Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Ombudsman Ermənistanın Gəncəyə raket zərbəsi endirməsinin ildönümü ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib

17 Oktyabr 2021, 14:00 (GMT +4)

Bakı, 17 oktyabr, SalamNews. Ombudsman Səbinə Əliyeva Ermənistan silahlı qüvvələrinin 17 oktyabr tarixində gecə saat 01:00 radələrində hərbi əməliyyatların aparıldığı bölgədən uzaqda yerləşən Gəncə şəhərinin əhalinin sıx məskunlaşdığı mərkəzi hissələrini Ermənistan ərazisindən yenidən ballistik raketlərlə atəşə tutmasının birinci ildönümü ilə bağlı dünya ictimaiyyəti və beynəlxalq təşkilatlara müraciət edib.

SalamNews-un məlumatına görə, müraciətdə bildirilib ki, bu dəhşətli hücum nəticəsində içərisində uşaq və qadınların da olduğu 15 nəfər mülki şəxs qətlə yetirilib, 50 nəfərdən çox dinc sakin isə yaralanıb.

Bundan əlavə, 20-ə yaxın ev dağılıb, 100-dən çox fərdi yaşayış evinə və ətrafdakı digər qeyri-yaşayış sahələrinə ziyan dəyib, ərazidəki nəqliyyat vasitələri yararsız hala düşüb:

“Bu faktla əlaqədar tərəfimdən dərhal dünya ictimaiyyətinə etiraz bəyanatı ünvanlanmış və Gəncə şəhərində bir daha faktaraşdırıcı missiya həyata keçirilməklə hesabat hazırlanaraq, müvafiq beynəlxalq təşkilatlara göndərilib. Təqdim etdiyimiz həmin sənədlərdə kifayət qədər təkzibolunmaz sübutların olmasına baxmayaraq, təəssüflər olsun ki, bu dəfə də Ermənistanın Azərbaycana qarşı törətdiyi sülh və insanlıq əleyhinə, habelə müharibə cinayətləri zamanı insan hüquq və azadlıqlarının kütləvi şəkildə pozulması faktlarına beynəlxalq hüquqi qiymət verilməyib. Bir daha dünya ictimaiyyətini və beynəlxalq təşkilatları ədalətli və obyektiv mövqe nümayiş etdirərək dinc və günahsız azərbaycanlılara qarşı ağır cinayətlərin törədilməsinə göstəriş vermiş Ermənistanın siyasi-hərbi rəhbərliyinə münasibətdə beynəlxalq hüquqi məsuliyyət müəyyən edən tədbirlər görməyə çağırıram!”.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

29 Noyabr 2021, 18:05 (GMT +4)
Azərbaycanın gənclər və idman nazirinin iki müavini vəzifəsindən azad edilib

29 Noyabr 2021, 18:00 (GMT +4)
Prokurorluq 18 yaşlı qızın intiharı ilə bağlı məlumat yayıb

29 Noyabr 2021, 17:50 (GMT +4)
İstifadə müddəti bitən müxtəlif növ qida məhsulları məhv edilib

29 Noyabr 2021, 17:30 (GMT +4)
Azərbaycanda «Dövlət rüsumu haqqında» qanuna dəyişiklik edilib

29 Noyabr 2021, 17:14 (GMT +4)
Rusiya və Belarus Ukrayna sərhədində hərbi təlimlər keçirəcəklər

29 Noyabr 2021, 17:00 (GMT +4)
Peyvənd olunanların sayı açıqlanıb

29 Noyabr 2021, 16:45 (GMT +4)
Azərbaycanda daha 857 nəfər koronavirusa yoluxub, 26 nəfər ölüb

29 Noyabr 2021, 16:40 (GMT +4)
Baş prokuror Koreya səfiri ilə görüşüb

29 Noyabr 2021, 16:36 (GMT +4)
Rəcəb Təyyib Ərdoğan BƏƏ kimi Misirlə də münasibətlərin normallaşdırılacağını bildirib

29 Noyabr 2021, 16:20 (GMT +4)
Bakıda çoxmənzilli yaşayış binalarının daxili su təchizatı sistemləri yenidən qurulur

29 Noyabr 2021, 16:10 (GMT +4)
Azərbaycan Cüdo Federasiyasının ünvanı dəyişib

29 Noyabr 2021, 16:00 (GMT +4)
DİN: Vətəndaşların pulunu ələ keçirən şəbəkənin üzvləri tutulub

29 Noyabr 2021, 15:50 (GMT +4)
Cəbrayılda 41 yaşlı şəxs minaya düşüb, ayağı amputasiya olunub

29 Noyabr 2021, 15:45 (GMT +4)
İran və Azərbaycan media nümayəndələri görüşəcəklər

29 Noyabr 2021, 15:40 (GMT +4)
KOBİA yanında İctimai Şuranın iclası keçirilib

29 Noyabr 2021, 15:30 (GMT +4)
Minaatan və artilleriya bölmələrinin döyüş atışlı taktiki təlimləri keçirilib (VİDEO)

29 Noyabr 2021, 15:20 (GMT +4)
Kreml Putinlə Baydenin görüşü haqda bəyanat verib

29 Noyabr 2021, 15:15 (GMT +4)
"Beşiktaş" Sergen Yalçınla bağlı qərar verib

29 Noyabr 2021, 15:10 (GMT +4)
AAYDA: Bərdə-Ağdam avtomobil yolunun tikintisi davam etdirilir 

29 Noyabr 2021, 15:00 (GMT +4)
KOBİA-nın keçmiş sədr müavini Ukraynada yüksək vəzifəyə təyin olunub

29 Noyabr 2021, 14:52 (GMT +4)
"Qızıl top"un sahibi bu gecə müəyyənləşir

29 Noyabr 2021, 14:50 (GMT +4)
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində iki şöbə birləşdirilib

29 Noyabr 2021, 14:40 (GMT +4)
Türkiyədə müalicə olunan daha 5 qazimiz sağalaraq Vətənə geri dönüb

29 Noyabr 2021, 14:30 (GMT +4)
Ağdam Sənaye Parkının ərazisinin 39%-i minalardan təmizlənib

29 Noyabr 2021, 14:20 (GMT +4)
ÜST: “Omikron” ştammı çox yüksək qlobal risk yaradır"

29 Noyabr 2021, 14:10 (GMT +4)
Azərbaycan gömrükçüləri xurma yükündə dərman preparatları aşkarlayıb

29 Noyabr 2021, 14:00 (GMT +4)
Azərbaycanda hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edilib

29 Noyabr 2021, 13:50 (GMT +4)
Azərbaycanın Yekaterinburqdakı baş konsulu geri çağırılıb

29 Noyabr 2021, 13:40 (GMT +4)
Azərbaycan Prezidenti Soçi görüşünün çox böyük əhəmiyyət kəsb etdiyini bildirib

29 Noyabr 2021, 13:30 (GMT +4)
Avropada qazın qiyməti 1 100 dolları ötüb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66