Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

"Kaspersky" ictimai internetdən istifadə zamanı təhlükəsizliyi təmin etməyin 7 qaydasını açıqlayıb

02 Oktyabr 2021, 12:35 (GMT +4)

Bakı, 2 oktyabr, SalamNews. 2017-ci ilin mart ayından etibarən Azərbaycanda “İctimai internet” layihəsi həyata keçirilir. Pulsuz internet paytaxtın 17 mərkəzi parkında, həmçinin "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində mövcuddur. Baktelecom-un məlumatına görə, bir ay ərzində 150 ​​minə qədər istifadəçi pulsuz Wi-Fi xidmətinə qoşulur.

SalamNews xəbər verir ki, ictimai Wi-Fi şəbəkələrdən istifadə rahatlıqdır, amma hər zaman təhlükəsiz deyil. İstənilən vaxt, istənilən yerdə internetə pulsuz giriş dəbdəbədən gündəlik reallığa çevrilməkdədir. Amma rahatlığın da bir bədəli olur - zərərsiz bir Wi-Fi şəbəkəsi adı altında gizlənən kiber yaramazla qarşılaşmaq riski. Kaspersky nədən ehtiyat etmək lazım olduğunu və rahatlıq və təhlükəsizlik arasında tarazlığı necə tapmağı izah edir.

İnternetdən istifadə zamanı ödəniş məlumatları, müxtəlif xidmətlərdəki login və şifrələr, sənədlər və yazışmalar kimi bir çox dəyərli məlumatlar ötürülür. Əgər onlar cinayətkarın əlinə keçərsə, o, bütün bank əmanətlərinizi öz hesabına köçürə, istifadəçi hesablarınızı oğurlaya və onlar vasitəsilə spam yaya və ya dostlarınızdan pul istəyə bilər. Şəxsi yazışmaların ələ keçməsi isə şantajla nitəcələnə bilər. İş cihazından etibarsız bir şəbəkəyə qoşulduqda işəgötürənin kommersiya məlumatlarının da yadların əlinə keçmə riski yaranır. Bəzi hallarda isə cinayətkarlar cihazı hətta təhlükəli Wi-Fi bağlantısından ayrıldıqdan sonra belə onun içərisində qalan zərərli proqramlarla hiss olunmadan yoluxdura bilərlər.

Kaspersky bu xoşagəlməz hallarla qarşılaşmamaq üçün 7 əsas qaydanı tövsiyə edir:

1. İctimai Wi-Fi-şəbəkələrinə güvənməyin

Yadınızda saxlayın ki, şifrəsiz Wi-Fi şəbəkələri yalnız vacib məlumatlara aidiyyatı olmayan internet gəzintiləri üçün uyğundur: onlar vasitəsilə ötürdüyünüz və aldığınız məlumatlar eyni şəbəkəyə qoşulan hər kəs tərəfindən görülə bilər – bu, eyni hava limanında və ya qatarda olduğunuz onlarla yad insandan biri ola bilər.

2. Giriş nöqtəsinin adını yoxlayın

Bəzi təcavüzkarlar daha da irəli gedirlər: artıq mövcud olan ictimai Wi-Fi şəbəkələrinə qoşulmaq əvəzinə, özlərininkini yaradırlar və qurbanları cəlb edirlər. Cihazlarınızdakı məlumatlar internetə ruter vasitəsi ilə ötürüldüyündən, onun sahibi, əgər etikanı heçə sayan biri olarsa, həmin məlumatları asanlıqla ələ keçirə bilər. Cinayətkar tərəfindən yaradılan şəbəkə tələsinə düşməniz üçün, giriş nöqtəsinə çalışdığınız biznes mərkəzinin və ya sevimli kafenizin Wi-Fi şəbəkəsinin adına uyğun bir ad verilə bilər. Mövcud giriş nöqtələrinin siyahısını diqqətlə yoxlayın, adlarını işarələrlə müqayisə edin, sizə tanış gələn ilk şəbəkəyə qoşulmayın. Səhv söz sırası, hərflərin oxşar rəqəmlərlə əvəz edilməsi, əlavə işarələr saxta şəbəkəni tanımağa kömək edə bilər.

3. Şəbəkəyə avtomatik bağlantıdan imtina edin

İstifadə etmədiyiniz zaman Wi-Fi xidmətini söndürün, bununla cihazın batareya ömrünü də uzatmış olursınız. Şəbəkələrə avtomatik qoşulma funksiyasını söndürün (adətən bunu Wi-Fi parametrlərində etmək mümkündür). İstifadədən sonra ictimai Wi-Fi şəbəkələrini bağlantılar siyahısından dərhal silin ("unudun").

4. İdentifiksiya tələb edən xidmətlərlə iş üçün güvənmədiyiniz Wi-Fi bağlantısından istifadə etməyin

Vacib məlumatlar (xüsusən maliyyə ilə əlaqəli məlumatlar) saxlanılan hesablara yalnız etibarlı ev və ya korporativ internet mühitində daxil olmaq ən təhlükəsiz bağlantı hesab edilə bilər. Amma mövcud şəraitdə təcili olaraq kart balansını yoxlamaq və ya ictimai xidmətlərə daxil olmaq lazım gələrsə, bunu mobil rabitə vasitəsi ilə edin. Rouminqdə bu bahalı olsa belə, tərəddüd etməyin, çünki şübhəli bir Wi-Fi nöqtəsi vasitəsilə məxfi məlumatlarınızın sızması sizə daha baha başa gələcək.

5. Cihazınıza rabitə kanallarını qorumaq üçün proqramı əvvəlcədən quraşdırın

İctimai Wi-Fi şəbəkələrində işləyərkən cihazlarınızı qorumağın ən etibarlı yolu onları əvvəlcədən etibarlı qorunma ilə təmin etməkdir. Sorğunuzu ruterə göndərməzdən əvvəl onu şifrələyən rabitə təhlükəsizliyi tətbiqləri var ki, onların köməyilə nəyi və haraya göndərdiyinizi şəbəkənin sahibləri və digər ziyarətçilərdən gizlədə bilirsiniz (bu texnologiya virtual özəl şəbəkə və ya VPN adlanır). Bununla da açıq şəbəkələrdə gəzinti belə məlumatlarınız üçün təhlükəsiz olacaq.

6. Məlumatlarınızı etibar edə biləcəyiniz nüfuzlu şirkətlərin qoruma tətbiqlərindən istifadə edərək qoruyun

Təhlükəsiz bağlantı üçün qoruma həlli seçərkən onun yaradıcılarına güvənməyə hazır olduğunuzdan əmin olun. Məlumatlarınızı toplayıb üçüncü tərəflərə satmayacaq nüfuzlu şirkətləri seçin. Məsələn, əksər Kaspersky həllərində və Kaspersky Secure Connection ixtisaslaşdırılmış tətbiqində mövcud olan qorunmalı bağlantı etibarlı və təhlükəsiz OpenVPN protokolundan istifadə edir və istifadəçi trafikinin qeydiyyatını aparmır.

7. Bağlantı qorunmasını quraşdırın ki, o, istənilən ictimai şəbəkəyə avtomatik qoşulsun

Qorunmalı bağlantını vacib tətbiqləri açmazdan öncə əllə aktivləşdirmək olar, amma təkcə yaddaşa güvənməsəniz yaxşıdır. Hər hansı ictimai şəbəkəyə qoşulan zaman avtomatik işə düşmə funksiyasını aktivləşdirin (əgər tətbiqdə belə bir funksiya varsa). Əgər Kaspersky Secure Connection istifadə edirsinizsə, sürət barədə narahat olmaya bilərsiniz, məlumat kanalı genişliyi hətta video axını üçün də kifayət edir. Əgər vacib məlumatla işləyirsinizsə, Kaspersky Secure Connection-dakı Kill Switch funksiyasını aktivləşdirin. O, qoruma həlli təhlükəsiz bağlantı qurana və məlumat oğurluğu riskini aradan qaldıranadək məlumat göndərişini bloklayır.

İctimai vayfaylar təhlükə ilə dolub-daşır, amma ondan tamamilə imtina etmək də lazım deyil. Yekun seçim – kiber təhlükəsizlik üçün faydalı vərdiş arsenalınızı genişləndirmək və ya tətbiqlər vasitəsilə əlavə qorunma təmin etməkdir ki, bu da sizdən asılıdır.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

01 Dekabr 2021, 18:02 (GMT +4)
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

01 Dekabr 2021, 17:50 (GMT +4)
İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib

01 Dekabr 2021, 17:45 (GMT +4)
Tərtərdə oğurluq edən şəxslər saxlanılıb

01 Dekabr 2021, 17:33 (GMT +4)
DİN Fəvvarələr meydanındakı aksiya ilə bağlı məlumat yayıb

01 Dekabr 2021, 17:21 (GMT +4)
Çin ABŞ-ın “Demokratiya sammiti”nin dünyada parçalanmaya səbəb olacağını bildirib

01 Dekabr 2021, 17:15 (GMT +4)
Yol polisi hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

01 Dekabr 2021, 17:03 (GMT +4)
İşğaldan azad olunan ərazilərdə ötən ay aşkarlanan minaların sayı açıqlanıb

01 Dekabr 2021, 16:53 (GMT +4)
Prezidentin Qarabağ iqtisadi rayonuna daxil olan azad edilmiş ərazilərdə xüsusi nümayəndəsi təyin edilib

01 Dekabr 2021, 16:48 (GMT +4)
İraqın Kürdüstan muxtariyyətində Parlament binasında yanğın baş verib, deputatlar təxliyə edilib

01 Dekabr 2021, 16:39 (GMT +4)
Prezidentin Ağdam rayonu üzrə xüsusi nümayəndəsi vəzifəsi ləğv edilib

01 Dekabr 2021, 16:28 (GMT +4)
Almaniya səfiri helikopter qəzası ilə bağlı başsağlığı verib

01 Dekabr 2021, 16:16 (GMT +4)
Bu gün Moskvada Azərbaycan, Rusiya və Ermənistan baş nazir müavinlərinin görüşü olacaq

01 Dekabr 2021, 16:07 (GMT +4)
Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib (FOTO)

01 Dekabr 2021, 16:00 (GMT +4)
"Qalatasaray"ın sabiq qapıçısı Klaudio Taffarel "Liverpul"da çalışacaq

01 Dekabr 2021, 15:56 (GMT +4)
Suriyanın şimal-şərqində ABŞ karvanına hücum edilib, iki yük maşını sıradan çıxıb

01 Dekabr 2021, 15:51 (GMT +4)
“Nar” gələcəyin İT peşəkarlarını yetişdirməyə davam edir

01 Dekabr 2021, 15:40 (GMT +4)
Bakıda restoranda yanğın olub

01 Dekabr 2021, 15:30 (GMT +4)
Putinin böyük mətbuat konfransının vaxtı açıqlanıb

01 Dekabr 2021, 15:20 (GMT +4)
Ukraynanın Baş prokuroru helikopter qəzasına görə Kamran Əliyevə başsağlığı verib

01 Dekabr 2021, 15:10 (GMT +4)
Helikopter qəzasında şəhid olan hərbçilər II Şəhidlər xiyabanında dəfn olunub

01 Dekabr 2021, 15:00 (GMT +4)
Avtobuslarda karantin qaydalarına riayət etməyən 40 nəfər cərimə olunub (VİDEO)

01 Dekabr 2021, 14:55 (GMT +4)
Rəsmi Moskva Rusyada üç il qalmış ABŞ diplomatlarına ölkəni tərk etmək üçün möhlət verib

01 Dekabr 2021, 14:50 (GMT +4)
Baş prokurorun birinci müavini helikopter qəzası ilə bağlı aparılan istintaqdan danışıb

01 Dekabr 2021, 14:47 (GMT +4)
"Legiya"nın baş məşqçisi: Mahir Emreli sürətli və güclü hücumçudu

01 Dekabr 2021, 14:40 (GMT +4)
Rusiya XİN ABŞ-ın çağırdığı “Demokratiya uğrunda sammit” barədə bəyanat yayıb

01 Dekabr 2021, 14:30 (GMT +4)
Putinlə Ərdoğan arasında telefon danışığı olacaq

01 Dekabr 2021, 14:20 (GMT +4)
Gürcüstan XİN Azərbaycana başsağlığı verib

01 Dekabr 2021, 14:11 (GMT +4)
Nigeriyada qayığın batması nəticəsində 29 şagird həyatını itirib

01 Dekabr 2021, 14:00 (GMT +4)
Elçin Quliyev: Onların hər biri şəhidlik zirvəsinə ucalaraq xalqın başını uca etdilər

01 Dekabr 2021, 13:50 (GMT +4)
Şəhid sərhədçilər II Şəhidlər xiyabanında dəfn olunacaq

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66