ilə aparılıb. Bu üsul ekoloji cəhətdən daha təmiz olması ilə yanaşı, məhdud məkanda inşaatın effektiv aparılmasına, habelə qənaətə nail olmağa imkan verir.

Bu üsulun tələblərinə uyğun olaraq, tikinti işlərinə qədər “Divarda qrunt”un monolit dəmir-beton panelləri quraşdırılıb. Ötən dövrdə 1010 və 1021 metr uzunluğunda olan iki tunelin inşası da başa çatdırılıb.

Stansiya kompleksinin ümumi uzunluğu 170 metrdir və üç inşaat zonasından ibarətdir. İnşaatın birinci mərhələsi kimi ərazidə torpaq örtüyü hamarlanıb. Birinci zonada tikinti-quraşdırma işlərinə başlanılıb və örtüyün armatur-karkas elementləri yığılır. Bir hissəsi artıq betonlanıb.

Stansiyanın dərinliyi yerləşdiyi ərazinin relyefindən asılı olaraq 29-32 metrdir. Bu kompleks 4 səviyyədən ibarət olacaq. Yuxarı səviyyədə kassa zalı və vestibül yerləşəcək. İkincisi keçid və yaxud texniki səviyyədir. Üçüncü səviyyə platformaya keçid xarakterli mezonin səviyyəsi olacaq. Platforma səviyyəsində qatarların hərəkət edəcəyi stansiya yolu və gözləmə zalı yerləşəcək. Platforma Bənövşəyi xəttin digər stansiyaları kimi 7 vaqonlu qatarlar üçün nəzərdə tutulub. Uzunluğu 144 metr olan platformanın altı texniki qurğular üçün nəzərdə tutulub.

Stansiyanın 4 giriş-çıxışı yerüstü sahədə avtomobil yolunun hər iki tərəfinə rahat və təhlükəsiz keçidi təmin edəcək. Burada da səviyyədən səviyyəyə keçid məqsədilə eskalatorlar quraşdırlacaq və pilləkənlər inşa olunacaq. Xəttin digər stansiyaları kimi burada da əlil arabalarının stansiyaya düşürülməsi üçün liftlər quraşdırılacaq.

Hazırda Bənövşəyi xəttin Xocəsən qəsəbəsində inşa olunan elektrik deposunda metropolitenin sayca 27-ci stansiyası yerləşəcək. “B-04” stansiyası isə metropolitenin 28-ci stansiyası olacaq.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

18 Oktyabr 2021, 17:30 (GMT +4)
Rusiya NATO-dakı daimi nümayəndəliyinin fəaliyyətini dayandırır

18 Oktyabr 2021, 16:58 (GMT +4)
Azərbaycanla Qətər arasında Komissiya iclasının Protokolu imzalanıb

18 Oktyabr 2021, 16:50 (GMT +4)
ABŞ-ın keçmiş dövlət katibi Kolin Pauell vəfat edib

18 Oktyabr 2021, 16:47 (GMT +4)
Koronavirusa görə BDU-da 2 qrup distant təhsilə keçib

18 Oktyabr 2021, 16:37 (GMT +4)
Xəzərdə zəlzələ olub

18 Oktyabr 2021, 16:27 (GMT +4)
Universitetdə Müstəqilliyin bərpası günü ilə əlaqədar elmi-praktik konfrans keçirilib

18 Oktyabr 2021, 16:14 (GMT +4)
Azərbaycan və Rusiya vergi sahəsində birgə pilot layihə həyata keçirə bilər

18 Oktyabr 2021, 16:03 (GMT +4)
Yəmən paytaxtında Məhəmməd peyğəmbərin mövludu münasibətilə izdihamlı bayram tədbiri keçirilir (VİDEO)

18 Oktyabr 2021, 16:02 (GMT +4)
Rusiya XİN və BQXK prezidenti Qarabağdakı vəziyyəti müzakirə edib

18 Oktyabr 2021, 15:58 (GMT +4)
Avropa İttifaqının xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək

18 Oktyabr 2021, 15:44 (GMT +4)
Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı təbrik edib

18 Oktyabr 2021, 15:36 (GMT +4)
Kərim Benzema "Real"la yeni müqavilə imzalayacaq

18 Oktyabr 2021, 15:34 (GMT +4)
İranla Səudiyyə Ərəbistanı arasında danışıqların dördüncü turu davam edir – Rəsmi Tehran

18 Oktyabr 2021, 15:30 (GMT +4)
Gürcüstanda son sutkada 2,4 mindən çox insan COVID-19-a yoluxub

18 Oktyabr 2021, 15:17 (GMT +4)
Maduro ABŞ-ı Karakasla müxalifət arasındakı dialoqu pozmaqda ittiham edib

18 Oktyabr 2021, 15:15 (GMT +4)
"Barselona" 3 xalı 3 qolla qazanıb - (VİDEO)

18 Oktyabr 2021, 15:05 (GMT +4)
ABŞ-ın altı şəhərində “Azərbaycan Günü” elan edilib

18 Oktyabr 2021, 14:52 (GMT +4)
Zakir Həsənov NATO-nun Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi ilə görüşüb

18 Oktyabr 2021, 14:45 (GMT +4)
Türkiyənin "Bursaspor" klubu Azərbaycanı təbrik edib - (FOTO)

18 Oktyabr 2021, 14:42 (GMT +4)
Sahil Babayev Türkiyədə əmək müqaviləsi olmadan işləyən azərbaycanlılardan danışıb

18 Oktyabr 2021, 14:31 (GMT +4)
İsrail və HƏMAS arasında onlarla əsir və məhbusun mübadiləsi gözlənilir

18 Oktyabr 2021, 14:28 (GMT +4)
İngiltərə millət vəkili Amessin qətlinin motivləri üzə çıxıb

18 Oktyabr 2021, 14:24 (GMT +4)
Azərbaycan BMT məhkəməsini Ermənistana qarşı müvəqqəti tədbirlər tətbiq etməyə çağırır

18 Oktyabr 2021, 14:13 (GMT +4)
Qaxda əlillik dərəcəsi vədi ilə vətəndaşların 17 min manatını mənimsəyən şəxs saxlanılıb

18 Oktyabr 2021, 14:02 (GMT +4)
Bərdədə sabiq bələdiyyə sədri həbs edilib

18 Oktyabr 2021, 13:52 (GMT +4)
İlham Əliyev: Xudafərin körpüsü Azərbaycan xalqının istedadının sübutudur

18 Oktyabr 2021, 13:40 (GMT +4)
Quterreş: Vaksin paylanmasında qeyri-bərabərlik yeni koronavirus növlərinin yaranmasına səbəb olur

18 Oktyabr 2021, 13:38 (GMT +4)
Türkiyə çempionatı: "Trabzonspor" "Fənərbaxça"ya qalib gələrək lider olub - (VİDEO)

18 Oktyabr 2021, 13:35 (GMT +4)
Balakəndə karantin qaydalarını pozan toy sahibi cərimələnib

18 Oktyabr 2021, 13:24 (GMT +4)
Bakıda 20 nömrəli məktəb-lisey koronavirusa görə bağlanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66