Mobil versiya RU AZ
_




DÜNYA » DİN

Bu gün səfər ayının iyirmisi Ərbəin günüdür

27 Sentyabr 2021, 00:02 (GMT +4)

Bakı, 27 sentyabr, SalamNews. Hicri-qəməri təqvimi ilə səfər ayının 20-si müsəlmanların üçüncü imamı həzrət İmam Hüseyn ibn Əlinin (ə) şəhid edilməsinin 40-cı gününə təsadüf edir.

SalamNews xəbər verir ki, müsəlmanlar məhərrəm ayının ilk 10 günü və Ərbəin gününü xüsusi əzadarlıq günləri kimi qeyd edirlər. Kərbəla şəhidlərinin matəmini 40 gün qeyd etmək ənənəsinin yaranma tarixi Aşura hadisəsinin baş verdiyi hicri 61-ci illə bağlıdır. Kərbəlada İmam Hüseyn (ə) və silahdaşları qətlə yetirildikdən sonra onların çadırlardakı bütün əmlakı qarət edildi. Şəhidlərin həyat yoldaşları və uşaqları əsir kimi tutuldular. Əhli-beyt üzvlərinin də daxil olduqları, qadınlardan və uşaqlardan ibarət olan əsirlər karvanı əvvəlcə Kərbəladan Kufəyə – şəhər valisi İbn Ziyadın hüzuruna aparıldı, daha sonra isə paytaxt Şama Yezidin sarayına göndərildi. Əsirlərin arasında Kərbəla qırğınından sağ çıxmış İmam Zeynəlabidin (ə) də var idi. O, Aşura günü ağır xəstə olduğu üçün döyüş meydanına çıxa bilməmişdi. Lakin sonradan Ubeydullah ibni Ziyad onu öldürmək istəsə də xəstə olduğundan qətl fikrindən daşınmışdır.

Tarixdə Kərbəla şəhidlərinin məzarını ziyarət etmiş ilk şəxs Cabir ibn Abdullah sayılır, özü də bu ziyarət faciədən 40 gün sonra – Ərbəin günündə baş vermişdir. Bəzi rəvayətlərə görə, bu ziyarətdə Şamdan Mədinəyə qayıdan əsirlər karvanının üzvləri də iştirak etmişlər. Ümumiyyətlə, Əhli-beyt qadınlarının və İmam Zeynəlabidinin (ə) məhz Ərbəin günündə Kərbəlanı ziyarət etmələri barədə mötəbər rəvayətlər vardır.

Buna görədir ki, hər il müsəlmanlar Ərbəin günündə Nəcəfdən Kərbalaya 80 km yolu piyada qət edərək, İmam Hüseynin fədakarlığını, qəhrəmanlğını və onun Əhli-beytinin gördüyü məşəqqətləri anırlar.

Ötən ilki kimi bu ildə də Ərbəin mərasimi başqa ictimai ayinlər kimi koronavirus pandemiyasına görə məhdudiyyətlər tətbiq edilməklə keçirilir. Bu il Ərbəin ziyarətində İraq əhalisindən əlavə təqribən 150 min civarında xarici zəvvarın qatıldığı deyilir.

Hər il Ərbəin ziyarətinə Azərbaycan Respublikasından on minlərlə zəvvar yollanırdı. Lakin bu il koronavirus pandemiyasına görə məhdud sayda zəvvar yalnız hava yolu ilə Kərbəlaya yola düşüblər. Bu ilin Ərbəin günü 44 günlük vətən müharibəsinin başladığı günə və şəhidlərimizin anım gününə təsadüf edir. Məhz belə bir gündə İmam Hüseyn aşiqləri olan inanclılar fədakarlığı Qarabağ cəbhəsi yolunda axtarmağa başladılar. Səfərbərlik başlayan gündən inanclıların xüsusi aktivliyi açıq aşkar göründü. İmam Hüseyn fədakarlığı və şəhadət məktəbi bir daha tarixdə öz izini buraxdı və bu şəhidlik  ruhiyyəsi sayəsində yeddi rayonumuzu və Şuşanı Erməni işğalından azad etdik.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Prezident İlham Əliyevlə Aleksandr Lukaşenko arasında telefon danışığı olub

Peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda daha 1 617 nəfər koronavirusa yoluxub, 22 nəfər ölüb

Britaniya: Rusiya ekstremistlərdən daha ciddi təhlükədir

Orxan Məmmədov: KOB-lar yeni satış bazarlarına çıxış əldə ediblər

ABŞ-da atışma olub, 3 nəfər ölüb

Bakıda məşhur şadlıq saraylarında qanun pozuntuları aşkarlanıb

Ceyhun Bayramov: Ermənistanın üçtərəfli bəyanatlara tam əməl etməsini gözləyirik

İran prezidenti ölkədə koronavirusla bağlı “qırmızı bölgə”lərın artıq mövcud olmadığını bildirib

Abşeronda genişmiqyaslı ağacəkmə tədbiri keçirilib

Zaqatalada qadın vətəndaşların 90 min manatını mənimsəyib

Azərbaycan və Türkiyə XİN başçıları bölgədəki vəziyyəti müzakirə ediblər

Çavuşoğlu: Zəngəzur dəhlizi regionun iqtisadi inkişafına töhfə verəcək

Azərbaycana İrandan qanunsuz siqaret gətirilməsinin qarşısı alınıb

Koronavirusun yeni təhlükəli növünə görə çoxsaylı dövlətlər Afrika ölkələrinə səfərə məhdudiyyət qoyublar

Daxili İşlər Nazirliyi 50 işçi axtarır

BNA: Avtobusun sürücüsünün hücuma məruz qalması narahatlıq doğurur

MN Füzuli rayonunun Qoçəhmədli kəndindən videogörüntülər yayıb (VİDEO)

İran yeni nüvə sazişinin əldə edilməsi ilə bağlı nikbin danışıb

Abşeronda karantin qaydalarını pozan kafenin sahibi cərimələnib

27 Noyabr 2021, 17:00 (GMT +4)
Prezident İlham Əliyevlə Aleksandr Lukaşenko arasında telefon danışığı olub

27 Noyabr 2021, 16:50 (GMT +4)
Peyvənd olunanların sayı açıqlanıb

27 Noyabr 2021, 16:40 (GMT +4)
Azərbaycanda daha 1 617 nəfər koronavirusa yoluxub, 22 nəfər ölüb

27 Noyabr 2021, 16:30 (GMT +4)
Britaniya: Rusiya ekstremistlərdən daha ciddi təhlükədir

27 Noyabr 2021, 16:20 (GMT +4)
Orxan Məmmədov: KOB-lar yeni satış bazarlarına çıxış əldə ediblər

27 Noyabr 2021, 16:10 (GMT +4)
ABŞ-da atışma olub, 3 nəfər ölüb

27 Noyabr 2021, 16:00 (GMT +4)
Bakıda məşhur şadlıq saraylarında qanun pozuntuları aşkarlanıb

27 Noyabr 2021, 15:50 (GMT +4)
Ceyhun Bayramov: Ermənistanın üçtərəfli bəyanatlara tam əməl etməsini gözləyirik

27 Noyabr 2021, 15:39 (GMT +4)
İran prezidenti ölkədə koronavirusla bağlı “qırmızı bölgə”lərın artıq mövcud olmadığını bildirib

27 Noyabr 2021, 15:30 (GMT +4)
Abşeronda genişmiqyaslı ağacəkmə tədbiri keçirilib

27 Noyabr 2021, 15:20 (GMT +4)
Zaqatalada qadın vətəndaşların 90 min manatını mənimsəyib

27 Noyabr 2021, 15:10 (GMT +4)
Azərbaycan və Türkiyə XİN başçıları bölgədəki vəziyyəti müzakirə ediblər

27 Noyabr 2021, 15:00 (GMT +4)
Çavuşoğlu: Zəngəzur dəhlizi regionun iqtisadi inkişafına töhfə verəcək

27 Noyabr 2021, 14:50 (GMT +4)
Azərbaycana İrandan qanunsuz siqaret gətirilməsinin qarşısı alınıb

27 Noyabr 2021, 14:40 (GMT +4)
Koronavirusun yeni təhlükəli növünə görə çoxsaylı dövlətlər Afrika ölkələrinə səfərə məhdudiyyət qoyublar

27 Noyabr 2021, 14:30 (GMT +4)
Daxili İşlər Nazirliyi 50 işçi axtarır

27 Noyabr 2021, 14:20 (GMT +4)
BNA: Avtobusun sürücüsünün hücuma məruz qalması narahatlıq doğurur

27 Noyabr 2021, 14:10 (GMT +4)
MN Füzuli rayonunun Qoçəhmədli kəndindən videogörüntülər yayıb (VİDEO)

27 Noyabr 2021, 13:42 (GMT +4)
İran yeni nüvə sazişinin əldə edilməsi ilə bağlı nikbin danışıb

27 Noyabr 2021, 13:30 (GMT +4)
Abşeronda karantin qaydalarını pozan kafenin sahibi cərimələnib

27 Noyabr 2021, 13:20 (GMT +4)
DYP sürücülərə müraciət edib

27 Noyabr 2021, 13:10 (GMT +4)
Rusiyada silah zavodunda partlayış olub, xəsarət alanlar var

27 Noyabr 2021, 13:00 (GMT +4)
Bakıda onlayn yolla narkotik satan şəxs saxlanılıb

27 Noyabr 2021, 12:50 (GMT +4)
Azərbaycanda bazar gününə olan hava proqnozu açıqlanıb

27 Noyabr 2021, 12:40 (GMT +4)
DİN: Ötən gün 70 nəfər şənliyə buraxılmayıb

27 Noyabr 2021, 12:33 (GMT +4)
Türkiyə Suriyada Sülh Bulağı əməliyyatı zonasına daxil olan dörd silahlını zərərsizləşdirdiyini bildirib

27 Noyabr 2021, 12:30 (GMT +4)
Şirvanda sürücü polisə müqavimət göstərərək qaçıb

27 Noyabr 2021, 12:20 (GMT +4)
Sumqayıtda keçmiş məhkum qardaşının evindən oğurluq edib

27 Noyabr 2021, 12:00 (GMT +4)
FHN Şəmkirdə tikinti bazarında yanğınla bağlı əməliyyat görüntülərini yayıb (VİDEO)

27 Noyabr 2021, 11:50 (GMT +4)
Səudiyyə Ərəbistanı Yəmənin paytaxtına hava zərbələri endirib, dağıntılar var

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66