Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

Azercell Mobil Müştəri Xidmətləri Şuşada! (VİDEO)

24 Sentyabr 2021, 18:49 (GMT +4)

Bakı, 24 sentyabr, SalamNews. Qədim Şuşa şəhəri də daxil olmaqla, Azərbaycanın işğaldan azad olunmuş tarixi torpaqlarında yenidənqurma və bərpa işləri genişləndikcə daha çox insanın bu ərazilərə səfər etməsi və işləməsi üçün imkan yaradılır. Fasiləsiz mobil rabitəni təmin edən texniki heyətlə yanaşı, “Azercell”-in müştəri xidmətləri də artıq şirkətin şəbəkəsinin əhatə dairəsindən faydalanan abunəçilərə tam dəstək vermək təşəbbüsü ilə çıxış edir.

SalamNews xəbər verir ki, bununla əlaqədar, 22-23 sentyabr tarixlərində Azercell Mobil Müştəri Xidmətləri Şuşa şəhərinə uzun bir səfər təşkil edərək, tam sayda müştəri xidmətlərini fəaliyyətini gerçəkləşdirdi. Yuxarı Gövhər Ağa Məscidi, Şuşa şəhər İcra Hakimiyyəti və bu yaxınlarda istifadəyə verilən Qarabağ mehmanxanasının yaxınlığında yerləşən böyük meydanda Azercell Müştəri Xidmətləri komandası hazırda Şuşada olan və çalışan müxtəlif abunəçilərlə görüşdü. Səfər zamanı hərbçilər, tibb işçiləri, müxtəlif qurum və şirkətlərin əməkdaşları da daxil olmaqla, 200-ə yaxın abunəçiyə xidmət göstərilərək 50-dən çox müxtəlif müştəri əməliyyatı həyata keçirildi. Qeyd etmək lazımdır ki, bir qayda olaraq Azercell-in Müştəri Xidmətləri Mərkəzlərində göstərilən bütün növ xidmət və əməliyyatlar, o cümlədən yeni təsisat, sim kartın dəyişdirilməsi və nömrənin bərpası kimi əməliyyatlar bütün Şuşa abunəçiləri üçün pulsuz həyata keçirildi.

Hazırda Azercell işğaldan azad olunmuş ərazilərimizin sürətli inkişafına öz töhfəsini vermək məqsədilə zəruri platforma olacaq mobil şəbəkə infrastrukturunun qurulmasını intensiv şəkildə davam etdirir. Belə ki, işğaldan azad olunmuş torpaqlarımızda 2G/3G/4G radio baza stansiyaları quraşdırmaqla Azercell Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər rayonları, İstisu, Hadrut, Suqovuşanın qəsəbələri, Xocavənd və Laçın rayonlarına aid bir çox kənd və digər əraziləri artıq yüksək keyfiyyətli mobil xidmətlərlə təmin edib.

Azercell-in əsas vəzifəsi və məqsədi işğaldan azad ərazilərdə tam gücü ilə yeni nəsil şəbəkənin genişləndirilməsini sürətləndirmək və bu ərazilərə qayıdacaq əhalini mobil internet və qabaqcıl kommunikasiya xidmətləri ilə təmin etməkdir. Şirkətin Mobil Müştəri Xidmətlərinin Şuşa səfəri yaxın zamanlarda Qarabağın digər rayonlarına planlaşdırılan çoxsaylı səfərlərdən ən birincisi oldu.

 





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

21 Oktyabr 2021, 22:46 (GMT +4)
Konfrans Liqası: "Qarabağ" "Kayrat"ı məğlub edib

21 Oktyabr 2021, 20:19 (GMT +4)
“İslam Peyğəmbərinin (s) həyat tərzi və müasir insan” mövzusunda konfrans keçirilib (FOTO)

21 Oktyabr 2021, 19:22 (GMT +4)
“Qarabağ” - “Neftçi” oyununun vaxtı açıqlanıb

21 Oktyabr 2021, 19:00 (GMT +4)
"El Klasiko"nun hakimləri məlum olub

21 Oktyabr 2021, 18:30 (GMT +4)
Kriştiano Ronaldo daha bir rekord imza atıb

21 Oktyabr 2021, 18:03 (GMT +4)
"Sabah"ın baş məşqçisi Ramin Quliyev istefa verib

21 Oktyabr 2021, 18:02 (GMT +4)
Maduro Kolumbiya Parlamentinin ikitərəfli münasibətləri normallaşdırmaq təklifini dəstəkləyib

21 Oktyabr 2021, 17:55 (GMT +4)
Müdafiə Nazirliyi: Hazırda 6 hərbçi itkin düşmüş sayılır

21 Oktyabr 2021, 17:48 (GMT +4)
"Qarabağ" - "Kayrat" matçında tanınmış telejurnalist Elnur Əşrəfoğlunun xatirəsi anılacaq

21 Oktyabr 2021, 17:44 (GMT +4)
Azərbaycanda birinci mərhələ üzrə peyvənd olunanların sayı 5 milyonu ötüb

21 Oktyabr 2021, 17:34 (GMT +4)
Liviyada sabitliyə dəstək adlı beynəlxalq konfrans keçirilir

21 Oktyabr 2021, 17:24 (GMT +4)
Müdafiə Nazirliyi Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yeni siyahısını açıqlayıb

21 Oktyabr 2021, 17:23 (GMT +4)
KXDR raket sınaqlarının ABŞ-a qarşı yönəlmədiyini açıqlayıb

21 Oktyabr 2021, 17:14 (GMT +4)
XİN Azərbaycanın beynəlxalq məhkəmələrdə Ermənistana qarşı qaldırdığı iddiaların detallarını açıqlayıb

21 Oktyabr 2021, 17:02 (GMT +4)
Sabah güclü külək əsəcək (XƏBƏRDARLIQ)

21 Oktyabr 2021, 16:50 (GMT +4)
“Azərişıq” Şuşada 5 transformator yarımstansiyası tikir

21 Oktyabr 2021, 16:38 (GMT +4)
Azərbaycanda son sutkada 2005 nəfər COVID-19-a yoluxub, 20 nəfər ölüb

21 Oktyabr 2021, 16:33 (GMT +4)
Suriyada terrorçuluqda ittihamlandırılan 24 nəfər edam edilib

21 Oktyabr 2021, 16:30 (GMT +4)
QHT-lərə Dövlət Dəstəyi Agentliyi Müşahidə Şurasının iclası keçirilib

21 Oktyabr 2021, 16:20 (GMT +4)
Nigeriyada quldurlar azı 30 nəfəri qaçırıb

21 Oktyabr 2021, 16:10 (GMT +4)
Metronun "Gənclik" stansiyası bu gün gücləndirilmiş rejimdə işləyəcək

21 Oktyabr 2021, 15:58 (GMT +4)
Bakı metrosunda daha bir aktiv koronavirus xəstəsi saxlanılıb 

21 Oktyabr 2021, 15:50 (GMT +4)
"Barselona" Ansu Fati ilə müqaviləni uzadıb

21 Oktyabr 2021, 15:47 (GMT +4)
Türkiyədə casusluq ittihamı ilə dörd rusiyalı həbs edilib 

21 Oktyabr 2021, 15:45 (GMT +4)
Biz sionistlərə qonşularımızla olan əlaqələrə xələl gətirməsinə imkan vermərik – İran prezidenti

21 Oktyabr 2021, 15:38 (GMT +4)
Avropa Liqasının qrup mərhələsində 3-cü tura yekun vurulur

21 Oktyabr 2021, 15:37 (GMT +4)
Baş Prokurorluq Nərminin qan qrupunun uyğunsuzluğu barədə iddialara münasibət bildirib

21 Oktyabr 2021, 15:27 (GMT +4)
Azərbaycan və Ukrayna oxucuları arasında görüş keçirilib (FOTO)

21 Oktyabr 2021, 15:16 (GMT +4)
Ərdoğan İranın Azərbaycanla sərhəddə keçirdiyi hərbi təlimlərə münasibət bildirib

21 Oktyabr 2021, 15:02 (GMT +4)
Azərbaycan filmi Polşada beynəlxalq festivalda yarışacaq

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66