Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İDMAN

"Keşlə" klubu şəhid azarkeşin xatirəsini yad edib

27 Sentyabr 2021, 18:00 (GMT +4)

Bakı,  27 sentyabr, SalamNews, R.Nadirli. Azərbaycan xalqı 27 Sentyabr Anım Gününü qeyd edir.

SalamNews xəbər verir ki, bu əlamətdar tarixi günlə əlaqədar ASK Arena stadionunda şəhid İsrayıl Cəfərzadənin xatirəsinə həsr olunmuş dostluq görüşü keçirilib. Görüş "Keşlə"nin U-17 və U-19 komandaları arasında təşkil olundu. Oyundan öncə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Xatırladaq ki, 30 sentyabr 2000-ci ildə Bakı şəhəri Sabunçu rayonunda anadan olmuş İsrayıl Cəfərzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdi. Füzulinin və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdu. 16 oktyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan qəsəbəsi istiqamətində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdu. Bakıxanov qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır.

Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İsrayıl Cəfərzadə ölümündən sonra “Vətən uğrunda”, 24.06.2021-ci il tarixli Sərəncamına əsasən isə “İgidliyə görə” medalları ilə təltif edilmişdir.

Oyundan sonra keçirilən görüş iştirakçılarının mükafatlandırma mərasimində "Keşlə"nin İdarə Heyətinin sədr müavini Elşan Abasov klubun sadiq azarkeşi olmuş İsrayıl Cəfərzadənin əziz xatirəsinin ehtiramla yad olunduğunu və qəhrəman övlad böyütdüklərinə görə şəhidin valideynlərinə minnatdarlığını bildirdi.

Şəhidin atası Namiq Cəfərzadə övladının xatirəsinə göstərilən ehtirama görə "Keşlə" rəhbərliyinə və dostluq görüşündə iştirak edən komanda üzvlərinə təşəkkürünü bildirdi.

Sonda "Keşlə"nin məşqçi heyəti və üzvləri hər iki komandanın üzvlərinə fəxri diplom təqdim etdilər.

 





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

26 Oktyabr 2021, 11:50 (GMT +4)
Bakıda daha bir qanunsuz tikintinin qarşısı alınıb

26 Oktyabr 2021, 11:40 (GMT +4)
Ramil Usubov: Bəzi qüvvələr bölgədə yaranan stabilliyin yenidən pozulması üçün təxribatlara əl atırlar

26 Oktyabr 2021, 11:39 (GMT +4)
Nigeriyada məscidə hücum nəticəsində 18 nəfər həyatını itirib

26 Oktyabr 2021, 11:37 (GMT +4)
Dövlət Departamenti: Ağ Ev Türkiyə ilə ümumi prioritetlər üzrə əməkdaşlığa hazırdır

26 Oktyabr 2021, 11:30 (GMT +4)
BDU-nun müəllimi vəfat edib

26 Oktyabr 2021, 11:20 (GMT +4)
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb

26 Oktyabr 2021, 11:10 (GMT +4)
DTX rəisi Azərbaycanda sabitliyi pozmağa çalışanlara xəbərdarlıq edib

26 Oktyabr 2021, 11:00 (GMT +4)
Oktyabr ayı üzrə bütün müavinət, təqaüd, kompensasiyalar ödənilib

26 Oktyabr 2021, 10:54 (GMT +4)
İdlibdə radikal qruplaşmalar arasında şiddətli döyüşlər başlayıb (VİDEO)

26 Oktyabr 2021, 10:50 (GMT +4)
Azərbaycanda dövlət xətti ilə verilən ipoteka kreditlərinin sayı 36 mini ötüb

26 Oktyabr 2021, 10:40 (GMT +4)
Gəncədə keçirilən şənlik mərasimində pandemiya dövrünün tələbləri pozulub

26 Oktyabr 2021, 10:30 (GMT +4)
Bakıda yeni ilin gəlişi ilə əlaqədar bayram yarmarkaları keçiriləcək

26 Oktyabr 2021, 10:27 (GMT +4)
Ərdoğan: Türkiyənin suverenliyinə hörmətsizlik qəbuledilməzdir

26 Oktyabr 2021, 10:20 (GMT +4)
Qubada 23 santimetr qar yağıb, temperatur mənfi 6 dərəcəyə düşüb

26 Oktyabr 2021, 10:20 (GMT +4)
Sudanda çevrilişə qarşı aksiyalarda yeddi etirazçı ölüb, onlarla yaralı var

26 Oktyabr 2021, 10:10 (GMT +4)
Bakıda “Gelandewagen”lə PPX avtomobili toqquşub, polis əməkdaşı yaralanıb

26 Oktyabr 2021, 10:05 (GMT +4)
Azərbaycan Premyer Liqası: "Səbail" "Qarabağ"a qalib gəlib

26 Oktyabr 2021, 10:00 (GMT +4)
Goranboyda yanğın olub, bir nəfər xəsarət alıb

26 Oktyabr 2021, 09:52 (GMT +4)
Nüvə sazişi danışıqları ilə bağlı görüşlərə start verilir

26 Oktyabr 2021, 09:50 (GMT +4)
Qubadlı rayonunun əhalisinin sayı açıqlanıb

26 Oktyabr 2021, 09:48 (GMT +4)
Çexiya prezidenti səlahiyyətlərindən məhrum edilə bilər

26 Oktyabr 2021, 09:40 (GMT +4)
Zəngilan hava limanının nə zaman istifadəyə veriləcəyi məlum olub

26 Oktyabr 2021, 09:30 (GMT +4)
Prezident: Eşidəndə ki, Şükür həlak olub, bizim hamımızın ürəyi ağrıdı

26 Oktyabr 2021, 09:20 (GMT +4)
Qubadlıdakı yeni hərbi hissə “HAROP”, “Quzğun” və “Qırğı” PUA-ları ilə təchiz edilib

26 Oktyabr 2021, 09:19 (GMT +4)
ABŞ çevrilişə görə Sudana 700 milyon dollarlıq yardımı təxirə salıb

26 Oktyabr 2021, 09:18 (GMT +4)
Lavrov: Rusiya ilə NATO arasında heç bir münasibət yoxdur

26 Oktyabr 2021, 09:10 (GMT +4)
Azərbaycan Ordusunun Baş Qərargah rəisi NATO nümayəndəsi ilə görüşüb

26 Oktyabr 2021, 09:00 (GMT +4)
Prezident: Müharibə başa çatıb və düzdür, bizi hələ döyüşməyə məcbur edirlər, biz də hazırıq

26 Oktyabr 2021, 08:38 (GMT +4)
ABŞ Suriyadakı bazasına hücumda İranı ittihamlandırıb

25 Oktyabr 2021, 18:29 (GMT +4)
Azərbaycan səfiri etimadnaməsini İran Prezidentinə təqdim edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66