Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Dövlətə aid 3 maliyyə qurumu İnvestisiya Holdinqinin idarəetməsinə verilib

22 Sentyabr 2021, 16:50 (GMT +4)

Bakı, 22 sentyabr, SalamNews. Prezident İlham Əliyev “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilməsi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi, “Nizamnamə kapitalında dövlətə məxsus səhmlər olan bankların və bank olmayan kredit təşkilatlarının idarə edilməsində dövlətin iştirakı qaydası haqqında” 7 avqust 2009-cu il tarixli və “Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri haqqında” 9 fevral 2009-cu il tarixli fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

SalamNews-un məlumatına görə, fərmanda deyilir:

Konstitusiyanın 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin təmin edilməsi haqqında” ölkə prezidentinin 5 noyabr 2020-ci il tarixli fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş siyahıda nəzərdə tutulan ABB Holdinqin idarəetməsinə verilsin.

2. Bankın nizamnamə kapitalında dövlətə məxsus səhmlərin imkan verdiyi dərəcədə ümumi yığıncağın səlahiyyətlərinə aid edilmiş məsələlərin həll edilməsində dövlətin adından iştiraketmə hüququ aşağıdakılara həvalə edilsin:

2.1. Prezidentə:

2.1.1. Bankın satılması, yenidən təşkili və ləğvi;

2.2. Prezidentlə razılaşdırmaqla, Holdinqə:

2.2.1. Bankın Müşahidə Şurasının üzvlərinin, o cümlədən onun rəhbərinin vəzifəyə seçilməsi və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;

2.2.2. Bankın icra orqanının rəhbərinin vəzifəyə seçilməsi, onun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;

2.2.3. müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri kredit təşkilatının aktivlərinin 5 %-ni və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi;

2.2.4. Bankın nizamnamə kapitalının artırılması və azaldılması barədə qərar qəbul edilməsi, səhmlərinin buraxılması müddətlərinin və şərtlərinin müəyyənləşdirilməsi, habelə mühüm iştirak payının əldə edilməsinə razılıq verilməsi;

2.2.5. Bankın kənar auditorun təsdiqlədiyi və Audit Komitəsinin tövsiyə etdiyi illik maliyyə hesabatlarının təsdiq edilməsi, habelə xalis mənfəət hesabına ehtiyatların yaradılması və dividendlərin ödənilməsi barədə qərar qəbul edilməsi;

2.2.6. Bankın nizamnaməsinin təsdiq edilməsi və onun dəyişdirilməsi;

2.2.7. Bankın törəmə təsərrüfat cəmiyyətlərinin yaradılması və fəaliyyətlərinə xitam verilməsi, başqa bankın satın alınması barədə qərarlar qəbul edilməsi;

2.2.8. bu Fərmanın 2.1-ci və 3.2-ci bəndləri nəzərə alınmaqla, Mülki Məcəllə, “Banklar haqqında” qanun və Bankın nizamnaməsi ilə ümumi yığıncağın səlahiyyətinə aid edilmiş digər məsələlərin həll edilməsi.

3. Müəyyən edilsin ki:

3.1. Bankın fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti sədr də daxil olmaqla 5 üzvdən ibarət Müşahidə Şurası həyata keçirir;

3.2. Bankın Müşahidə Şurasının “Banklar haqqında” qanunun 24.1.2 – 24.1.6-cı, 24.1.7-ci (icra orqanının üzvlərinin, o cümlədən onun rəhbər müavinlərinin vəzifəyə seçilməsinə münasibətdə) və 25-ci maddələrində nəzərdə tutulmuş səlahiyyətləri vardır.

4. Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

5. Holdinq bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

Bundan başqa, dövlət başçısı "Azər-Türk Bank” ASC-nin və Dövlət Sığorta Kommersiya Şirkətinin ("Azərsığorta") Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilməsi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Konstitusiyanın 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin təmin edilməsi haqqında” ölkə prezidentinin 5 noyabr 2020-ci il tarixli fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş siyahıda nəzərdə tutulan “Azər-Türk Bank” ASC və "Azərsığorta", Holdinqin idarəetməsinə verilsin.

2. Holdinq:

2.1. beynəlxalq məsləhətçi şirkət cəlb etməklə, mövcud müqavilə öhdəliklərinə riayət olunması şərtilə “Azər-Türk Bank”ın və "Azərsığorta"nın hüquq, maliyyə, vergi və kommersiya sahələrində fəaliyyətinin yekunlarının diaqnostikasının aparılmasını dörd ay müddətində təmin edib nəticəsi barədə prezidentə məlumat versin;

2.2. bu Sərəncamın 2.1-ci bəndində nəzərdə tutulan diaqnostika başa çatdıqdan sonra, onun nəticəsindən asılı olaraq, Azərbaycan Mərkəzi Bankı ilə birlikdə “Azər-Türk Bank”ın və "Azərsığorta"nın fəaliyyətinin təkmilləşdirilməsinə dair təkliflərini bir ay müddətində hazırlayıb prezidentə təqdim etsin;

2.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. Müəyyən edilsin ki, bu Sərəncamın 2.1-ci və 2.2-ci bəndləri icra olunanadək “Azər-Türk Bank”ın və "Azərsığorta"nın idarəetmə orqanları fəaliyyətini davam etdirsinlər.

4. Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

22 Oktyabr 2021, 03:33 (GMT +4)
"Ayaks"ın müdafiəçisi Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib

22 Oktyabr 2021, 02:49 (GMT +4)
UEFA “Qarabağ”ın əzmkar qələbəsi ilə bağlı paylaşım edib - (FOTOLAR)

22 Oktyabr 2021, 02:25 (GMT +4)
Konfrans Liqası: "Roma" darmadağın olub, "Tottenhem" uduzub

22 Oktyabr 2021, 01:51 (GMT +4)
Avropa Liqasının qrup mərhələsində 3-cü tura yekun vurulub

22 Oktyabr 2021, 01:35 (GMT +4)
"Qarabağ" layiqli qələbə qazandı - Kurban Berdıyev

22 Oktyabr 2021, 01:01 (GMT +4)
Qurban Qurbanov: Hər 3 xal bizim üçün üstünlükdü

21 Oktyabr 2021, 22:46 (GMT +4)
Konfrans Liqası: "Qarabağ" "Kayrat"ı məğlub edib

21 Oktyabr 2021, 20:19 (GMT +4)
“İslam Peyğəmbərinin (s) həyat tərzi və müasir insan” mövzusunda konfrans keçirilib (FOTO)

21 Oktyabr 2021, 19:22 (GMT +4)
“Qarabağ” - “Neftçi” oyununun vaxtı açıqlanıb

21 Oktyabr 2021, 19:00 (GMT +4)
"El Klasiko"nun hakimləri məlum olub

21 Oktyabr 2021, 18:30 (GMT +4)
Kriştiano Ronaldo daha bir rekord imza atıb

21 Oktyabr 2021, 18:03 (GMT +4)
"Sabah"ın baş məşqçisi Ramin Quliyev istefa verib

21 Oktyabr 2021, 18:02 (GMT +4)
Maduro Kolumbiya Parlamentinin ikitərəfli münasibətləri normallaşdırmaq təklifini dəstəkləyib

21 Oktyabr 2021, 17:55 (GMT +4)
Müdafiə Nazirliyi: Hazırda 6 hərbçi itkin düşmüş sayılır

21 Oktyabr 2021, 17:48 (GMT +4)
"Qarabağ" - "Kayrat" matçında tanınmış telejurnalist Elnur Əşrəfoğlunun xatirəsi anılacaq

21 Oktyabr 2021, 17:44 (GMT +4)
Azərbaycanda birinci mərhələ üzrə peyvənd olunanların sayı 5 milyonu ötüb

21 Oktyabr 2021, 17:34 (GMT +4)
Liviyada sabitliyə dəstək adlı beynəlxalq konfrans keçirilir

21 Oktyabr 2021, 17:24 (GMT +4)
Müdafiə Nazirliyi Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yeni siyahısını açıqlayıb

21 Oktyabr 2021, 17:23 (GMT +4)
KXDR raket sınaqlarının ABŞ-a qarşı yönəlmədiyini açıqlayıb

21 Oktyabr 2021, 17:14 (GMT +4)
XİN Azərbaycanın beynəlxalq məhkəmələrdə Ermənistana qarşı qaldırdığı iddiaların detallarını açıqlayıb

21 Oktyabr 2021, 17:02 (GMT +4)
Sabah güclü külək əsəcək (XƏBƏRDARLIQ)

21 Oktyabr 2021, 16:50 (GMT +4)
“Azərişıq” Şuşada 5 transformator yarımstansiyası tikir

21 Oktyabr 2021, 16:38 (GMT +4)
Azərbaycanda son sutkada 2005 nəfər COVID-19-a yoluxub, 20 nəfər ölüb

21 Oktyabr 2021, 16:33 (GMT +4)
Suriyada terrorçuluqda ittihamlandırılan 24 nəfər edam edilib

21 Oktyabr 2021, 16:30 (GMT +4)
QHT-lərə Dövlət Dəstəyi Agentliyi Müşahidə Şurasının iclası keçirilib

21 Oktyabr 2021, 16:20 (GMT +4)
Nigeriyada quldurlar azı 30 nəfəri qaçırıb

21 Oktyabr 2021, 16:10 (GMT +4)
Metronun "Gənclik" stansiyası bu gün gücləndirilmiş rejimdə işləyəcək

21 Oktyabr 2021, 15:58 (GMT +4)
Bakı metrosunda daha bir aktiv koronavirus xəstəsi saxlanılıb 

21 Oktyabr 2021, 15:50 (GMT +4)
"Barselona" Ansu Fati ilə müqaviləni uzadıb

21 Oktyabr 2021, 15:47 (GMT +4)
Türkiyədə casusluq ittihamı ilə dörd rusiyalı həbs edilib 

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66