Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Siyəzən rayonunun 2 kəndində içməli su layihəsinin icrası yekunlaşdırılıb

23 Sentyabr 2021, 15:17 (GMT +4)

Bakı, 23 sentyabr, SalamNews. Prezident İlham Əliyevin təsdiqlədiyi regionların sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq Siyəzən rayonunun su çatışmazlığından əziyyət çəkən Sədan və Eynibulaq kəndlərində içməli su layihəsinin icrası yekunlaşdırılıb.

SalamNews bu barədə "Azərsu" ASC-yə istinadən xəbər verir.

Məlumata görə, səhmdar cəmiyyətinin həyata keçiridiyi layihə çərçivəsində kəndlərdə mərkəzləşdirilmiş su təchizatı sistemləri yaradılaraq istismara verilib.

Sədan və Eynibulaq kəndlərinə içməli suyun verilməsi münasibətilə keçirilən tədbirdə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov rayonda həyata keçirilən sosial infrastruktur layihələrindən danışıb. O, qeyd edib ki, içməli su qıtlığından əziyyət çəkən kəndlərdə icra olunan layihə mühüm hadisədir və sakinlərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına xidmət edir.

Siyəzən rayonundan olan millət vəkili Sadiq Qurbanov Vətən Müharibəsindən sonra belə layihələrin davam etriirlməsini ölkəmizin iqtisadi qüdrətinin göstəricisi kimi dəyərləndirib və içməli su layihəsinin yüksək keyfiyyətlə icra olunduğunu bildirib.

“Azərsu”yun sədr müavini Etibar Məmmədov dövlət başçısının tapşırıqlarına uyğun olaraq kənd əhalisinin içməli su təchizatının yaxşılaşdırılmasını xüsusi diqqətdə saxlanıldığını xatırladaraq, son illər bu sahədə görülmüş işlər barədə məlumat verib. O, bildirib ki, həm dövlət investisiyaları, həm də daxili imkanlar hesabına su çatışmazlığı müşahidə olunan kəndlərdə layihələr icra olunur, belə layihələr 2022-ci ildə də davam etdirləcək.

Tədbirdə çıxış edən kənd sakinləri içməli su probleminin həllinə göstərilən diqqət və qayğıya görə ölkə prezidentinə minnətdarlıqlarını bildiriblər.

Bu kəndlərdə içməli su təchizatı sistemləri mövcud olmadığından sakinlər suyu uzaq məsafədən daşıyır və ya maşınlarla alırdılar.

Hazırda Sədan və Eynibulaq kəndlərinə içməli su Şollar-Bakı su kəmərindən verilir. Bu məqsədlə Siyəzən şəhərini qidalandıran magistral xətdən birləşmə verilərək kəndlərə polad borularla ümumi uzunluğu 8 km olan magistral su xətləri çəkilib. Sədan və Eynibulaq kəndləri relyef baxımından yüksəklikdə yerləşdiyindən suyun nəqli ikipilləli nasos sistemi vastəsilə aparılır. Bu məqsədlə 2 yerdə - yeni magistral xəttin qoşulma nöqtəsində və Sədan kəndinin girişində nasos stansiyası və hər birinin həcmi 25 kubmetr olan 2 su anbarı tikilib.

Layihə çərçivəsində Sədan kəndində 11 km paylayıcı su şəbəkəsi yaradılıb 148 ünvana ev birləşməsi verilərək sayğaclar quraşdırılıb. Eynibulaq kəndində isə 10 km uzunluğunda paylayıcı su xətləri inşa edilib. Yeni şəbəkədən 170 ünvana ev birləşməsi verilib və sayğaclar quraşdırılıb.

Layihənin icrası nəticəsində Siyəzən rayonunun Sədan və Eynibulaq kəndlərinin 2 000-ə qədər sakininin içməli su problemi həll edilib.

 
 




Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

24 Oktyabr 2021, 09:12 (GMT +4)
Ceyhun Bayramov iranlı həmkarı ilə telefonla danışıb

24 Oktyabr 2021, 00:09 (GMT +4)
Bu gün Məhəmməd Peyğəmbərin (s) və İmam Sadiqin (ə) mövlududur

23 Oktyabr 2021, 17:01 (GMT +4)
Azərbaycan XİN Macarıstanı təbrik edib

23 Oktyabr 2021, 16:48 (GMT +4)
Hacıqabulda ictimai nəqliyyatda tibbi maska ilə bağlı reyd keçirilib

23 Oktyabr 2021, 16:33 (GMT +4)
Bərdə sakinlərindən “patı” və heroin götürülüb

23 Oktyabr 2021, 16:21 (GMT +4)
Qubada Vətən müharibəsi şəhidinin anım mərasimi keçirilib (FOTO)

23 Oktyabr 2021, 16:11 (GMT +4)
İran nüvə danışıqlarının tezliklə başlayacağını bildirib

23 Oktyabr 2021, 15:58 (GMT +4)
Saxta yollarla COVID-19 pasportu əldə edən şəxslər saxlanılıb (VİDEO)

23 Oktyabr 2021, 15:45 (GMT +4)
Bərdə və Ağcabədidə COVİD-19-a qarşı reyd keçirilib

23 Oktyabr 2021, 15:32 (GMT +4)
Sahibə Qafarova Monteneqro Parlamentinin sədri ilə görüşüb

23 Oktyabr 2021, 15:20 (GMT +4)
Qardabani şəhərində Məhəmməd Peyğəmbərin mövludu münasibətilə bayram tədbiri keçirilib (FOTO)

23 Oktyabr 2021, 15:07 (GMT +4)
Kreml Azərbaycanla Ermənistan arasında iki sənəd imzalanacağı barədə məlumatlara münasibət bildirib

23 Oktyabr 2021, 14:50 (GMT +4)
İlham Əliyev Xalq artisti Canəli Əkbərovun vəfatı ilə bağlı nekroloq imzalayıb

23 Oktyabr 2021, 14:38 (GMT +4)
Rusiya və Suriya hərbi təyyarələri İdlibə şiddətli hava zərbələri endirib

23 Oktyabr 2021, 14:30 (GMT +4)
Prezident və xanımı Canəli Əkbərovun dəfn mərasiminə əklil göndərib

23 Oktyabr 2021, 14:30 (GMT +4)
Naxçıvanın keçmiş rabitə və yeni texnologiyalar nazirinə “Aztelekom”da vəzifə verilib

23 Oktyabr 2021, 14:20 (GMT +4)
Antisanitar şəraitdə işləyən şəkərli qənnadı məmulatları istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

23 Oktyabr 2021, 14:10 (GMT +4)
Bakıda restorana gedən koronavirus xəstəsi aşkarlanıb

23 Oktyabr 2021, 14:00 (GMT +4)
Şəmkirdə avtomobil piyadanı vuraraq öldürüb

23 Oktyabr 2021, 13:45 (GMT +4)
Biləsuvarda toy məclisinə görə restoranın icarədarı cərimələnib

23 Oktyabr 2021, 13:42 (GMT +4)
Türkiyə və Azərbaycanla ortaq əməkdaşlıqlar üzərində işlənilməlidir – İranlı nazir

23 Oktyabr 2021, 13:30 (GMT +4)
Azad edilən ərazilərə icazəsiz daxil olan şəxslərin avtomobilində borular aşkarlanıb

23 Oktyabr 2021, 13:20 (GMT +4)
Lənkəranda Xəzər dənizinin sahilə yaxın sularında tank əlehinə mina aşkarlanıb

23 Oktyabr 2021, 13:10 (GMT +4)
DİN: 216 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb

23 Oktyabr 2021, 13:00 (GMT +4)
Bakıda 27 yaşlı qadın itkin düşüb

23 Oktyabr 2021, 12:50 (GMT +4)
Yevlaxda heroin satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxslər saxlanılıb

23 Oktyabr 2021, 12:40 (GMT +4)
Bakıda ərini boğaraq qətlə yetirən şəxsin məhkəməsi başlayır

23 Oktyabr 2021, 12:33 (GMT +4)
Suriya ordusu ilə ABŞ qüvvələri arasında insident baş verib, ABŞ qüvvələri geri qayıdıb (VİDEO)

23 Oktyabr 2021, 12:30 (GMT +4)
Azərbaycanda ilk dəfə Zəfər Tibb Simpoziumu keçiriləcək

23 Oktyabr 2021, 12:20 (GMT +4)
Ağcabədidə karantin rejiminin pozulduğu obyekt müəyyən olunub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66