Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

DSX-nin İran və Ermənistanla sərhəddə yaradılan yeni hərbi hissəsi müasir silah və texniklarla təchiz edilib

21 Oktyabr 2021, 12:10 (GMT +4)

Bakı, 21 oktyabr, SalamNews. Dövlət Sərhəd Xidmətinin (DSX) Azərbaycanın İran və Ermənistanla dövlət sərhədlərinin yaxınlığında yaradılan hərbi hissə kompleksi müasir silah və texniklarla təchiz edilib.

SalamNews-un xəbərinə görə, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya kompleks barədə məlumat verib.

DSX rəisi bildirib ki, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad olunmuş ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması üzrə fəaliyyətlər davam etdirilir: "Dövlət Sərhəd Xidmətinin Azərbaycan Respublikasının İran və Ermənistanla dövlət sərhədlərinin Zəngilan rayonu ərazisindən keçən hissələrinin mühafizəsini həyata keçirən yeni hərbi hissə kompleksi 15 hektar ərazini əhatə edir. Buraya qərargah binası və əsgər yataqxanası, şəxsi heyətin xidmətinin yüksək səviyyədə aparılması üçün lazımi şəraitlə təmin edilmiş iş otaqları, yeməkxana və digər tikililər daxildir. Kompleksdə hərbi hissənin təyinatına uyğun xidməti-döyüş fəaliyyətinin təşkilinə, hərbi qulluqçuların peşəkar və döyüş qabiliyyətlərinin yüksəldilməsinə, şəxsi heyətin hərbi biliklərinin və mənəvi-psixoloji hazırlığının təkmilləşdirilməsinə imkan verən zəruri şərait yaradılıb".

Dövlət başçısına hərbi hissənin xidməti istifadəsində olan zirehli döyüş maşınları, atıcı silahlar, qumbaraatanlar, iriçaplı pulemyotlar, zenit qurğuları və digər texniki vasitələr təqdim olunub. 44 günlük Vətən müharibəsi zamanı Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti də torpaqlarımızın işğaldan azad olunmasında, dövlət sərhədinin bərpası kimi çox mühüm və müqəddəs bir missiyanın uğurla həyata keçirilməsində böyük şücaət və qəhrəmanlıq göstərib. Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları yüksək peşəkarlıq nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr vurub və işğalçıları torpaqlarımızdan qovub.

Qeyd edək ki, oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunda səfərdə olublar.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

09 Dekabr 2021, 17:28 (GMT +4)
Növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsinə 1 milyon manat ayrılıb 

09 Dekabr 2021, 17:15 (GMT +4)
Narkotik satan şəbəkəyə daxil olan 22 nəfər tutulub - VİDEO

09 Dekabr 2021, 17:02 (GMT +4)
Prezident İlham Əliyev Almaniyanın yeni Kanslerini təbrik edib

09 Dekabr 2021, 16:52 (GMT +4)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

09 Dekabr 2021, 16:38 (GMT +4)
Koronavirus: Azərbaycanda sutkalıq yoluxma və sağalma sayı açıqlanıb

09 Dekabr 2021, 16:34 (GMT +4)
Taliban hökumətinin polisi oğruları yeni metodlarla cəzalandırır (VİDEO)

09 Dekabr 2021, 16:28 (GMT +4)
AQTA: "Bağçalarda uşaqlara zəruri qidalı maddələr verilmir"

09 Dekabr 2021, 16:15 (GMT +4)
Azad olunan ərazilərdə işləyən şəxsdən narkotik götürülüb

09 Dekabr 2021, 16:03 (GMT +4)
"Azərişıq" Lənkəranda baş verən hadisə ilə bağlı açıqlama yayıb

09 Dekabr 2021, 15:52 (GMT +4)
Həbsdə olan keçmiş MTN polkovnikinin ölüm səbəbi açıqlanıb

09 Dekabr 2021, 15:42 (GMT +4)
Şəmkirdə qanunsuz heyvan kəsimi məntəqələri aşkarlanıb

09 Dekabr 2021, 15:30 (GMT +4)
İran nüvə danışıqlarının başlması fonunda İsrailin müdafiə naziri təcili ABŞ-a yollanıb

09 Dekabr 2021, 15:25 (GMT +4)
FHN Qubada sanatoriyada yanğın təhlükəsizliyi ilə bağlı tədbir keçirib

09 Dekabr 2021, 15:13 (GMT +4)
Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş Beynəlxalq Elmi Konqres işə başlayıb (FOTO)

09 Dekabr 2021, 15:00 (GMT +4)
KOBİA mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün müsabiqə elan edib

09 Dekabr 2021, 14:50 (GMT +4)
Masallıda 1000 manat dəyərində əlvan metallar oğurlanıb

09 Dekabr 2021, 14:49 (GMT +4)
ABŞ Kəşfiyyatının rəhbəri: İran və Rusiya saçlarımı ağartdılar

09 Dekabr 2021, 14:40 (GMT +4)
Lerikdə dağ-meşə ərazisində yanğın olub

09 Dekabr 2021, 14:30 (GMT +4)
AMADA-nın direktoru Avropa Şurasında yeni komitənin sədri seçilib

09 Dekabr 2021, 14:20 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

09 Dekabr 2021, 14:11 (GMT +4)
İraq hökuməti ABŞ koalisiyasının ölkədəki işinin sona çatdığını elan edib

09 Dekabr 2021, 14:10 (GMT +4)
Azad edilən ərazilərdə minaya düşərək həlak olan şəxslərin sayı açıqlanıb

09 Dekabr 2021, 14:00 (GMT +4)
DİN məktəblilər arasında narkotik istifadəçilərin olması ilə bağlı iddialara münasibət bildirib

09 Dekabr 2021, 13:50 (GMT +4)
ANAMA Şuşada mülki şəxslərin minaya düşməsi ilə bağlı məlumat yayıb

09 Dekabr 2021, 13:40 (GMT +4)
Dövlət sərhədindən 20 kiloqramdan çox narkotik keçirilməsinin qarşısı alınıb

09 Dekabr 2021, 13:30 (GMT +4)
“Günəşli” yatağında daha bir quyunun qazma işləri başa çatıb

09 Dekabr 2021, 13:20 (GMT +4)
Qanunsuz ov edən şəxs aşkarlanıb

09 Dekabr 2021, 13:14 (GMT +4)
İlon Mask rəsmi olaraq evsiz qalıb

09 Dekabr 2021, 13:10 (GMT +4)
“Azəriqaz”ın baş direktoru media və QHT nümayəndələrinin suallarını cavablandıracaq

09 Dekabr 2021, 13:00 (GMT +4)
Şuşada iki nəfər minaya düşərək ölüb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66