Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

DSX-də Anım Günü münasibətilə tədbir keçirilib

27 Sentyabr 2021, 16:06 (GMT +4)

Bakı, 27 sentyabr, SalamNews. Sentyabr ayının 27-də Dövlət Sərhəd Xidmətində (DSX) müqəddəs torpaq­larımızın düşmən tapdağından azad olunması uğrunda Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, üçrəngli zəfər bayrağımızı azad edilən torpaqlarda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə əbədi ehtiramın ifadəsi olan Anım Günü münasibətilə tədbir keçirilib.

Bu barədə  SalamNews-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Dövlət himninin səsləndirilməsi ilə başla­yan təd­birdə Azərbaycanda Anım Gününün təsis edilməsi haqqında Azərbaycan Prezidentinin Sərəncamı şəxsi heyətə çatdırılıb.

Saat 12:00-da Vətən müharibəsində həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

DSX-nin rəisi general-pol­kovnik Elçin Quliyev çıxış edərək tariximizin ən böyük sərkərdəsi, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında “Dəmir yumruq” əməliyyatı nəticəsində 30 illik işğala son qoyularaq ərazi bütövlüyü­müzün bərpa olundu­ğunu, 44 gün davam edən Vətən müharibəsinin Azərbaycanın Ermənistan üzərin­də parlaq qələbəsi ilə başa çatdığını, tarixi zəfərimizin təmin edildiyini vurğu­layıb.

Vətən müharibəsi zamanı DSX-nin qarşı­sın­da Müzəffər Ali Baş Komandanımız tərəfindən qoyulan döyüş tapşırıqlarının uğurla icra olunduğu, Azərbaycan sərhədçilərinin qəhrə­manlıq və şücaət göstərmələri qeyd olunub.

Torpaqlarımızın azad edilməsi uğrunda haqq savaşında Silahlı Qüvvələrimizin, o cümlədən DSX-nin heyəti arasında şəhadət zirvəsinə ucalan, yaralananların olması qeyd edilib, bizlərə qələbə sevincini yaşadan şəhidlərimizin fədakarlığının yaddaşlardan heç bir zaman silinmə­yəcəyi, axıtdıqları qanları ilə müqəddəs torpaqlarımızı Vətənə qovuşduran qəhrəmanlarımızın əziz xatirələrinin hər zaman rəhmətlə və ehtiramla yad ediləcəyi, onların gələcək nəsillərə qoyduğu qəh­rə­manlıq mirasını qədirbilən xalqımızın daima uca tutacağı vurğulan­ıb.

Şəhidlərin xatirələrinin əbədiləşdirilməsi, onların ailələrinin və qazilərin sosial müdafiəsinin döv­lət siyasətinin əsas istiqamətlərindən oldu­ğu bildirilib, Azərbaycan Prezidenti, Silahlı Qüvvə­lərin Ali Baş Ko­man­danı İlham Əliyevin müvafiq fərman və sərən­camları ilə Anım və Zəfər günlərinin, xüsusi orden, medal və fəxri adların təsis edildiyi qeyd edilib.

Vətən müharibəsində işğalçı düşmən qüvvələrinə qarşı fədakarlıqla döyü­şən sərhədçilərin bu gündə səngərdə və sərhəddə böyük əzmlə xidmət apardıqları, ərazi bütövlüyü bərpa edilən ölkəmizin bütün hüdudları boyunca dövlət sərhədlərinin toxunulmazlığının qətiyyətlə təmin olunacağı, milli maraqlarımızın ən yüksək səviyyədə müdafiə ediləcəyi ifadə olunub.

Tədbirin sonunda DSX-nin şəxsi heyəti Vətən müharibəsinə həsr olunmuş “44 gün 44 an” sənədli filmini izləyib.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

27 Oktyabr 2021, 18:01 (GMT +4)
Azərbaycan və Xorvatiya arasında mədəni əməkdaşlıq genişləndiriləcək

27 Oktyabr 2021, 17:47 (GMT +4)
Avropa Məhkəməsi Polşa hökumətini cərimələyib

27 Oktyabr 2021, 17:45 (GMT +4)
Nazirlik 8 Noyabr - Zəfər Günü ilə bağlı keçiriləcək tədbirlərin siyahısını açıqlayıb

27 Oktyabr 2021, 17:34 (GMT +4)
General Rövşən Əkbərov 10 il azadlıqdan məhrum edilib

27 Oktyabr 2021, 17:23 (GMT +4)
Taylandda "Delta Plus" koronavirus ştammı aşkar edilib

27 Oktyabr 2021, 17:20 (GMT +4)
DSX: Vətən müharibəsinin bir qrup iştirakçısı ehtiyata buraxılıb

27 Oktyabr 2021, 17:10 (GMT +4)
İraq hökuməti İŞİD-ə qoşulmuşların 38 övladını Azərbaycana təhvil verib

27 Oktyabr 2021, 16:58 (GMT +4)
Azərbaycan və Dünya Bankı 65 mln dollarlıq yeni kredit müqaviləsi imzalayıb

27 Oktyabr 2021, 16:49 (GMT +4)
Nigeriyada 12 milyon uşaq oğurlanmaq qorxusu ilə təhsil almaqdan çəkinir

27 Oktyabr 2021, 16:38 (GMT +4)
Koronavirus: Azərbaycanda sutkalıq yoluxma və sağalma sayı açıqlanıb

27 Oktyabr 2021, 16:27 (GMT +4)
ABŞ ekstradisiya zamanı Assanjın “xüsusi tədbirlərə” məruz qalmayacağına söz verib

27 Oktyabr 2021, 16:16 (GMT +4)
“Məşğulluq marafonu”na 563 işəgötürən qoşulub

27 Oktyabr 2021, 16:02 (GMT +4)
Səhiyyə Nazirliyi risk qrupuna daxil olan uşaqların valideynlərinə müraciət edib

27 Oktyabr 2021, 15:51 (GMT +4)
Lavrov Əfqanıstanın qonşularını NATO-nun ərazilərinə daxil olmasının qarşısını almağa çağırıb

27 Oktyabr 2021, 15:44 (GMT +4)
Afrika Birliyi çevrilişə görə Sudanla bağlı layihələri və planlarını dayandırıb

27 Oktyabr 2021, 15:40 (GMT +4)
DİN kibercinayətkarlıqlarla bağlı vətəndaşlara müraciət edib

27 Oktyabr 2021, 15:28 (GMT +4)
Gürcüstanda COVID-19-a yoluxanların sayı 703 min nəfəri keçib

27 Oktyabr 2021, 15:25 (GMT +4)
"Nar" növbəti satış və xidmət mərkəzini yeniləyib - FOTO

27 Oktyabr 2021, 15:15 (GMT +4)
Prezident İlham Əliyev Çexiya Prezidentini təbrik edib

27 Oktyabr 2021, 15:05 (GMT +4)
Əlqaidənin Suriya qanadı “Türkmən dağları”nı nəzarətə götürüb

27 Oktyabr 2021, 14:55 (GMT +4)
Ekvadorda hökumət əleyhinə nümayişlər zamanı 37 nəfər saxlanılıb

27 Oktyabr 2021, 14:43 (GMT +4)
Azərbaycan və Türkiyənin dini liderləri Qarabağa gedib

27 Oktyabr 2021, 14:32 (GMT +4)
"Çelsi" 1/4 finala penaltilərlə yüksəlib - (VİDEO)

27 Oktyabr 2021, 14:30 (GMT +4)
Azərbaycanda bölgələr üzrə COVID-19-a yoluxma faizi açıqlanıb

27 Oktyabr 2021, 14:20 (GMT +4)
Rusiyada COVID-19-dan gündəlik ölüm sayında anti-rekord yenilənib

27 Oktyabr 2021, 14:10 (GMT +4)
İran prezidenti ölkədə yanacaq doldurma məntəqələrinə edilən kiber hücuma münasibət bildirib

27 Oktyabr 2021, 14:04 (GMT +4)
Qazax sakinindən odlu silah götürülüb

27 Oktyabr 2021, 14:01 (GMT +4)
Şuşa və Ağdamın komandaları Region Liqasında mübarizə aparacaq

27 Oktyabr 2021, 13:54 (GMT +4)
Azərbaycanda şəhid ailələri və veteranlarla bağlı “Zəfər” altsistemi yaradılıb

27 Oktyabr 2021, 13:44 (GMT +4)
Bayden Si Tsinpinlə görüşü zəruri hesab edir

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66