Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Ermənistanın Gəncə və Mingəçevirdə törətdiyi növbəti terrordan bir il keçir

17 Oktyabr 2021, 00:09 (GMT +4)

Bakı, 17 oktyabr, SalamNews. İkinci Qarabağ müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən 5-ci dəfə raket hücumuna məruz qalmasından bir il ötür.

SalamNews xatırladır ki, 2020-ci ilin oktyabrın 17-də gecə saat 01 radələrində düşmən növbəti dəfə xain və qəddarcasına cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhərinin mərkəzindəki Cavadxan qəsəbəsini SCUD/Elbrus əməliyyat-taktiki ballistik raketləri ilə atəşə tutub.

Düşmənin hücumu zamanı yaşayış evləri tamamilə dağılıb, sakinlər dağıntılar altında qalıb.

Nəticədə 14 nəfər şəhid olub, 55-dən artıq şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Şəhid olanlar və xəsarət alanlar arasında azyaşlılar, qadınlar və qocalar da var.

Faktla bağlı Azərbaycan Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma), 120.2.1 (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7 (qəsdən iki və ya daha çox şəxsi öldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd), 186.3-cü (əmlakı qəsdən məhv etmə və ya zədələmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və digər maddələri ilə cinayət işi başlanaraq istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

Gəncə terroru barədə xarici işlər naziri Ceyhun Bayramov beynəlxalq təşkilatların rəhbərləri və xarici dövlətlərdəki həmkarları ilə əlaqə yaradıb, beynəlxalq təşkilatları məlumatlandırıb.

Dünyanın bir çox yerində azərbaycanlılar Gəncə terroru qurbanlarının xatirəsini yad edib. Günahsız insanların qətlə yetirilməsi, mülki obyektlərin dağıdılması kəskin şəkildə pislənilib və bu vandalizm aktı səhnələşdirilmiş formada yerli ictimaiyyətə təqdim olunub. Həmçinin bir çox xarici KİV-lər Ermənistanın azərbaycanlılara qarşı hərbi cinayətlərinə dair məlumatlar dərc ediblər.

Bundan başqa, Ermənistan Silahlı Qüvvələri həmin gün - oktyabrın 17-də gecə saat 01 radələrində növbəti dəfə Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan Mingəçevir Su Elektrik Stansiyasını hədəfə almaqla cəbhə zonasından 100 km-dən artıq uzaqlıqda yerləşən, iri sənaye şəhəri Mingəçevirə raketlər atıb. Raketlər Ordumuzun Hava Hücumundan Müdafiə Qoşunları tərəfindən zərərsizləşdirilib.

Qeyd edək ki, İkinci Qarabağ müharibəsi dövründə Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncə şəhərinə ümumilikdə 5 dəfə (4, 5, 8, 11, 17 oktyabrda) raket və ağır artilleriya ilə hücum edilib. Nəticədə 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Xatırladaq ki, İkinci Qarabağ müharibəsində ümumilikdə Ermənistanın hərbi təcavüzü nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb, ümumilikdə 12 292 yaşayış və qeyri yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib, 1 018 fermer təsərrüfatı üzrə zərər faktı aşkar edilib.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

29 Noyabr 2021, 18:05 (GMT +4)
Azərbaycanın gənclər və idman nazirinin iki müavini vəzifəsindən azad edilib

29 Noyabr 2021, 18:00 (GMT +4)
Prokurorluq 18 yaşlı qızın intiharı ilə bağlı məlumat yayıb

29 Noyabr 2021, 17:50 (GMT +4)
İstifadə müddəti bitən müxtəlif növ qida məhsulları məhv edilib

29 Noyabr 2021, 17:30 (GMT +4)
Azərbaycanda «Dövlət rüsumu haqqında» qanuna dəyişiklik edilib

29 Noyabr 2021, 17:14 (GMT +4)
Rusiya və Belarus Ukrayna sərhədində hərbi təlimlər keçirəcəklər

29 Noyabr 2021, 17:00 (GMT +4)
Peyvənd olunanların sayı açıqlanıb

29 Noyabr 2021, 16:45 (GMT +4)
Azərbaycanda daha 857 nəfər koronavirusa yoluxub, 26 nəfər ölüb

29 Noyabr 2021, 16:40 (GMT +4)
Baş prokuror Koreya səfiri ilə görüşüb

29 Noyabr 2021, 16:36 (GMT +4)
Rəcəb Təyyib Ərdoğan BƏƏ kimi Misirlə də münasibətlərin normallaşdırılacağını bildirib

29 Noyabr 2021, 16:20 (GMT +4)
Bakıda çoxmənzilli yaşayış binalarının daxili su təchizatı sistemləri yenidən qurulur

29 Noyabr 2021, 16:10 (GMT +4)
Azərbaycan Cüdo Federasiyasının ünvanı dəyişib

29 Noyabr 2021, 16:00 (GMT +4)
DİN: Vətəndaşların pulunu ələ keçirən şəbəkənin üzvləri tutulub

29 Noyabr 2021, 15:50 (GMT +4)
Cəbrayılda 41 yaşlı şəxs minaya düşüb, ayağı amputasiya olunub

29 Noyabr 2021, 15:45 (GMT +4)
İran və Azərbaycan media nümayəndələri görüşəcəklər

29 Noyabr 2021, 15:40 (GMT +4)
KOBİA yanında İctimai Şuranın iclası keçirilib

29 Noyabr 2021, 15:30 (GMT +4)
Minaatan və artilleriya bölmələrinin döyüş atışlı taktiki təlimləri keçirilib (VİDEO)

29 Noyabr 2021, 15:20 (GMT +4)
Kreml Putinlə Baydenin görüşü haqda bəyanat verib

29 Noyabr 2021, 15:15 (GMT +4)
"Beşiktaş" Sergen Yalçınla bağlı qərar verib

29 Noyabr 2021, 15:10 (GMT +4)
AAYDA: Bərdə-Ağdam avtomobil yolunun tikintisi davam etdirilir 

29 Noyabr 2021, 15:00 (GMT +4)
KOBİA-nın keçmiş sədr müavini Ukraynada yüksək vəzifəyə təyin olunub

29 Noyabr 2021, 14:52 (GMT +4)
"Qızıl top"un sahibi bu gecə müəyyənləşir

29 Noyabr 2021, 14:50 (GMT +4)
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində iki şöbə birləşdirilib

29 Noyabr 2021, 14:40 (GMT +4)
Türkiyədə müalicə olunan daha 5 qazimiz sağalaraq Vətənə geri dönüb

29 Noyabr 2021, 14:30 (GMT +4)
Ağdam Sənaye Parkının ərazisinin 39%-i minalardan təmizlənib

29 Noyabr 2021, 14:20 (GMT +4)
ÜST: “Omikron” ştammı çox yüksək qlobal risk yaradır"

29 Noyabr 2021, 14:10 (GMT +4)
Azərbaycan gömrükçüləri xurma yükündə dərman preparatları aşkarlayıb

29 Noyabr 2021, 14:00 (GMT +4)
Azərbaycanda hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edilib

29 Noyabr 2021, 13:50 (GMT +4)
Azərbaycanın Yekaterinburqdakı baş konsulu geri çağırılıb

29 Noyabr 2021, 13:40 (GMT +4)
Azərbaycan Prezidenti Soçi görüşünün çox böyük əhəmiyyət kəsb etdiyini bildirib

29 Noyabr 2021, 13:30 (GMT +4)
Avropada qazın qiyməti 1 100 dolları ötüb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66