Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Azərbaycanın XİN başçısı daha 3 ölkədən olan həmkarları ilə görüşüb

23 Sentyabr 2021, 17:22 (GMT +4)

Bakı, 23 sentyabr, SalamNews. Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatına (QH) üzv dövlətlərdən Madaqaskar xarici işlər naziri Patrik Rajoelina, Nikaraqua xarici işlər naziri Denis Moncada Kolindres və Kabo Verdenin xarici işlər naziri Rui Figeredo Soares ilə ikitərəfli görüşlər keçirib.

Bu barədə SalamNews-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Görüşlərdə Azərbaycan ilə QH üzv ölkələrinin əlaqələrinin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib. Tərəflər, ölkələr arasında mədəniyyət, turizm, nəqliyyat, humanitar, xüsusilə də iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə edib, habelə beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini qeyd ediblər.

Görüşlərdə, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstək, BMT Baş Assambleyasının 76-cı sessiyasının gündəliyi üzrə maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Görüşlər zamanı Azərbaycanın Hərəkatda sədrlik prioritetləri müzakirə mövzusu olub. Nazir Ceyhun Bayramov Azərbaycanın pandemiya ilə mübarizə sahəsində Qoşulmama Hərəkatı ölkələri də daxil olmaqla, 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı etdiyini və bunun yarısının Qoşulmama Hərəkatının üzv dövlətləri üçün nəzərdə tutulduğunu qeyd edib. Həmçinin Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşlarına ölkəmizdə təhsil almaq imkanı verən təqaüd proqramı barədə qarşı tərəfə məlumat verilib.

Müqabil tərəflər Azərbaycanın QH-yə uğurlu sədrliyini və Azərbaycan Prezidentinin QH sədri qismində COVID-19-a qarşı mübarizə ilə bağlı irəli sürdüyü qlobal əhəmiyyətli təşəbbüsləri təqdir etdiklərini bildiriblər.

Tərəflər beynəlxalq gündəlikdəki cari məsələlər, o cümlədən regional vəziyyət barədə fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov Ermənistanın növbəti təcavüzünə cavab olaraq ötən ilin 27 sentyabr tarixində başlayan və 44 gün davam edən Vətən Müharibəsi, 10 noyabr tarixli üçtərəfli bəyanat və onun icrası barədə qarşı tərəfə məlumat verib. Eyni zamanda, münaqişədən sonrakı bərpa və yenidənqurma mərhələsini qeyd edən Ceyhun Bayramov, yeni təhlükəsizlik və əməkdaşlıq çərçivəsinin yaradıldığını və bunun bölgənin inkişafı və rifahı üçün yeni imkanlar açdığını bildirib.

Görüşdə, tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

24 Oktyabr 2021, 09:12 (GMT +4)
Ceyhun Bayramov iranlı həmkarı ilə telefonla danışıb

24 Oktyabr 2021, 00:09 (GMT +4)
Bu gün Məhəmməd Peyğəmbərin (s) və İmam Sadiqin (ə) mövlududur

23 Oktyabr 2021, 17:01 (GMT +4)
Azərbaycan XİN Macarıstanı təbrik edib

23 Oktyabr 2021, 16:48 (GMT +4)
Hacıqabulda ictimai nəqliyyatda tibbi maska ilə bağlı reyd keçirilib

23 Oktyabr 2021, 16:33 (GMT +4)
Bərdə sakinlərindən “patı” və heroin götürülüb

23 Oktyabr 2021, 16:21 (GMT +4)
Qubada Vətən müharibəsi şəhidinin anım mərasimi keçirilib (FOTO)

23 Oktyabr 2021, 16:11 (GMT +4)
İran nüvə danışıqlarının tezliklə başlayacağını bildirib

23 Oktyabr 2021, 15:58 (GMT +4)
Saxta yollarla COVID-19 pasportu əldə edən şəxslər saxlanılıb (VİDEO)

23 Oktyabr 2021, 15:45 (GMT +4)
Bərdə və Ağcabədidə COVİD-19-a qarşı reyd keçirilib

23 Oktyabr 2021, 15:32 (GMT +4)
Sahibə Qafarova Monteneqro Parlamentinin sədri ilə görüşüb

23 Oktyabr 2021, 15:20 (GMT +4)
Qardabani şəhərində Məhəmməd Peyğəmbərin mövludu münasibətilə bayram tədbiri keçirilib (FOTO)

23 Oktyabr 2021, 15:07 (GMT +4)
Kreml Azərbaycanla Ermənistan arasında iki sənəd imzalanacağı barədə məlumatlara münasibət bildirib

23 Oktyabr 2021, 14:50 (GMT +4)
İlham Əliyev Xalq artisti Canəli Əkbərovun vəfatı ilə bağlı nekroloq imzalayıb

23 Oktyabr 2021, 14:38 (GMT +4)
Rusiya və Suriya hərbi təyyarələri İdlibə şiddətli hava zərbələri endirib

23 Oktyabr 2021, 14:30 (GMT +4)
Prezident və xanımı Canəli Əkbərovun dəfn mərasiminə əklil göndərib

23 Oktyabr 2021, 14:30 (GMT +4)
Naxçıvanın keçmiş rabitə və yeni texnologiyalar nazirinə “Aztelekom”da vəzifə verilib

23 Oktyabr 2021, 14:20 (GMT +4)
Antisanitar şəraitdə işləyən şəkərli qənnadı məmulatları istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

23 Oktyabr 2021, 14:10 (GMT +4)
Bakıda restorana gedən koronavirus xəstəsi aşkarlanıb

23 Oktyabr 2021, 14:00 (GMT +4)
Şəmkirdə avtomobil piyadanı vuraraq öldürüb

23 Oktyabr 2021, 13:45 (GMT +4)
Biləsuvarda toy məclisinə görə restoranın icarədarı cərimələnib

23 Oktyabr 2021, 13:42 (GMT +4)
Türkiyə və Azərbaycanla ortaq əməkdaşlıqlar üzərində işlənilməlidir – İranlı nazir

23 Oktyabr 2021, 13:30 (GMT +4)
Azad edilən ərazilərə icazəsiz daxil olan şəxslərin avtomobilində borular aşkarlanıb

23 Oktyabr 2021, 13:20 (GMT +4)
Lənkəranda Xəzər dənizinin sahilə yaxın sularında tank əlehinə mina aşkarlanıb

23 Oktyabr 2021, 13:10 (GMT +4)
DİN: 216 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb

23 Oktyabr 2021, 13:00 (GMT +4)
Bakıda 27 yaşlı qadın itkin düşüb

23 Oktyabr 2021, 12:50 (GMT +4)
Yevlaxda heroin satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxslər saxlanılıb

23 Oktyabr 2021, 12:40 (GMT +4)
Bakıda ərini boğaraq qətlə yetirən şəxsin məhkəməsi başlayır

23 Oktyabr 2021, 12:33 (GMT +4)
Suriya ordusu ilə ABŞ qüvvələri arasında insident baş verib, ABŞ qüvvələri geri qayıdıb (VİDEO)

23 Oktyabr 2021, 12:30 (GMT +4)
Azərbaycanda ilk dəfə Zəfər Tibb Simpoziumu keçiriləcək

23 Oktyabr 2021, 12:20 (GMT +4)
Ağcabədidə karantin rejiminin pozulduğu obyekt müəyyən olunub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66