Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Bakı metrosu İstanbul metrosu ilə qarşılıqlı əməkdaşlığı genişləndirəcək

20 Oktyabr 2021, 12:00 (GMT +4)

Bakı, 20 oktyabr, SalamNews. “Bakı Metropoliteni” QSC-nin üç fərqli sahəsinin rəhbər və mütəxəssis heyətindən ibarət bir qrup əməkdaş Türkiyənin İstanbul metrosuna işgüzar səfər ediblər.

SalamNews bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, səfərin başlıca məqsədi İstanbul metropoliteninin lokomotiv və yol təsərrüfatları, qatarların hərəkətini təmin edən bir sıra sistemlərlə, habelə digər texnoloji proseslərlə yaxından tanış olmaqdır.

Bu ilin iyun ayında İstanbul metropoliteninin baş direktoru Özgür Soyun Bakı metropoliteninə işgüzar səfəri zamanı qarşılıqlı əməkdaşlıq, müxtəlif sahələr üzrə təcrübə mübadiləsi xüsusi müzakirə mövzusu olub.

İstanbulda metropoliten rəhbərliyi tərəfindən səmimi qarşılanan nümayəndə heyətinə yerli metro xətləri, infrastrukturu, gələcək planları və layihələri barədə ətraflı məlumat təqdim edilib.

Daha sonra İstanbul metropoliteninin müxtəlif xətləri və onların infrastrukturu ilə tanışlıq olub. Bakı metropolitençiləri M5 xəttində təhlükəsizlik sistemi, stansiya, tunel və yol sistemləri, qatar tərkibləri və müxtəlif sahələrdə iş prinsipləri ilə yaxından tanış olaraq, fikir və təcrübə mübadiləsi aparıblar. İki metropoliten arasında mövcud infrastruktur, yeniliklərin tətbiqi, təsərrüfata xidmət və qulluq kimi məsələlər xüsusi diqqət mərkəzində olub.

M2 xəttində isə Bakı metropoliteninin nümayəndələri çoxşaxəli infrastrukturla yanaşı, dəmiryolu və inşaat məsələləri, o cümlədən elektronika sistemləri, depo şəraitində işarəvermə və rabitə sistemləri ilə tanış olaraq, müzakirələr aparıblar.

Ümumən nümayəndə heyəti yüksək təəssürat, zəngin məlumatlar, faydalı olan təcrübə mübadiləsi və gələcəkdə əməkdaşlıq imkanlarının daha da genişləndirilməsi qənaəti ilə geri qayıdıb.

Məlumdur ki, Bakı və İstanbul metropolitenləri bir sıra xüsusiyyətləri və infrastrukturu ilə bir-birindən fərqlənir. Bu səbəbdən qarşılıqlı əməkdaşlığın perspektivləri nəzərə alınaraq, əməkdaşlığın daha səmərəli genişləndirilməsi ətrafında müzakirələr aparılıb. Yaxın gələcəkdə fikir və təcrübə mübadiləsinin daha da genişləndirilməsi istiqamətində növbəti əhəmiyyətli tədbirlər həyata keçiriləcək. Nümayəndə heyətinin üzvlərinə İstanbul metropoliteninin müvafiq sertifikatları təqdim olunub.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

01 Dekabr 2021, 18:02 (GMT +4)
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

01 Dekabr 2021, 17:50 (GMT +4)
İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib

01 Dekabr 2021, 17:45 (GMT +4)
Tərtərdə oğurluq edən şəxslər saxlanılıb

01 Dekabr 2021, 17:33 (GMT +4)
DİN Fəvvarələr meydanındakı aksiya ilə bağlı məlumat yayıb

01 Dekabr 2021, 17:21 (GMT +4)
Çin ABŞ-ın “Demokratiya sammiti”nin dünyada parçalanmaya səbəb olacağını bildirib

01 Dekabr 2021, 17:15 (GMT +4)
Yol polisi hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

01 Dekabr 2021, 17:03 (GMT +4)
İşğaldan azad olunan ərazilərdə ötən ay aşkarlanan minaların sayı açıqlanıb

01 Dekabr 2021, 16:53 (GMT +4)
Prezidentin Qarabağ iqtisadi rayonuna daxil olan azad edilmiş ərazilərdə xüsusi nümayəndəsi təyin edilib

01 Dekabr 2021, 16:48 (GMT +4)
İraqın Kürdüstan muxtariyyətində Parlament binasında yanğın baş verib, deputatlar təxliyə edilib

01 Dekabr 2021, 16:39 (GMT +4)
Prezidentin Ağdam rayonu üzrə xüsusi nümayəndəsi vəzifəsi ləğv edilib

01 Dekabr 2021, 16:28 (GMT +4)
Almaniya səfiri helikopter qəzası ilə bağlı başsağlığı verib

01 Dekabr 2021, 16:16 (GMT +4)
Bu gün Moskvada Azərbaycan, Rusiya və Ermənistan baş nazir müavinlərinin görüşü olacaq

01 Dekabr 2021, 16:07 (GMT +4)
Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib (FOTO)

01 Dekabr 2021, 16:00 (GMT +4)
"Qalatasaray"ın sabiq qapıçısı Klaudio Taffarel "Liverpul"da çalışacaq

01 Dekabr 2021, 15:56 (GMT +4)
Suriyanın şimal-şərqində ABŞ karvanına hücum edilib, iki yük maşını sıradan çıxıb

01 Dekabr 2021, 15:51 (GMT +4)
“Nar” gələcəyin İT peşəkarlarını yetişdirməyə davam edir

01 Dekabr 2021, 15:40 (GMT +4)
Bakıda restoranda yanğın olub

01 Dekabr 2021, 15:30 (GMT +4)
Putinin böyük mətbuat konfransının vaxtı açıqlanıb

01 Dekabr 2021, 15:20 (GMT +4)
Ukraynanın Baş prokuroru helikopter qəzasına görə Kamran Əliyevə başsağlığı verib

01 Dekabr 2021, 15:10 (GMT +4)
Helikopter qəzasında şəhid olan hərbçilər II Şəhidlər xiyabanında dəfn olunub

01 Dekabr 2021, 15:00 (GMT +4)
Avtobuslarda karantin qaydalarına riayət etməyən 40 nəfər cərimə olunub (VİDEO)

01 Dekabr 2021, 14:55 (GMT +4)
Rəsmi Moskva Rusyada üç il qalmış ABŞ diplomatlarına ölkəni tərk etmək üçün möhlət verib

01 Dekabr 2021, 14:50 (GMT +4)
Baş prokurorun birinci müavini helikopter qəzası ilə bağlı aparılan istintaqdan danışıb

01 Dekabr 2021, 14:47 (GMT +4)
"Legiya"nın baş məşqçisi: Mahir Emreli sürətli və güclü hücumçudu

01 Dekabr 2021, 14:40 (GMT +4)
Rusiya XİN ABŞ-ın çağırdığı “Demokratiya uğrunda sammit” barədə bəyanat yayıb

01 Dekabr 2021, 14:30 (GMT +4)
Putinlə Ərdoğan arasında telefon danışığı olacaq

01 Dekabr 2021, 14:20 (GMT +4)
Gürcüstan XİN Azərbaycana başsağlığı verib

01 Dekabr 2021, 14:11 (GMT +4)
Nigeriyada qayığın batması nəticəsində 29 şagird həyatını itirib

01 Dekabr 2021, 14:00 (GMT +4)
Elçin Quliyev: Onların hər biri şəhidlik zirvəsinə ucalaraq xalqın başını uca etdilər

01 Dekabr 2021, 13:50 (GMT +4)
Şəhid sərhədçilər II Şəhidlər xiyabanında dəfn olunacaq

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66