Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

Son bir ilə yaxın müddətdə “Azercell könüllüləri” minlərlə ailəni sevindirib

20 Oktyabr 2021, 13:24 (GMT +4)

Bakı, 20 oktyabr, SalamNews. Şəhid və qazi ailələri daim könüllülərin diqqət mərkəzindədir.

SalamNews xəbər verir ki, müasir Azərbaycan tarixinin ən qürurlu, fəxarətli ilinin 9 ayını geridə qoyduq. Bu ilin başlanğıcında silahlı qüvvələrimizin işğalçıya qarşı apardığı ədalət savaşı xalq və ordu birliyinin təcəssümünə çevrildi. Xalqımız yumruq kimi birləşərək şanlı qələbə naminə bütün gücünü səfərbər edərək cəsur əsgərlərimizə dayaq, arxa oldu. Hər kəsin vətən fədaisinə çevrildiyi bu müddət ərzində “Azercell könüllüləri” xeyriyyə təşkilatı da aktiv fəaliyyət göstərib. Azercell əməkdaşlarından ibarət olan bu komanda həm müharibə iştirakçılarının özlərinə, həm də müharibənin çətinlikləri ilə üzləşmiş ailələrə xüsusi qayğı nümayiş etdirib. 

“Azercell könüllüləri” 30 ilə yaxın fasilədən sonra üçrəngli bayrağımızın dalğalandığı əksər zonalara böyük həvəslə əsgər payı çatdırıblar. Şirkət əməkdaşlarının topladığı yardımlar Cəbrayıl, Şuşa, Zəngilan, Qubadlı, Füzuli, Laçın rayonlarında döyüş bölgəsində olan 1200-dən çox əsgərə göndərilib. 

Ötən il Dünya Azərbaycanlıların Həmrəyliyi günü və Yeni il bayramı ərəfəsində “Azercell könüllüləri” Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın, eləcə də qazilərimizin övladlarına əsl bayram sevinci yaşadıblar. Bayramdan öncə Gəncə və Bərdə şəhərlərində erməni təxribatı nəticəsində raket zərbələrindən ziyan çəkmiş azyaşlıların, eləcə də “SOS Uşaq Kəndləri Azərbaycan” sakinlərinin arzuladıqları hədiyyə siyahısı sosial şəbəkələrdə açıqlanıb. Nəticədə könüllülər və sosial media vasitəsilə onlara dəstək verən dostların köməyilə ölkə üzrə ümumilikdə  500-dən çox uşağa məhz özünün istədiyi hədiyyələr təqdim olunub. 

Gələcəyimiz olan körpələrimiz 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günündə də Azercell-in könüllülər tərəfindən unudulmayıb. Bu bayramda 100 uşağa müxtəlif hədiyyələr göndərilib. 

Azercell könüllüləri uşaqlarla yanaşı, ikinci Vətən Müharibəsinin şəhid və qazi ailələrini də diqqətdən kənarda qoymayıblar. Azərbaycanın bütün bölgələrində reallaşdırılan aksiya çərçivəsində könüllülər Novruz bayramında 300 qəhrəmanımızın ailəsinə gündəlik ərzaq mallarından ibarət sovqat, 50 AZN dəyərində kupon təqdim ediblər. Hər kəsdə paylaşma ovqatını gücləndirən müqəddəs Ramazan və Qurban bayramlarında isə “Azercell könüllüləri”nin sayəsində 200-ə yaxın şəhid və qazi yaxınlarına, həmçinin aztəminatlı ailələrə bayram sovqatı çatdırılıb. 

Eyni zamanda, könüllülər Ermənistanın silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisi və mülki infrastrukturuna vurulan zərərdən əziyyət çəkən vətəndaşlarımıza da dəstək olublar. Gəncə və Bərdədə 130 belə ailəni ziyarət edərək, onları bayram sovqatı ilə təbrik ediblər.

Koronavirus pandemiyası dönəmində tətbiq edilən sərt karantin rejimində də “Azercell könüllüləri” nümunəvi fəaliyyətləri ilə yadda qalıblar. Onlar paytaxt və regionlarda 400 ailəyə baş çəkərək tənha yaşayan ahıllara, aztəminatlı ailələrə, fiziki məhdudiyyəti olan şəxslərə müxtəlif ərzaq məhsullarından ibarət bağlamaların çatdırılmasında köməklik göstəriblər.

Xeyriyyəçilik missiyasının tərkib hissəsi kimi “Azercell könüllüləri” mütəmadi şəkildə  aztəminatlı ailələrə maddi və mənəvi dəstəklərini əsirgəmirlər. 20-dən çox ailənin problemləri daimi olaraq təşkilatın diqqətindədir. Bəzi ailələrə maddi yardım göstərilir, bəzilərinə mənzil şəraitinin yaxşılaşması, sağlamlıqla bağlı problemlərin həlli üçün ödənişlərinin həyata keçirilməsi istiqamətində dəstək verilir. 

“Azercell könüllüləri” bu cür fəaliyyəti ilə ölkəmizdə xeyriyyəçilik ənənələrinin inkişafı, həmrəylik prinsiplərinin güclənməsi istiqamətində aparılan işlərə öz əvəzolunmaz töhfəsini verirlər. Qeyd edək ki, təşkilat rəsmi olaraq 2004-cü ildən etibarən fəaliyyət göstərir, və minlərlə xüsusi qayğıya ehtiyacı olan insanlar dəstək olub. Aztəminatlı vətəndaşlarımıza, şəhid və qazi ailələrinə, həmçinin kimsəsiz və valideyn qayğısından məhrum olmuş uşaqlara yardım etmək, onları gələcək uğurlara istiqamətləndirmək  “Azercell könüllüləri” üçün böyük önəm kəsb edir. Sosial məsuliyyət öhdəliklərinə sadiq qalan əməkdaşlarımız gələcəkdə də bu yanaşmanı davam etdirəcəklər. “Azercell Könüllüləri” keçirdikləri xeyriyyə aksiyalarına qoşulan və iştirak edən tərəfdaş şirkətlərə, sosial şəbəkə izləyicilərinə öz təşəkkürünü bildirir. 

 





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

08 Dekabr 2021, 18:00 (GMT +4)
Fatih Terim xəstəxanadan evə buraxılıb

08 Dekabr 2021, 17:59 (GMT +4)
DGK xətti ilə büdcə daxilolmaları 10%-dək artıb

08 Dekabr 2021, 17:50 (GMT +4)
Polis əməliyyat keçirib, qanunsuz odlu silahlar götürülüb

08 Dekabr 2021, 17:38 (GMT +4)
Baş Prokurorluğun əməkdaşı Bolqarıstanda səfərdə olub

08 Dekabr 2021, 17:25 (GMT +4)
Hindistan Baş Qərargah rəisi helikopter qəzasında həlak olub

08 Dekabr 2021, 17:14 (GMT +4)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

08 Dekabr 2021, 17:04 (GMT +4)
Azərbaycan Ordusunun xüsusi təyinatlıları ilə taktiki-xüsusi təlim keçirilib (VİDEO)

08 Dekabr 2021, 16:54 (GMT +4)
"Bavariya" "Barselona" ilə oyuna ciddi itkilərlə çıxacaq

08 Dekabr 2021, 16:53 (GMT +4)
MN: Kəlbəcər rayonu istiqamətində mövqelərimiz atəşə tutulub

08 Dekabr 2021, 16:48 (GMT +4)
ANAMA: İlkin tanışlıq Ermənistanın verdiyi mina xəritələrinin qeyri-dəqiq olması təəssüratını yaradır

08 Dekabr 2021, 16:39 (GMT +4)
Seçim etmək lazımdırsa, Messini seçərdim - Zlatan İbrahimoviç

08 Dekabr 2021, 16:37 (GMT +4)
Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlanıb

08 Dekabr 2021, 16:32 (GMT +4)
Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunda tunellərin inşasına başlanılıb (FOTO)

08 Dekabr 2021, 16:20 (GMT +4)
Ərdoğan: Rusiya ilə Ukrayna arasında istənilən formatda vasitəçilik edə bilərik

08 Dekabr 2021, 16:09 (GMT +4)
Oğuzda koronavirus xəstəsi mağazada aşkarlanıb

08 Dekabr 2021, 16:00 (GMT +4)
Güləş üzrə 7 çəkidə Azərbaycan çempionları müəyyənləşib

08 Dekabr 2021, 15:56 (GMT +4)
Mərkəzi Bankı rəqəmsal ödəniş strategiyasının əsas istiqamətlərini açıqlayıb

08 Dekabr 2021, 15:46 (GMT +4)
Bakıda mənzildən 20 min manatlıq qızıl oğurlanıb - VİDEO

08 Dekabr 2021, 15:34 (GMT +4)
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Ali Hərbi Məktəbin şəxsi heyəti ilə görüşüb (VİDEO)

08 Dekabr 2021, 15:24 (GMT +4)
İranda son sutkada daha 90 nəfər koronavirusdan ölüb

08 Dekabr 2021, 15:12 (GMT +4)
Milli Məclisin sədri Türkiyəyə gedib

08 Dekabr 2021, 15:02 (GMT +4)
İran Kəşfiyyatı ölkənin cənub-qərbində bir terror qrupunu zərərsizləşdirdiyini bildirib

08 Dekabr 2021, 15:00 (GMT +4)
Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödənilib

08 Dekabr 2021, 14:40 (GMT +4)
Şəmkir xəstəxanasının vəzifəli şəxsləri barəsində cinayət işi məhkəməyə göndərilib

08 Dekabr 2021, 14:30 (GMT +4)
ÜST: Omikron ştammı dünyanın 57 ölkəsində tapılıb

08 Dekabr 2021, 14:20 (GMT +4)
Vətən müharibəsi iştirakçısı və şəhid ailəsi üzvlərinə 109 443 tibbi xidmət göstərilib

08 Dekabr 2021, 14:10 (GMT +4)
"Məşğulluq marafonu" proqramı ilə işlə təmin olunan şəxslərin sayı açıqlanıb

08 Dekabr 2021, 14:00 (GMT +4)
Almaniyada yeni kansler seçilib

08 Dekabr 2021, 13:50 (GMT +4)
Bakıda bir nəfər beşinci mərtəbənin eyvanından yıxılıb

08 Dekabr 2021, 13:40 (GMT +4)
Gələn ildən şəhid övladları Türkiyədə təhsil ala biləcəklər

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66