Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

"Azərişıq" ASC Şamaxıya media-tur təşkil edib (FOTO)

28 Sentyabr 2021, 17:02 (GMT +4)

Bakı, 28 sentyabr, SalamNews. Bildiyiniz kimi Azərbaycan Dünya Bankı hesabatlarında “dünyanın ən aparıcı islahatçı ölkələrindən biri” kimi qiymətləndirilmişdir. Azərbaycan Respublikasının Prezidenti tərəfindən Dünya Bankının  “Doing Business” hesabatının  “Elektrikə qoşulma” indikatoru ürzə  islahatların aparılması məqsədilə 1313 № li “Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” fərman imzalanmışdır.Həmin fərmanın icrası ilə əlaqədar olaraq sahibkar müraciətlərinin şəffaf və səmərəli idarə olunması məqsədi ilə “Azərişıq” ASC tərəfindən Elektron Müraciətlərin İdarə Olunması Sistemi (EMİOS) yaradılmışdır.

SalamNews xəbər verir ki, bu sistem Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Vergi Xidməti və digər qurumlarla inteqrasiya olunduğu üçün sahibkarın sənədlər toplusunu üzərində gəzdirməsinə ehtiyac qalmamışdır. Hər bir sahibkar onlayn qaydada obyektinin enerji təchizatı şəbəkəsinə qoşulması ilə bağlı müraciət edə bilər.

Sahibkar reyestr və qeydiyyat nömrəsini təqdim etməklə 150 kVt-a (kilovat) qədər mövcud və ya inşa ediləcək tikinti obyektini E-GOV (elektron hökümət portalı),                   e-service.azerishiq.az saytından, “ASAN Xidmət” və ya “ASAN Kommunal" mərkəzlərində quraşdırılmış ÖZÜNƏXİDMƏT PƏNCƏRƏLƏRİNDƏN istifadə edərək enerji təchizatı şəbəkəsinə qoşulma üçün onlayn qaydada müraciət edə bilər. Bununla da sahibkar müraciət zamanı tələb olunan gücü müəyyənləşdirdikdən sonra  onlayn şəkildə  qoşulma haqqını ödəyə bilir. Onlayn müraciətlərin sayında keçən ilə nisbətən cari dövrdə 50 % artım müşahidə olunur.

Müraciət zamanı Coğrafi İnformasiya Sistemi vasitəsilə güc mərkəzi ilə obyektin məsafəsi müəyyən edilir. Qeyd edilən fərmanın tələblərinə əsasən  400 metr daxilində sahibkar qoşulma haqqına  müvafiq olaraq 10 və 20 gün ərzində enerji təchizatı şəbəkəsinə qoşula bilər.

Enerji təchizatı şəbəkəsinə  qoşulma işləri yerinə yetirildikdən sonra SMS xidməti vasitəsi ilə sahibkara müvafiq sənədlər toplusu elektron  qaydada göndərilir.

Sahibkar, müraciətinin qəbulu və müraciətinin hansı mərhələdə olduğu məlumatını www.e-service.azerishiq.az vasitəsi ilə əldə edə bilər.

Həmçinin onlayn qoşulma ilə əlaqədar məlumat aylıq sərfiyyatın ödənilməsi üçün təqdim edilən BİLDİRİŞLƏRİN arxasında da qeyd edimişdir.

 44 günlük Vətən müharibəsi başlayan gündən  Azərişıq ASC ölkə Prezidenti Cənab İlham Əliyevin tapşırığına əsasən İşğaldan azad olunmuş ərazilərimizdə, Qarabağımızda dərhal təxirəsalınmaz işlərə başlamışdır. Belə ki, hələ müharibə davam edən dövrdə  Azərişıq ASC tərəfindən xüsusi dövlət əhəmiyətli obyektlər ilkin mərhələdə elektrik enerjisi ilə təchiz edilmişdir. Cəbrayıl şəhər mərkəzi və Hadrut qəsəbəsinin 28 oktyabr tarixində elektrik enerjisi ilə təmin olunması bunlara bariz nümunədir. Həmçinin Qubadlı, Zəngilan, Suqovuşan və  Kəlbəcərdə yerləşən xüsusi dövlət əhəmiyyətli obyektlər də ilkin mərhələdə elektrik enerjisi ilə təchiz edilmişdir.

 Cənab Prezident İlham Əliyevin göstərişinə əsasən bir ay yeddi gün ərzində Azərişıq ASC Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa şəhərini qısa müddətdə elektrik enerjisi ilə təchiz etdi. Hal-hazırda Şuşa şəhərinin baş planına uyğun olaraq şəhərin müxtəlif yerlərində başlanğıc mərhələdə altı ədəd yeni 35 kVt-luq yarımstansiya inşa edilir. Şuşa şəhərini ilkin mərhələdə elektrik enerjisi ilə təmin edən 35 kVt-luq xətt bu gün də öz mühüm əhəmiyyətini qoruyub saxlayır. Belə ki, bu xətt ətraf rayonların yaşayış məntəqələrinin həmçinin həmin ərazilərdə tikinti quruculuq işləri aparan iri şirkətlərin elektrik enerjisi ilə təminatında müstəsna rol oynayır. Fəxr hissi ilə qeyd edirik ki, Şuşa şəhərində və işğaldan azad edilmiş ərazilərimizdə xüsusi dövlət əhəmiyyətli obyektləri və sahibkarlıq subyektləri daxil olmaqla Azərişıq ASC-yə elektrik enerjisi təchizatı şəbəkəsinə qoşulma üçün onlayn şəkildə ünvanlanmış 20-ə yaxın müraciət icra edilmişdir.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

21 Oktyabr 2021, 20:19 (GMT +4)
“İslam Peyğəmbərinin (s) həyat tərzi və müasir insan” mövzusunda konfrans keçirilib (FOTO)

21 Oktyabr 2021, 19:22 (GMT +4)
“Qarabağ” - “Neftçi” oyununun vaxtı açıqlanıb

21 Oktyabr 2021, 19:00 (GMT +4)
"El Klasiko"nun hakimləri məlum olub

21 Oktyabr 2021, 18:30 (GMT +4)
Kriştiano Ronaldo daha bir rekord imza atıb

21 Oktyabr 2021, 18:03 (GMT +4)
"Sabah"ın baş məşqçisi Ramin Quliyev istefa verib

21 Oktyabr 2021, 18:02 (GMT +4)
Maduro Kolumbiya Parlamentinin ikitərəfli münasibətləri normallaşdırmaq təklifini dəstəkləyib

21 Oktyabr 2021, 17:55 (GMT +4)
Müdafiə Nazirliyi: Hazırda 6 hərbçi itkin düşmüş sayılır

21 Oktyabr 2021, 17:48 (GMT +4)
"Qarabağ" - "Kayrat" matçında tanınmış telejurnalist Elnur Əşrəfoğlunun xatirəsi anılacaq

21 Oktyabr 2021, 17:44 (GMT +4)
Azərbaycanda birinci mərhələ üzrə peyvənd olunanların sayı 5 milyonu ötüb

21 Oktyabr 2021, 17:34 (GMT +4)
Liviyada sabitliyə dəstək adlı beynəlxalq konfrans keçirilir

21 Oktyabr 2021, 17:24 (GMT +4)
Müdafiə Nazirliyi Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yeni siyahısını açıqlayıb

21 Oktyabr 2021, 17:23 (GMT +4)
KXDR raket sınaqlarının ABŞ-a qarşı yönəlmədiyini açıqlayıb

21 Oktyabr 2021, 17:14 (GMT +4)
XİN Azərbaycanın beynəlxalq məhkəmələrdə Ermənistana qarşı qaldırdığı iddiaların detallarını açıqlayıb

21 Oktyabr 2021, 17:02 (GMT +4)
Sabah güclü külək əsəcək (XƏBƏRDARLIQ)

21 Oktyabr 2021, 16:50 (GMT +4)
“Azərişıq” Şuşada 5 transformator yarımstansiyası tikir

21 Oktyabr 2021, 16:38 (GMT +4)
Azərbaycanda son sutkada 2005 nəfər COVID-19-a yoluxub, 20 nəfər ölüb

21 Oktyabr 2021, 16:33 (GMT +4)
Suriyada terrorçuluqda ittihamlandırılan 24 nəfər edam edilib

21 Oktyabr 2021, 16:30 (GMT +4)
QHT-lərə Dövlət Dəstəyi Agentliyi Müşahidə Şurasının iclası keçirilib

21 Oktyabr 2021, 16:20 (GMT +4)
Nigeriyada quldurlar azı 30 nəfəri qaçırıb

21 Oktyabr 2021, 16:10 (GMT +4)
Metronun "Gənclik" stansiyası bu gün gücləndirilmiş rejimdə işləyəcək

21 Oktyabr 2021, 15:58 (GMT +4)
Bakı metrosunda daha bir aktiv koronavirus xəstəsi saxlanılıb 

21 Oktyabr 2021, 15:50 (GMT +4)
"Barselona" Ansu Fati ilə müqaviləni uzadıb

21 Oktyabr 2021, 15:47 (GMT +4)
Türkiyədə casusluq ittihamı ilə dörd rusiyalı həbs edilib 

21 Oktyabr 2021, 15:45 (GMT +4)
Biz sionistlərə qonşularımızla olan əlaqələrə xələl gətirməsinə imkan vermərik – İran prezidenti

21 Oktyabr 2021, 15:38 (GMT +4)
Avropa Liqasının qrup mərhələsində 3-cü tura yekun vurulur

21 Oktyabr 2021, 15:37 (GMT +4)
Baş Prokurorluq Nərminin qan qrupunun uyğunsuzluğu barədə iddialara münasibət bildirib

21 Oktyabr 2021, 15:27 (GMT +4)
Azərbaycan və Ukrayna oxucuları arasında görüş keçirilib (FOTO)

21 Oktyabr 2021, 15:16 (GMT +4)
Ərdoğan İranın Azərbaycanla sərhəddə keçirdiyi hərbi təlimlərə münasibət bildirib

21 Oktyabr 2021, 15:04 (GMT +4)
Konfrans Liqası: "Qarabağ" "Kayrat"la qarşılaşır

21 Oktyabr 2021, 15:02 (GMT +4)
Azərbaycan filmi Polşada beynəlxalq festivalda yarışacaq

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66