Rusiya Federasiyasının səfiri: Qarabağın bərpasında Rusiya şirkətlərinin iştirakında maraqlıyıq20 Oktyabr 2021, 17:41 (GMT +4) Bakı, 20 oktyabr, SalamNews. Qarabağın bərpasında Rusiya şirkətlərinin iştirakında maraqlıyıq.
SalamNews -un məlumatına görə, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov Bakıda keçirilən "Qarabağı yenidən qur" (Rebuild Karabakh 2021) beynəlxalq sərgisində deyib.
"Rusiya şirkətlərinin sərgidə iştirakı çox əhəmiyyətlidir. Burada Rusiya Federasiyasının müxtəlif yerlərindən çox fərqli şirkətlər təmsil olunur. Səfir olaraq Rusiya şirkətlərinin Azərbaycandakı sərgidə bu qədər geniş iştirakından məmnunam", diplomat bildirib.
|