Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

Dövlət Nəzarəti İnformasiya Sistemi fəaliyyətə başlayıb

21 Sentyabr 2021, 17:10 (GMT +4)

Bakı, 21 sentyabr, SalamNews.  Azərbaycan Respublikası Prezidentinin fərman, sərəncam və tapşırıqlarının icra vəziyyətinə nəzarətin elektron qaydada həyata keçirilməsi üçün yeni elektron informasiya sisteminin yaradılması və yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinin əsas səmərəlilik göstəriciləri üzrə qiymətləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidenti tərəfindən “Dövlət Nəzarəti İnformasiya Sisteminin yaradılması haqqında” 2021-ci il 30 yanvar tarixli 1275 nömrəli Fərman imzalanıb.

SalamNews xəbər verir ki, Fərmana uyğun olaraq artıq Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında bütün sahələr üzrə imzalanmış fərman və sərəncamların, o cümlədən verilmiş digər tapşırıqların vaxtında və tam şəkildə icrasına nəzarətin gücləndirilməsini təmin edəcək yeni elektron sistem yaradılıb.

Yeni sistem vasitəsilə bütün tapşırıqların icrasına nəzarətin elektron formada təşkili, hesabat vermənin sadələşdirilməsi, icrası gecikən tapşırıqlar üzrə problemlərin müəyyən edilərək aidiyyəti tədbirlərin görülməsi və onların aradan qaldırılması, nəticə etibarilə yerinə yetirilən işlərin əsaslı qiymətləndirilməsi mümkün olacaq.

Hazırda bütün mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət şirkətləri, publik hüquqi şəxslər yeni yaradılmış Dövlət Nəzarəti İnformasiya Sisteminə qoşulub. Ötən dövrdə onlara sistemdən istifadə ilə bağlı təlimlər keçirilib. Artıq 2021-ci il üzrə icraya nəzarət yeni sistem üzərindən onlayn qaydada həyata keçirilir.

Eyni zamanda, sistem vasitəsilə ölkənin rayonlarının müxtəlif sahələr üzrə cari vəziyyəti və inkişafını xarakterizə edən meyarlar əsasında hazırlanmış əsas səmərəlilik göstəricilərinin tətbiqi ilə qiymətləndirilməsi aparılır. Qiymətləndirmə nəticəsində regionların inkişaf meyilləri, nəzərdə tutulan prioritet istiqamətlərdə işlərin yerinə yetirilməsi vəziyyəti, aktual problemlərin vaxtında aşkar edilməsi və inkişaf üzrə rayonlararası rəqabət mühitinin formalaşdırılması mümkün olacaqdır.

Dövlət Nəzarəti İnformasiya Sisteminin fəaliyyətə başlaması ümumilikdə ölkə üzrə yuxarıda qeyd edilən istiqamətləri əhatə edən mərkəzləşdirilmiş məlumat bazasının yaradılması və idarə olunması, obyektiv və nəticəyönümlü hesabatlılığın təşkilini təmin edəcəkdir.

Bununla yanaşı, göstərilən çərçivədə yerinə yetiriləcək tədbirlərin nəticəsi ölkə rəhbərliyi tərəfindən həyata keçirilən islahatların sürətləndirilməsi, prioritet sahələr üzrə hədəflərin düzgün müəyyənləşdirilməsi və onlara nail olunma dərəcəsinin ölçülməsi, həmçinin icra edilən işlərin səmərəliliyinin artırılmasında mühüm rol oynayacaqdır.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

18 Oktyabr 2021, 17:30 (GMT +4)
Rusiya NATO-dakı daimi nümayəndəliyinin fəaliyyətini dayandırır

18 Oktyabr 2021, 16:58 (GMT +4)
Azərbaycanla Qətər arasında Komissiya iclasının Protokolu imzalanıb

18 Oktyabr 2021, 16:50 (GMT +4)
ABŞ-ın keçmiş dövlət katibi Kolin Pauell vəfat edib

18 Oktyabr 2021, 16:47 (GMT +4)
Koronavirusa görə BDU-da 2 qrup distant təhsilə keçib

18 Oktyabr 2021, 16:37 (GMT +4)
Xəzərdə zəlzələ olub

18 Oktyabr 2021, 16:27 (GMT +4)
Universitetdə Müstəqilliyin bərpası günü ilə əlaqədar elmi-praktik konfrans keçirilib

18 Oktyabr 2021, 16:14 (GMT +4)
Azərbaycan və Rusiya vergi sahəsində birgə pilot layihə həyata keçirə bilər

18 Oktyabr 2021, 16:03 (GMT +4)
Yəmən paytaxtında Məhəmməd peyğəmbərin mövludu münasibətilə izdihamlı bayram tədbiri keçirilir (VİDEO)

18 Oktyabr 2021, 16:02 (GMT +4)
Rusiya XİN və BQXK prezidenti Qarabağdakı vəziyyəti müzakirə edib

18 Oktyabr 2021, 15:58 (GMT +4)
Avropa İttifaqının xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək

18 Oktyabr 2021, 15:44 (GMT +4)
Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı təbrik edib

18 Oktyabr 2021, 15:36 (GMT +4)
Kərim Benzema "Real"la yeni müqavilə imzalayacaq

18 Oktyabr 2021, 15:34 (GMT +4)
İranla Səudiyyə Ərəbistanı arasında danışıqların dördüncü turu davam edir – Rəsmi Tehran

18 Oktyabr 2021, 15:30 (GMT +4)
Gürcüstanda son sutkada 2,4 mindən çox insan COVID-19-a yoluxub

18 Oktyabr 2021, 15:17 (GMT +4)
Maduro ABŞ-ı Karakasla müxalifət arasındakı dialoqu pozmaqda ittiham edib

18 Oktyabr 2021, 15:15 (GMT +4)
"Barselona" 3 xalı 3 qolla qazanıb - (VİDEO)

18 Oktyabr 2021, 15:05 (GMT +4)
ABŞ-ın altı şəhərində “Azərbaycan Günü” elan edilib

18 Oktyabr 2021, 14:52 (GMT +4)
Zakir Həsənov NATO-nun Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi ilə görüşüb

18 Oktyabr 2021, 14:45 (GMT +4)
Türkiyənin "Bursaspor" klubu Azərbaycanı təbrik edib - (FOTO)

18 Oktyabr 2021, 14:42 (GMT +4)
Sahil Babayev Türkiyədə əmək müqaviləsi olmadan işləyən azərbaycanlılardan danışıb

18 Oktyabr 2021, 14:31 (GMT +4)
İsrail və HƏMAS arasında onlarla əsir və məhbusun mübadiləsi gözlənilir

18 Oktyabr 2021, 14:28 (GMT +4)
İngiltərə millət vəkili Amessin qətlinin motivləri üzə çıxıb

18 Oktyabr 2021, 14:24 (GMT +4)
Azərbaycan BMT məhkəməsini Ermənistana qarşı müvəqqəti tədbirlər tətbiq etməyə çağırır

18 Oktyabr 2021, 14:13 (GMT +4)
Qaxda əlillik dərəcəsi vədi ilə vətəndaşların 17 min manatını mənimsəyən şəxs saxlanılıb

18 Oktyabr 2021, 14:02 (GMT +4)
Bərdədə sabiq bələdiyyə sədri həbs edilib

18 Oktyabr 2021, 13:52 (GMT +4)
İlham Əliyev: Xudafərin körpüsü Azərbaycan xalqının istedadının sübutudur

18 Oktyabr 2021, 13:40 (GMT +4)
Quterreş: Vaksin paylanmasında qeyri-bərabərlik yeni koronavirus növlərinin yaranmasına səbəb olur

18 Oktyabr 2021, 13:38 (GMT +4)
Türkiyə çempionatı: "Trabzonspor" "Fənərbaxça"ya qalib gələrək lider olub - (VİDEO)

18 Oktyabr 2021, 13:35 (GMT +4)
Balakəndə karantin qaydalarını pozan toy sahibi cərimələnib

18 Oktyabr 2021, 13:24 (GMT +4)
Bakıda 20 nömrəli məktəb-lisey koronavirusa görə bağlanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66