Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

Universitetdə Müstəqilliyin bərpası günü ilə əlaqədar elmi-praktik konfrans keçirilib

18 Oktyabr 2021, 16:27 (GMT +4)

Bakı, 18 oktyabr, SalamNews. Gəncə Dövlət Universitetində “18 Oktyabr-Müstəqilliyin bərpası günü”nə həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir.

SalamNews xəbər verir ki, konfransı giriş sözü ilə universitetin rektoru, professor Yusif Yusibov açaraq bu tarixi günün əhəmiyyətindən danışaraq qeyd etmişdir ki, Vətən Müharibəsində tarixi qələbə, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, onun dünyada hazırkı layiqli yeri, əldə etdiyi böyük nüfuz ölkəmizin suverenliyi, dövlət müstəqilliyi və milli kimliyi ilə bağlı rəmzi hadisələrə yenidən sistemli baxışı zəruri edirdi. Odur ki, belə qərara alındı ki, oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü, mayın 28-i isə Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü elan edilməsi ilə bağlı Milli Məclisə daxil olmuş sənəd haqlı olaraq öz təsdiqini tapdı.

Rektor daha sonra demişdir ki, xalqların və millətlərin taleyində, formalaşmasında, dünyadakı yerinin müəyyənləşdirilməsində tarixi şəxsiyyətlərin, dahi siyasətçilərin və müdrik dövlət başçılarının müstəsna rolu var. Bəşəriyyətin yetişdirdiyi Heydər Əliyev kimi nadir dühalar isə özləri bütöv bir salnamə tarix yaratmağa qadir olurlar. Ulu öndərin Azərbaycanın müdrik rəhbəri kimi çoxşaxəli fəaliyyəti, Vətən və xalq qarşısındakı ölçüyəgəlməz misilsiz xidmətləri dahi şəxsiyyətlərin tarixi gedişində həlledici rol oynadıqlarını əyani şəkildə təsdiqləyən ən dəyərli nümunələrdən biridir. Məhz bu gün qeyd etdiyimiz Müstəqillin Bərpası Günündə o dahi şəxsiyyəti- Heydər Əliyevi yada salmamaq mümkün deyil. Bütün sahələrdə qazandığımız uğurlara görə Azərbaycan xalqı ona borcludur.

Sonra universitetin humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyevanın “Heydər Əliyev irsi:müasir dövlətçilik və müasirlik”, Azərbaycan tarixi kafedrasının baş müəllimi İlham Məmmədovun “Əbədi və dönməz müstəqilliyimiz-tarixi nailiyyətimizdir”, Ümumi tarix kafedrasının baş müəllimi İsmayıl İsmayılovun “ Müstəqilliyimizin bərpasından ötən 30 il” və sosial fənlər kafedrasının baş müəllimi Şəhriyar Quliyevin “Milli müstəqilliyimiz ən böyük sərvətimizdir” mövzularında məruzələri dinlənilmişdir.

 




Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

29 Noyabr 2021, 18:05 (GMT +4)
Azərbaycanın gənclər və idman nazirinin iki müavini vəzifəsindən azad edilib

29 Noyabr 2021, 18:00 (GMT +4)
Prokurorluq 18 yaşlı qızın intiharı ilə bağlı məlumat yayıb

29 Noyabr 2021, 17:50 (GMT +4)
İstifadə müddəti bitən müxtəlif növ qida məhsulları məhv edilib

29 Noyabr 2021, 17:30 (GMT +4)
Azərbaycanda «Dövlət rüsumu haqqında» qanuna dəyişiklik edilib

29 Noyabr 2021, 17:14 (GMT +4)
Rusiya və Belarus Ukrayna sərhədində hərbi təlimlər keçirəcəklər

29 Noyabr 2021, 17:00 (GMT +4)
Peyvənd olunanların sayı açıqlanıb

29 Noyabr 2021, 16:45 (GMT +4)
Azərbaycanda daha 857 nəfər koronavirusa yoluxub, 26 nəfər ölüb

29 Noyabr 2021, 16:40 (GMT +4)
Baş prokuror Koreya səfiri ilə görüşüb

29 Noyabr 2021, 16:36 (GMT +4)
Rəcəb Təyyib Ərdoğan BƏƏ kimi Misirlə də münasibətlərin normallaşdırılacağını bildirib

29 Noyabr 2021, 16:20 (GMT +4)
Bakıda çoxmənzilli yaşayış binalarının daxili su təchizatı sistemləri yenidən qurulur

29 Noyabr 2021, 16:10 (GMT +4)
Azərbaycan Cüdo Federasiyasının ünvanı dəyişib

29 Noyabr 2021, 16:00 (GMT +4)
DİN: Vətəndaşların pulunu ələ keçirən şəbəkənin üzvləri tutulub

29 Noyabr 2021, 15:50 (GMT +4)
Cəbrayılda 41 yaşlı şəxs minaya düşüb, ayağı amputasiya olunub

29 Noyabr 2021, 15:45 (GMT +4)
İran və Azərbaycan media nümayəndələri görüşəcəklər

29 Noyabr 2021, 15:40 (GMT +4)
KOBİA yanında İctimai Şuranın iclası keçirilib

29 Noyabr 2021, 15:30 (GMT +4)
Minaatan və artilleriya bölmələrinin döyüş atışlı taktiki təlimləri keçirilib (VİDEO)

29 Noyabr 2021, 15:20 (GMT +4)
Kreml Putinlə Baydenin görüşü haqda bəyanat verib

29 Noyabr 2021, 15:15 (GMT +4)
"Beşiktaş" Sergen Yalçınla bağlı qərar verib

29 Noyabr 2021, 15:10 (GMT +4)
AAYDA: Bərdə-Ağdam avtomobil yolunun tikintisi davam etdirilir 

29 Noyabr 2021, 15:00 (GMT +4)
KOBİA-nın keçmiş sədr müavini Ukraynada yüksək vəzifəyə təyin olunub

29 Noyabr 2021, 14:52 (GMT +4)
"Qızıl top"un sahibi bu gecə müəyyənləşir

29 Noyabr 2021, 14:50 (GMT +4)
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində iki şöbə birləşdirilib

29 Noyabr 2021, 14:40 (GMT +4)
Türkiyədə müalicə olunan daha 5 qazimiz sağalaraq Vətənə geri dönüb

29 Noyabr 2021, 14:30 (GMT +4)
Ağdam Sənaye Parkının ərazisinin 39%-i minalardan təmizlənib

29 Noyabr 2021, 14:20 (GMT +4)
ÜST: “Omikron” ştammı çox yüksək qlobal risk yaradır"

29 Noyabr 2021, 14:10 (GMT +4)
Azərbaycan gömrükçüləri xurma yükündə dərman preparatları aşkarlayıb

29 Noyabr 2021, 14:00 (GMT +4)
Azərbaycanda hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edilib

29 Noyabr 2021, 13:50 (GMT +4)
Azərbaycanın Yekaterinburqdakı baş konsulu geri çağırılıb

29 Noyabr 2021, 13:40 (GMT +4)
Azərbaycan Prezidenti Soçi görüşünün çox böyük əhəmiyyət kəsb etdiyini bildirib

29 Noyabr 2021, 13:30 (GMT +4)
Avropada qazın qiyməti 1 100 dolları ötüb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66