Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Birinci milli “CEO Award Azerbaijan” müsabiqəsinin qalibləri elan edilib

23 Sentyabr 2021, 15:32 (GMT +4)

Bakı, 23 sentyabr, SalamNews. “Birinci milli “CEO Award Azerbaijan” müsabiqəsinin səsverməsi yekunlaşıb. Səsvermədə iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən yüzdən artıq top-menecer iştirak edib.

SalamNews xəbər verir ki, eyni zamanda ilk dəfə olaraq bu cür müsabiqəyə Azərbaycanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri qatılıblar.Səsvermənin nəticəsinə görə 2021-ci il üzrə Azərbaycanın 25 ən tanınmış top-meneceri müəyyənləşib”, - deyə Caspian Energy Club-un sədri və baş icraçı direktoru Telman Əliyev məlumat verib.

“Bu müsabiqəni bir neçə məqsədlə təşkil etmişik. Bir çoxumuzun şirkətlərin adları, onların məhsul və xidmətləri, həmçinin təqdim etdikləri brendlər haqqında məlumatı var. Lakin biz çox nadir hallarda biznes simalarını tanıyırıq. Buna görə top-menecerlərin və biznes sahiblərinin bu açıq səsvermədə iştirak etmələri  olduqca vacib idi. Həmçinin müasir biznesmenlərin diqqətini sosial şəbəkələrdə aktivliyə yönəltmək istəyirdik. Çünki bu müsabiqədə məhz sosial şəbəkələrdə və KİV-də daha aktiv olan top-menecerlər qalib gəldilər”, - deyə o əlavə edib.

Daha sonra Telman Əliyev qeyd edib ki, “Statistikaya nəzər yetirsəniz, görəcəksiniz ki, səsvərməyə əsasən müsabiqənin ilk iki həftəsində, ön sıralarda olan top-menecərlərin əksəriyyəti bəşəriyyətin gözəl hissəsi olan xanımlarımız idi. Ancaq səsvermənin son iki günündə, belə desəm, kişilər hücuma keçərək Azərbaycanın ən tanınan 25 top -meneceri sıralarında öz mövqelərini qorudular. Müsabiqə qaliblərinin demək olar ki, yarısının qadın rəhbərlər olması bizim üçün çox önəmli və vacibdir. “CEO Award Azerbaijan” müsabiqəsinin nəticələri müəyyən bir mesajdır, öz işini qurmaq niyyətində olan və sahibkarlıq fəaliyyəti ilə aktiv məşğul olmaq istəyən qadınlar üçün motivasiyadır.” 

Yalnız Azərbaycan brendlərinin iştirak etdiyi “Brand Award Azerbaijan”dan fərqli olaraq “CEO Award Azerbaijan”a yerli şirkət nümayəndələri ilə yanaşı, ölkəmizdə fəaliyyət göstərən xarici şirkətlərin top-menecrləri də qatıldılar. Həmçinin diqqətinizə çatdırmaq istəyirəm ki, aparıcı holdinq və iri şirkətlərin müəyyən sayda rəhbər və top-menecerləri bizim xahişimizlə gənc nəslin xeyrinə müsabiqədə iştirak etmədilər, kiçik və orta biznes nümayəndələrini dəstəklədilər. Onlar biznesin yeni ulduzlarının parlamasını, biznesdə tanınsalar da, geniş auditoriyaya hələ tanış olmayan yeni adların üzə çıxmasını istədilər. Bu təşəbbüsə görə iri biznes nümayəndələrinə minnətdarıq. Müsabiqə həqiqətən böyük maraqla qarşılandı. 13 mindən artıq səsverənin iştirakı həm biznesmenlərin, həm də əhalinin bu müsabiqəyə böyük marağının olmasından xəbər verir”, - deyə Telman Əliyev söyləyib.  

“Gələn il “CEO Award” müsabiqəsini Qazaxıstan, Rusiya, Gürcüstan, Özbəkistan, Türkiyə, Ukrayna və bir sıra Avropa ölkələrində keçirməyi planlaşdırırıq. “Brand Award International” nümunəsində növbəti ilin sonunda “CEO Award International” müsabiqəsini təşkil edəcəyik”, - deyə o qeyd edib.

“Fəal iştiraka və səsverməyə görə bir daha hər kəsə təşəkkür etmək istəyirəm. Qalibləri təbrik edir və həmçinin müsabiqədə iştirak etmiş, lakin TOP 25-in siyahısına düşə bilməmiş tanınmış top-menecerlərə uğurlar arzulayıram. Əminəm ki, bu il ərzində  sosial şəbəkələrdə və KİV-də daha fəal iştirak etmək imkanları olacaq və növbəti ildə qələbəni məhz onlar qazanacaqlar. Sizə bol şans  diləyirəm. Ümid edirəm ki, sizin və biznesiniz uğurları təşkil etdiyimiz “Brand Award” və “CEO Award” müsabiqələrinin nəticələrində öz əksini tapacaq”, - deyə Telman Əliyev söyləyib.

Sıralarında dünyanın 50 ölkəsindən olan 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian Energy Club 2002-ci ilin iyununda yaradılıb. Biznes-hökumət dialoqunun fəal iştirakçısı olan Caspian Energy Club-un əsas məqsədi Azərbaycanda və Caspian Energy Club-un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühiti yaxşılaşdırmaqdan, həmçinin B2G, B2B və B2C formatlarında dialoqu stumullaşdırmaqdan və onlarda fəal iştirak etməkdən ibarətdir.

Biznes-netvorkinq üçün beynəlxalq platforma olan Caspian Energy Club mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Caspian Energy Club-un mənzil-qərargahı Bakıda yerləşir. Caspian Energy Club-un Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəliyi, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.

 





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

24 Oktyabr 2021, 09:12 (GMT +4)
Ceyhun Bayramov iranlı həmkarı ilə telefonla danışıb

24 Oktyabr 2021, 00:09 (GMT +4)
Bu gün Məhəmməd Peyğəmbərin (s) və İmam Sadiqin (ə) mövlududur

23 Oktyabr 2021, 17:01 (GMT +4)
Azərbaycan XİN Macarıstanı təbrik edib

23 Oktyabr 2021, 16:48 (GMT +4)
Hacıqabulda ictimai nəqliyyatda tibbi maska ilə bağlı reyd keçirilib

23 Oktyabr 2021, 16:33 (GMT +4)
Bərdə sakinlərindən “patı” və heroin götürülüb

23 Oktyabr 2021, 16:21 (GMT +4)
Qubada Vətən müharibəsi şəhidinin anım mərasimi keçirilib (FOTO)

23 Oktyabr 2021, 16:11 (GMT +4)
İran nüvə danışıqlarının tezliklə başlayacağını bildirib

23 Oktyabr 2021, 15:58 (GMT +4)
Saxta yollarla COVID-19 pasportu əldə edən şəxslər saxlanılıb (VİDEO)

23 Oktyabr 2021, 15:45 (GMT +4)
Bərdə və Ağcabədidə COVİD-19-a qarşı reyd keçirilib

23 Oktyabr 2021, 15:32 (GMT +4)
Sahibə Qafarova Monteneqro Parlamentinin sədri ilə görüşüb

23 Oktyabr 2021, 15:20 (GMT +4)
Qardabani şəhərində Məhəmməd Peyğəmbərin mövludu münasibətilə bayram tədbiri keçirilib (FOTO)

23 Oktyabr 2021, 15:07 (GMT +4)
Kreml Azərbaycanla Ermənistan arasında iki sənəd imzalanacağı barədə məlumatlara münasibət bildirib

23 Oktyabr 2021, 14:50 (GMT +4)
İlham Əliyev Xalq artisti Canəli Əkbərovun vəfatı ilə bağlı nekroloq imzalayıb

23 Oktyabr 2021, 14:38 (GMT +4)
Rusiya və Suriya hərbi təyyarələri İdlibə şiddətli hava zərbələri endirib

23 Oktyabr 2021, 14:30 (GMT +4)
Prezident və xanımı Canəli Əkbərovun dəfn mərasiminə əklil göndərib

23 Oktyabr 2021, 14:30 (GMT +4)
Naxçıvanın keçmiş rabitə və yeni texnologiyalar nazirinə “Aztelekom”da vəzifə verilib

23 Oktyabr 2021, 14:20 (GMT +4)
Antisanitar şəraitdə işləyən şəkərli qənnadı məmulatları istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

23 Oktyabr 2021, 14:10 (GMT +4)
Bakıda restorana gedən koronavirus xəstəsi aşkarlanıb

23 Oktyabr 2021, 14:00 (GMT +4)
Şəmkirdə avtomobil piyadanı vuraraq öldürüb

23 Oktyabr 2021, 13:45 (GMT +4)
Biləsuvarda toy məclisinə görə restoranın icarədarı cərimələnib

23 Oktyabr 2021, 13:42 (GMT +4)
Türkiyə və Azərbaycanla ortaq əməkdaşlıqlar üzərində işlənilməlidir – İranlı nazir

23 Oktyabr 2021, 13:30 (GMT +4)
Azad edilən ərazilərə icazəsiz daxil olan şəxslərin avtomobilində borular aşkarlanıb

23 Oktyabr 2021, 13:20 (GMT +4)
Lənkəranda Xəzər dənizinin sahilə yaxın sularında tank əlehinə mina aşkarlanıb

23 Oktyabr 2021, 13:10 (GMT +4)
DİN: 216 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb

23 Oktyabr 2021, 13:00 (GMT +4)
Bakıda 27 yaşlı qadın itkin düşüb

23 Oktyabr 2021, 12:50 (GMT +4)
Yevlaxda heroin satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxslər saxlanılıb

23 Oktyabr 2021, 12:40 (GMT +4)
Bakıda ərini boğaraq qətlə yetirən şəxsin məhkəməsi başlayır

23 Oktyabr 2021, 12:33 (GMT +4)
Suriya ordusu ilə ABŞ qüvvələri arasında insident baş verib, ABŞ qüvvələri geri qayıdıb (VİDEO)

23 Oktyabr 2021, 12:30 (GMT +4)
Azərbaycanda ilk dəfə Zəfər Tibb Simpoziumu keçiriləcək

23 Oktyabr 2021, 12:20 (GMT +4)
Ağcabədidə karantin rejiminin pozulduğu obyekt müəyyən olunub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66