Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Azərbaycanla Qətər arasında Komissiya iclasının Protokolu imzalanıb

18 Oktyabr 2021, 16:58 (GMT +4)

Bakı, 18 oktyabr, SalamNews. Fövqəladə Hallar Nazirliyində (FHN) Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın 3-cü iclası keçirilib.

SalamNews-un məlumatına görə, iclasda Azərbaycan Respublikası ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın həmsədrləri – Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, Qətər Dövlətinin Baş nazirinin müavini, xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Al Tani və onların rəhbərlik etdikləri Komissiyanın hər iki tərəfdən olan üzvləri iştirak ediblər.

İclas iştirakçılarını səmimi salamlayan nazir K.Heydərov, ilk növbədə, iclasın Azərbaycan üçün əlamətdar bir günə - Müstəqilliyin Bərpası Gününə təsadüf etdiyini və ilk dəfə olaraq bu bayramın ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edildiyini diqqətə çatdırıb.

Nazir bildirib ki, 1994-cü ildə əsası qoyulmuş Azərbaycan və Qətər arasındakı diplomatik münasibətlərin bu gün yüksək səviyyədə olması, ölkələrimizin mühüm əhəmiyyətli məsələlərin həllində daim bir-birlərini dəstəkləməsi, habelə beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığı hər iki ölkənin mənafeyinə cavab verir. Azərbaycan və Qətər arasında müxtəlif sahələri əhatə edən yüksək səviyyəli əməkdaşlıq münasibətlərinin əsasında hər iki ölkə liderlərinin siyasi iradəsinin və müdrik uzaqgörənliyinin dayandığını bildirən nazir, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Qətər Dövlətinin Əmiri Əlahəzrət Şeyx Təmim bin Həməd Al Taninin birgə qərarı əsasında yaradılmış Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın fəaliyyəti dövrü ərzində ikitərəfli münasibətlərin bir çox istiqamətlərində inkişaf dinamikasının müşahidə olunduğunu qeyd edib. Komissiya yaradıldığı vaxtdan ötən dövr ərzində görülən işlərdən danışan nazir, ölkələrimiz arasında çoxşaxəli əlaqələrin daha da genişləndirilməsi üçün qarşılıqlı səylərin davam etdiriləcəyinə əminlik ifadə edib.

Nazir, həmçinin 44 gün davam etmiş Vətən müharibəsi nəticəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi altında qəhrəman Ordumuz tərəfindən 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olan torpaqlarımızın işğaldan azad olunması, azad edilmiş ərazilərdə hazırda sürətlə davam edən abadlıq və quruculuq işləri barədə məlumat verib, Qətər iş adamlarını, biznes dairələrini və sərmayəçilərini həmin ərazilərə sərmayələrin yatırılmasına dəvət edib.

Bundan əlavə, 2021-ci ilin 1 iyul tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təməli qoyulmuş Ələt Azad İqtisadi Zonası barədə məlumat verən nazir K.Heydərov, Qətər biznes dairələri və xüsusilə sənaye sahəsini əhatə edən Qətər sərmayəçiləri üçün burada həyata keçirilən layihələrdə iştirakın maraqlı olacağına əminliyini ifadə edib.
Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın həmsədri olan Qətərin Baş nazirinin müavini, xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Al Tani səmimi görüşə görə təşəkkürünü bildirib, Müstəqilliyin Bərpası Günü münasibətilə təbriklərini çatdırıb.
Şeyx Məhəmməd bin Əbdülrəhman Al Tani Birgə Komissiyanın gördüyü işlərin əhəmiyyətini qeyd edərək, ölkələrimiz arasında qarşılıqlı əlaqələrin, o cümlədən iqtisadiyyat, ticarət, investisiya və turizm sahələrində işgüzar əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı imkanların mövcud olduğunu, bu imkanlardan qarşılıqlı faydalı əsasda yararlanmaq üçün səylərin davam etdirilməsinin vacibliyini diqqətə çatdırıb. O, iki ölkə liderlərinin müdrik qərarlarına və siyasi iradəsinə söykənərək ölkələrimiz arasında çoxşaxəli əlaqələrin daha da genişləndirilməsi baxımından Komissiyann üzərinə düşən vəzifələrin bundan sonra da uğurla yerinə yetiriləcəyinə əmin olduğunu bildirib.

İclasda qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, Komissiya üzvlərinin fikir və təklifləri dinlənilib, müzakirələr aparılıb.

İclasın sonunda “Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın üçüncü iclasının Protokolu” imzalanıb. Protokolu Komissiyanın həmsədrləri – Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Qətər Dövlətinin Baş nazirinin müavini, xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Al Tani imzalayıblar.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

06 Dekabr 2021, 18:02 (GMT +4)
İndoneziyada vulkan püskürməsindən ölənlərin sayı 22-yə çatıb

06 Dekabr 2021, 17:52 (GMT +4)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

06 Dekabr 2021, 17:42 (GMT +4)
Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlanıb

06 Dekabr 2021, 17:38 (GMT +4)
Səudiyyə Ərəbistanı koalisiyası son beş gündə Yəmənə 130 aviazərbə endirib

06 Dekabr 2021, 17:28 (GMT +4)
Azərbaycanda telefon rabitəsinin 140 illiyi ilə bağlı poçt markası buraxılıb

06 Dekabr 2021, 17:17 (GMT +4)
Şəhid və qazi övladları üçün növbəti xeyriyyə aksiyası təşkil olunub (FOTO)

06 Dekabr 2021, 17:07 (GMT +4)
İran “Omicron” virusunun təhlükəsilə bağlı yeddi Afrika ölkəsindən gələnlərə qadağalar tətbiq edib

06 Dekabr 2021, 16:52 (GMT +4)
Avstriyanın yeni kansleri and içib

06 Dekabr 2021, 16:42 (GMT +4)
Daha bir koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb

06 Dekabr 2021, 16:30 (GMT +4)
Baş Prokurorluq: “Korrupsiya cinayətləri törədən 41 şəxs amnistiyaya düşüb"

06 Dekabr 2021, 16:19 (GMT +4)
Rusiya prezidenti Vladimir Putin Hindistana rəsmi səfərə gedib

06 Dekabr 2021, 16:15 (GMT +4)
“Bazarstore”un idxal etdiyi bibərlərdə virus aşkarlanıb

06 Dekabr 2021, 16:05 (GMT +4)
Sosial şəbəkədə tanış olduqları şəxsləri alçaldıcı videolara çəkən dəstə üzvləri həbs edilib (VİDEO)

06 Dekabr 2021, 15:52 (GMT +4)
Helikopter qəzasında şəhid olanların ailələrinə 11 min manat ödəniləcək

06 Dekabr 2021, 15:42 (GMT +4)
Amnistiya aktının tətbiqi ilə 500 min manatdan çox cərimə ləğv edilib

06 Dekabr 2021, 15:31 (GMT +4)
İran XİN rəhbəri ölkədə uranın 90% zənginləşdirilməsilə bağlı xəbərlərə münasibət bildirib

06 Dekabr 2021, 15:30 (GMT +4)
Baş Prokurorluq: Helikopter qəzası ilə bağlı araşdırmalar davam edir

06 Dekabr 2021, 15:20 (GMT +4)
Rusiyada ilk dəfə COVID-19-un “Omikron” ştammı qeydə alınıb

06 Dekabr 2021, 15:08 (GMT +4)
Cəlilabad rayon İH başçısı mərkəzi xəstəxanada müalicə alan qaziyə baş çəkib (FOTO)

06 Dekabr 2021, 15:00 (GMT +4)
Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi 44 % artıb

06 Dekabr 2021, 14:50 (GMT +4)
Prezident Quba Olimpiya İdman Kompleksində yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub

06 Dekabr 2021, 14:45 (GMT +4)
İlham Əliyev Quba-Qonaqkənd avtomobil yolunun açılışını edib

06 Dekabr 2021, 14:40 (GMT +4)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubaya səfərə gediblər

06 Dekabr 2021, 14:30 (GMT +4)
Şərqi Zəngəzurda əhalinin artım səviyyəsi ölkə üzrə orta göstəricidən yuxarıdır

06 Dekabr 2021, 14:24 (GMT +4)
Türkiyə ilə Qətər arasında 12 anlaşma imzalanacaq

06 Dekabr 2021, 14:20 (GMT +4)
Lukaşenko Rusiyanın Ukraynaya hücum etmək niyyətində olmadığını bildirib

06 Dekabr 2021, 14:10 (GMT +4)
Qarabağa qayıdacaq əhali ilə bağlı qanun layihəsi hazırlanıb

06 Dekabr 2021, 14:00 (GMT +4)
Qarayazı Dövlət Təbiət Qoruğunda qanunsuz balıq ovlayan şəxslər cəzalandırılıb

06 Dekabr 2021, 13:50 (GMT +4)
Bakıda oğurladıqları avtomobili hissələrə ayırıb satmaq istəyən şəxslər saxlanılıb

06 Dekabr 2021, 13:40 (GMT +4)
Azərbaycan XİN Finlandiyanı təbrik edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66