Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

“Kəlbəcər” tankerinin xarici sularda istismarına qərar verilib

19 Oktyabr 2021, 11:00 (GMT +4)

Bakı, 19 oktyabr, SalamNews. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC ötən ay Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən “Kəlbəcər” tankerinin xarici sularda istismarına qərar verib.

SalamNews bu barədə quruma istinadən xəbər verir.

Məlumatda deyilir ki, səhmdar cəmiyyəti donanmasının tərkibinin genişlənməsi və müasir gəmilər hesabına yenilənməsi daim diqqət mərkəzində saxlayır. Prezident İlham Əliyevin tapşırığına əsasən bu sahədə mühüm işlər icra olunur. ASCO-nun sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda tikilən “Kəlbəcər” neftdaşıyan tankeri də bu istiqamətdə həyata keçirilən genişmiqyaslı tədbirlərin tərkib hissəsidir.

Yükü dizel yanacağı olan tanker ilk səfərinə çıxıb. Gəmi Türkmənistanın Türkmənbaşı limanından Türkiyənin Gebze limanına doğru yola düşüb.

Uzunluğu 141, eni 16.9 metr olan yeni nəsil “Kəlbəcər” tankerinin daimi heyəti 15 nəfərdən ibarətdir. Dedveyti – yükgötürmə qabiliyyəti 7800 ton olan tankerdə dünyanın aparıcı şirkətlərinin avadanlıqları quraşdırılıb.

Yeni tanker Bakı Gəmiqayırma Zavodunun 2019-cu ildə təhvil verdiyi və hazırda Qara dəniz-Aralıq dənizi hövzələrində üzən “Laçın” tankeri ilə eyni tiplidir.

Gəmi həm ölkəmizin beynəlxalq yükdaşımalarda mövqeyinin möhkəmlənməsinə, həm bir bazardan asılılığın aradan qaldırılmasına, həm də xarici sularda vətənimizin təmsil və təbliğində mühüm rol oynayacaq. Bu baxımdan Prezident İlham Əliyevin təşəbbüsü ilə tankerə “Kəlbəcər” adının verilməsinin də böyük rəmzi mənası var.

Xatırladaq ki, ASCO-nun Xəzərdənkənar beynəlxalq sularda fəaliyyəti uzun fasilədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə 2014-cü ildə “Üzeyir Hacıbəyli” və “Natəvan” gəmilərinin alınması ilə bərpa olunub.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

08 Dekabr 2021, 18:00 (GMT +4)
Fatih Terim xəstəxanadan evə buraxılıb

08 Dekabr 2021, 17:59 (GMT +4)
DGK xətti ilə büdcə daxilolmaları 10%-dək artıb

08 Dekabr 2021, 17:50 (GMT +4)
Polis əməliyyat keçirib, qanunsuz odlu silahlar götürülüb

08 Dekabr 2021, 17:38 (GMT +4)
Baş Prokurorluğun əməkdaşı Bolqarıstanda səfərdə olub

08 Dekabr 2021, 17:25 (GMT +4)
Hindistan Baş Qərargah rəisi helikopter qəzasında həlak olub

08 Dekabr 2021, 17:14 (GMT +4)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

08 Dekabr 2021, 17:04 (GMT +4)
Azərbaycan Ordusunun xüsusi təyinatlıları ilə taktiki-xüsusi təlim keçirilib (VİDEO)

08 Dekabr 2021, 16:54 (GMT +4)
"Bavariya" "Barselona" ilə oyuna ciddi itkilərlə çıxacaq

08 Dekabr 2021, 16:53 (GMT +4)
MN: Kəlbəcər rayonu istiqamətində mövqelərimiz atəşə tutulub

08 Dekabr 2021, 16:48 (GMT +4)
ANAMA: İlkin tanışlıq Ermənistanın verdiyi mina xəritələrinin qeyri-dəqiq olması təəssüratını yaradır

08 Dekabr 2021, 16:39 (GMT +4)
Seçim etmək lazımdırsa, Messini seçərdim - Zlatan İbrahimoviç

08 Dekabr 2021, 16:37 (GMT +4)
Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlanıb

08 Dekabr 2021, 16:32 (GMT +4)
Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunda tunellərin inşasına başlanılıb (FOTO)

08 Dekabr 2021, 16:20 (GMT +4)
Ərdoğan: Rusiya ilə Ukrayna arasında istənilən formatda vasitəçilik edə bilərik

08 Dekabr 2021, 16:09 (GMT +4)
Oğuzda koronavirus xəstəsi mağazada aşkarlanıb

08 Dekabr 2021, 16:00 (GMT +4)
Güləş üzrə 7 çəkidə Azərbaycan çempionları müəyyənləşib

08 Dekabr 2021, 15:56 (GMT +4)
Mərkəzi Bankı rəqəmsal ödəniş strategiyasının əsas istiqamətlərini açıqlayıb

08 Dekabr 2021, 15:46 (GMT +4)
Bakıda mənzildən 20 min manatlıq qızıl oğurlanıb - VİDEO

08 Dekabr 2021, 15:34 (GMT +4)
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Ali Hərbi Məktəbin şəxsi heyəti ilə görüşüb (VİDEO)

08 Dekabr 2021, 15:24 (GMT +4)
İranda son sutkada daha 90 nəfər koronavirusdan ölüb

08 Dekabr 2021, 15:12 (GMT +4)
Milli Məclisin sədri Türkiyəyə gedib

08 Dekabr 2021, 15:02 (GMT +4)
İran Kəşfiyyatı ölkənin cənub-qərbində bir terror qrupunu zərərsizləşdirdiyini bildirib

08 Dekabr 2021, 15:00 (GMT +4)
Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödənilib

08 Dekabr 2021, 14:40 (GMT +4)
Şəmkir xəstəxanasının vəzifəli şəxsləri barəsində cinayət işi məhkəməyə göndərilib

08 Dekabr 2021, 14:30 (GMT +4)
ÜST: Omikron ştammı dünyanın 57 ölkəsində tapılıb

08 Dekabr 2021, 14:20 (GMT +4)
Vətən müharibəsi iştirakçısı və şəhid ailəsi üzvlərinə 109 443 tibbi xidmət göstərilib

08 Dekabr 2021, 14:10 (GMT +4)
"Məşğulluq marafonu" proqramı ilə işlə təmin olunan şəxslərin sayı açıqlanıb

08 Dekabr 2021, 14:00 (GMT +4)
Almaniyada yeni kansler seçilib

08 Dekabr 2021, 13:50 (GMT +4)
Bakıda bir nəfər beşinci mərtəbənin eyvanından yıxılıb

08 Dekabr 2021, 13:40 (GMT +4)
Gələn ildən şəhid övladları Türkiyədə təhsil ala biləcəklər

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66