Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İDMAN

Qurban Qurbanov: Hər 3 xal bizim üçün üstünlükdü

22 Oktyabr 2021, 01:01 (GMT +4)

Bakı,  22 oktyabr, SalamNews, R.Nadirli. "Qarabağ" Avropa Konfrans Liqası qrup mərhələsinin 3-cü turu çərçivəsində Bakıda Qazaxıstanın "Kayrat" klubunu məğlub edib.

SalamNews xəbər verir ki, qarşılaşmadan sonra baş tutan mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

- Futbolçuları təbrik edirəm. Çox yaxşı komandaya qarşı oynayırdıq. Fikizi cəhətdən də, standart vəziyyətlərdə də bizə çətinlik yaratdılar. İlk hissədə çox yaxşı pressinq edirdilər, hücumlara tez çıxırdılar. İkinci yarı biz onlara çətinlik yaratdıq. Futbolçular ruhdan düşmədilər, məğlub olmaq istəmirdilər. Əgər qalib gəlmək istəyiriksə, daha istəkli olmalıyıq. Bu istəyi oyunçularda gördüm. Möhtəşəm azarkeşlərə təşəkkür edirem. Onlar futbolçulara güc verdilər. Çoxdan idi futbolumuzda bele atmosfer olmamışdı.

- 3 oyuna 7 xal. İşin neçə faizini görmüsüz?

- Qarşıdakı 3 oyun 9 xaldı. 2 səfər oyunumuz var. Bizim üçün heç də asan deyil. 7 xal toplasaq da, rəqiblər bizə çox ciddi yanaşacaqlar. 3 xallıq sistemdə arxayınlaşmaq olmaz. Bəlkə də "Omoniya" üzərindəki 4:1 hesablı qələbədən sonra çoxları düşünürdü ki, bu gün rahat qələbə qazanacağıq. Amma dünən demişdim ki, "Kayrat"ın "Bazel"ə 2:4 hesablı məğlubiyyətinə aldanmaq olmaz. "Kayrat" çox təhlükəli komandadı. Hər 3 xal bizim üçün üstünlükdü. Qarşıdakı üç oyuna daha ciddi hazırlaşmalıyıq. Oyunumuzu daha da yaxşılaşdırıb inamımızı artırmalıyıq. Futbolçular daha da peşəkar olmalıdılar. Qalib gəlmişik deyə, qarşıdakı oyunda məğlub olmaq limitimiz var düşüncəsi olmamalıdı.

- Rəqiblərin sizə qarşı əks hücumda oynaması çətinlik yaradır?

- Yaradır, amma məsuliyyətimizi artırır. Son vaxtlar tam hücum futbolu oynamaq istəyirik, buna fikir veririk. Amma bəzən rəqibin buna nə qədər imkan verdiyi önəmlidi. Hansı komandalara gücümüz çatacaq, mübarizə aparacağıq, tam deyə bilmərəm. Amma futbolçularım böyüyür, buna sevinirəm.

 - “Qarabağ” 70-75 dəqiqə çətinlik çəkdi, ancaq sonlarda oyunu ələ aldız. Son dəqiqələrdəki oyunun “resept”ini deyə bilərsiz?

- Bəzi komandalar bu tip oyun üslubunu 90 dəqiqə davam etdirə bilmir. Buna görə səbrli olmaq lazımdı. İlk hissədə kənardan oyunçularımıza deyirdim ki, tələsməyin. Qalib gələn komanda adətən müdafiəyəmeyilli oynamağa başlayır. “Resept” odu ki, sona kimi mübarizə aparmalıyıq. Hesaba baxmadan eyni tempi qorumaq istəyirik. Sonradan meydana çıxan futbolçular da özlərini yaxşı tərəfdən göstərdi. Futbolçular özlərinə güvənib, sona kimi hücum etməkdən çəkinmədilər. Əzmkarlıq nəticəsində qələbə bizim oldu.

- Qolları daha çox tənqid olunan futbolçuların vurması sizin üçün xüsusi əhəmiyyəti varmı?

- Hər bir futbolçunun qoluna sevinirəm. Ancaq gizlətməyəcəm, Ramilin qol vurmasına daha çox sevinirəm. Bir insan əziyyət çəkməyi bacarırsa, ona inamım çoxalır. Abbas hücumda daha aktiv ola bilər. Bəzən belə qollar oyunçuya əlavə inam verir. Hər ikisinə sevinirəm, Ramilin qol vurmasına daha çox.

- “Qarabağ” Konfrans Liqasında hansı nəticəni göstərsə, futbolçulardan tam razı qalarsız?

- Son vaxtlar futbolçulardan daha çox əzmkarlıq tələb edirəm. Bu olan yerdə nəticə də olacaq. Məğlub olduğumuz matçlarda da özümüzü məğlub kimi göstərməməliyik. Əziyyət çəkirlərsə, onlara inanıramsa, nəticə də tələb edirəm. Hər oyun qalib gəlsələr, hər birindən razı qalacam.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

29 Noyabr 2021, 18:05 (GMT +4)
Azərbaycanın gənclər və idman nazirinin iki müavini vəzifəsindən azad edilib

29 Noyabr 2021, 18:00 (GMT +4)
Prokurorluq 18 yaşlı qızın intiharı ilə bağlı məlumat yayıb

29 Noyabr 2021, 17:50 (GMT +4)
İstifadə müddəti bitən müxtəlif növ qida məhsulları məhv edilib

29 Noyabr 2021, 17:30 (GMT +4)
Azərbaycanda «Dövlət rüsumu haqqında» qanuna dəyişiklik edilib

29 Noyabr 2021, 17:14 (GMT +4)
Rusiya və Belarus Ukrayna sərhədində hərbi təlimlər keçirəcəklər

29 Noyabr 2021, 17:00 (GMT +4)
Peyvənd olunanların sayı açıqlanıb

29 Noyabr 2021, 16:45 (GMT +4)
Azərbaycanda daha 857 nəfər koronavirusa yoluxub, 26 nəfər ölüb

29 Noyabr 2021, 16:40 (GMT +4)
Baş prokuror Koreya səfiri ilə görüşüb

29 Noyabr 2021, 16:36 (GMT +4)
Rəcəb Təyyib Ərdoğan BƏƏ kimi Misirlə də münasibətlərin normallaşdırılacağını bildirib

29 Noyabr 2021, 16:20 (GMT +4)
Bakıda çoxmənzilli yaşayış binalarının daxili su təchizatı sistemləri yenidən qurulur

29 Noyabr 2021, 16:10 (GMT +4)
Azərbaycan Cüdo Federasiyasının ünvanı dəyişib

29 Noyabr 2021, 16:00 (GMT +4)
DİN: Vətəndaşların pulunu ələ keçirən şəbəkənin üzvləri tutulub

29 Noyabr 2021, 15:50 (GMT +4)
Cəbrayılda 41 yaşlı şəxs minaya düşüb, ayağı amputasiya olunub

29 Noyabr 2021, 15:45 (GMT +4)
İran və Azərbaycan media nümayəndələri görüşəcəklər

29 Noyabr 2021, 15:40 (GMT +4)
KOBİA yanında İctimai Şuranın iclası keçirilib

29 Noyabr 2021, 15:30 (GMT +4)
Minaatan və artilleriya bölmələrinin döyüş atışlı taktiki təlimləri keçirilib (VİDEO)

29 Noyabr 2021, 15:20 (GMT +4)
Kreml Putinlə Baydenin görüşü haqda bəyanat verib

29 Noyabr 2021, 15:15 (GMT +4)
"Beşiktaş" Sergen Yalçınla bağlı qərar verib

29 Noyabr 2021, 15:10 (GMT +4)
AAYDA: Bərdə-Ağdam avtomobil yolunun tikintisi davam etdirilir 

29 Noyabr 2021, 15:00 (GMT +4)
KOBİA-nın keçmiş sədr müavini Ukraynada yüksək vəzifəyə təyin olunub

29 Noyabr 2021, 14:52 (GMT +4)
"Qızıl top"un sahibi bu gecə müəyyənləşir

29 Noyabr 2021, 14:50 (GMT +4)
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində iki şöbə birləşdirilib

29 Noyabr 2021, 14:40 (GMT +4)
Türkiyədə müalicə olunan daha 5 qazimiz sağalaraq Vətənə geri dönüb

29 Noyabr 2021, 14:30 (GMT +4)
Ağdam Sənaye Parkının ərazisinin 39%-i minalardan təmizlənib

29 Noyabr 2021, 14:20 (GMT +4)
ÜST: “Omikron” ştammı çox yüksək qlobal risk yaradır"

29 Noyabr 2021, 14:10 (GMT +4)
Azərbaycan gömrükçüləri xurma yükündə dərman preparatları aşkarlayıb

29 Noyabr 2021, 14:00 (GMT +4)
Azərbaycanda hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edilib

29 Noyabr 2021, 13:50 (GMT +4)
Azərbaycanın Yekaterinburqdakı baş konsulu geri çağırılıb

29 Noyabr 2021, 13:40 (GMT +4)
Azərbaycan Prezidenti Soçi görüşünün çox böyük əhəmiyyət kəsb etdiyini bildirib

29 Noyabr 2021, 13:30 (GMT +4)
Avropada qazın qiyməti 1 100 dolları ötüb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66