Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Azərbaycanda xüsusi karantin rejimi çərçivəsində oktyabrın 1-dən yumşalmalar olacaq

24 Sentyabr 2021, 18:00 (GMT +4)

Bakı, 24 sentyabr, SalamNews. Ölkə üzrə peyvənd olunan vətəndaşların sayının artması və eyni zamanda yoluxma hallarının dinamikasının davamlı şəkildə azalması nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində yumşalma tədbirlərinin növbəti mərhələsinin tətbiqi ilə bağlı qərar qəbul edilib.

SalamNews-un xəbərinə görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 2021-ci il oktyabrın 1-dən etibarən həftəsonu ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılması ilə bağlı məhdudiyyət ləğv olunur.

Əlavə olaraq, 2021-ci il oktyabrın 1-dən aşağıda qeyd olunan iş və xidmət sahələrinin fəaliyyətinin bərpa edilməsi ilə bağlı qərar verilib:

- istirahət və əyləncə məkanlarının (klublar daxil olmaqla), həmçinin uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisində olanlar daxil olmaqla) fəaliyyəti;

- ümumi tutumunun 50 faizindən çox olmamaq şərtilə mədəniyyət obyektlərinin (konsert zalları daxil olmaqla), eləcə də konfrans zallarının, kinoteatrların, teatrların, fəaliyyəti;

- iri ticarət mərkəzlərinin nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin, eləcədə ümumi tutumunun 50 faizindən çox olmamaqla kinoteatrların fəaliyyəti.

Fəaliyyəti bərpa edilən iş və xidmət sahələri saat 00:00-dək xidmət göstərir və həmin iş və xidmət sahələrinin qapalı məkanlarında göstərilən xidmətlərdən yaşı 18-dən yuxarı olan şəxslər yalnız COVID-19 pasportuna sahib olduqları halda istifadə edə bilərlər. Müəyyən səbəblərdən peyvənd oluna bilməyən şəxslər COVİD-19 pasportu tələb olunan məkanlara əldə etdikləri COVID-19 infeksiyası əleyhinə peyvəndə Əks Göstəriş sertifikatı ilə daxil ola bilərlər.

Sözügedən iş və xidmət sahələrinin işçi heyətinin 80 faizinin COVID-19 pasportuna (COVID-19-a qarşı peyvənd sertifikatı və ya COVID-19-a qarşı immunitet sertifikatı) malik olması mütləqdir.

Həmçinin, çox sayda insanın uzun müddət qapalı yerdə toplaşmasının koronovirus infeksiyasının yayılmasına münbit şərait yaratması nəzərə alınaraq, insanlar arasında COVID-19 virusuna yoluxma riskinin azaldılması məqsədilə şəhər və rayonlar arası müntəzəm sərnişin daşımaları ilə bağlı qərar qəbul edilib.

Qərara əsasən, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu arasında müntəzəm sərnişindaşıma istisna olmaqla, ölkənin şəhər və rayonlarından dəmir yolu nəqliyyatı və avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları (taksi minik avtomobilləri ilə sərnişin daşımaları istisna olmaqla) həyata keçirilərkən yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla, sərnişinlərdən 2021-ci il 1 oktyabr tarixindən etibarən COVID-19-a qarşı birinci doza, 2021-ci il 1 noyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb olunur.

COVID-19 pasportlarının verifikasiyası xüsusi mobil tətbiqetmə (“Check App”) vasitəsi ilə həyata keçiriləcək. Sözügedən tətbiqetmə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən yaradılıb və 1 sentyabr tarixindən COVID-19 pasportu tələb olunan bütün məkanlarda istifadə edilir.

Tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə, sosial məsafənin qorunması və əl gigiyenası kimi ümumi qaydalara, habelə tətbiq edilən digər tələblərə riayət olunmasını təmin etmək məqsədilə müvafiq nəzarət tədbirlərinin icrasına davam ediləcək, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması aşkar edildiyi hallarda fiziki və hüquqi şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyətə cəlb ediləcəklər.

COVID-19 pasportu tələb olunan iş və xidmət sahələri üzrə fəaliyyət göstərən məkanlarda COVID-19 pasportunun verifikasiyası prosesinin təşkili və həyata keçirilməsində baş vermiş pozuntu hallarına görə məkan sahibi birbaşa cavabdehlik daşıyır.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

22 Oktyabr 2021, 01:01 (GMT +4)
Qurban Qurbanov: Hər 3 xal bizim üçün üstünlükdü

21 Oktyabr 2021, 22:46 (GMT +4)
Konfrans Liqası: "Qarabağ" "Kayrat"ı məğlub edib

21 Oktyabr 2021, 20:19 (GMT +4)
“İslam Peyğəmbərinin (s) həyat tərzi və müasir insan” mövzusunda konfrans keçirilib (FOTO)

21 Oktyabr 2021, 19:22 (GMT +4)
“Qarabağ” - “Neftçi” oyununun vaxtı açıqlanıb

21 Oktyabr 2021, 19:00 (GMT +4)
"El Klasiko"nun hakimləri məlum olub

21 Oktyabr 2021, 18:30 (GMT +4)
Kriştiano Ronaldo daha bir rekord imza atıb

21 Oktyabr 2021, 18:03 (GMT +4)
"Sabah"ın baş məşqçisi Ramin Quliyev istefa verib

21 Oktyabr 2021, 18:02 (GMT +4)
Maduro Kolumbiya Parlamentinin ikitərəfli münasibətləri normallaşdırmaq təklifini dəstəkləyib

21 Oktyabr 2021, 17:55 (GMT +4)
Müdafiə Nazirliyi: Hazırda 6 hərbçi itkin düşmüş sayılır

21 Oktyabr 2021, 17:48 (GMT +4)
"Qarabağ" - "Kayrat" matçında tanınmış telejurnalist Elnur Əşrəfoğlunun xatirəsi anılacaq

21 Oktyabr 2021, 17:44 (GMT +4)
Azərbaycanda birinci mərhələ üzrə peyvənd olunanların sayı 5 milyonu ötüb

21 Oktyabr 2021, 17:34 (GMT +4)
Liviyada sabitliyə dəstək adlı beynəlxalq konfrans keçirilir

21 Oktyabr 2021, 17:24 (GMT +4)
Müdafiə Nazirliyi Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yeni siyahısını açıqlayıb

21 Oktyabr 2021, 17:23 (GMT +4)
KXDR raket sınaqlarının ABŞ-a qarşı yönəlmədiyini açıqlayıb

21 Oktyabr 2021, 17:14 (GMT +4)
XİN Azərbaycanın beynəlxalq məhkəmələrdə Ermənistana qarşı qaldırdığı iddiaların detallarını açıqlayıb

21 Oktyabr 2021, 17:02 (GMT +4)
Sabah güclü külək əsəcək (XƏBƏRDARLIQ)

21 Oktyabr 2021, 16:50 (GMT +4)
“Azərişıq” Şuşada 5 transformator yarımstansiyası tikir

21 Oktyabr 2021, 16:38 (GMT +4)
Azərbaycanda son sutkada 2005 nəfər COVID-19-a yoluxub, 20 nəfər ölüb

21 Oktyabr 2021, 16:33 (GMT +4)
Suriyada terrorçuluqda ittihamlandırılan 24 nəfər edam edilib

21 Oktyabr 2021, 16:30 (GMT +4)
QHT-lərə Dövlət Dəstəyi Agentliyi Müşahidə Şurasının iclası keçirilib

21 Oktyabr 2021, 16:20 (GMT +4)
Nigeriyada quldurlar azı 30 nəfəri qaçırıb

21 Oktyabr 2021, 16:10 (GMT +4)
Metronun "Gənclik" stansiyası bu gün gücləndirilmiş rejimdə işləyəcək

21 Oktyabr 2021, 15:58 (GMT +4)
Bakı metrosunda daha bir aktiv koronavirus xəstəsi saxlanılıb 

21 Oktyabr 2021, 15:50 (GMT +4)
"Barselona" Ansu Fati ilə müqaviləni uzadıb

21 Oktyabr 2021, 15:47 (GMT +4)
Türkiyədə casusluq ittihamı ilə dörd rusiyalı həbs edilib 

21 Oktyabr 2021, 15:45 (GMT +4)
Biz sionistlərə qonşularımızla olan əlaqələrə xələl gətirməsinə imkan vermərik – İran prezidenti

21 Oktyabr 2021, 15:38 (GMT +4)
Avropa Liqasının qrup mərhələsində 3-cü tura yekun vurulur

21 Oktyabr 2021, 15:37 (GMT +4)
Baş Prokurorluq Nərminin qan qrupunun uyğunsuzluğu barədə iddialara münasibət bildirib

21 Oktyabr 2021, 15:27 (GMT +4)
Azərbaycan və Ukrayna oxucuları arasında görüş keçirilib (FOTO)

21 Oktyabr 2021, 15:16 (GMT +4)
Ərdoğan İranın Azərbaycanla sərhəddə keçirdiyi hərbi təlimlərə münasibət bildirib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66