Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

BMT və Azərbaycan arasında yeni anlaşma memorandumu imzalanıb

22 Oktyabr 2021, 12:10 (GMT +4)

Bakı, 22 oktyabr, SalamNews. BMT və Azərbaycan arasında korporativ məsuliyyəti və dayanıqlı biznesi təşviq etmək üçün Anlaşma Memorandumu imzalanıb.

SalamNews-un məlumatına görə, sənədi BMT-nin Azərbaycandakı əlaqələndiricisi Vladanka Andreyeva və İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədr əvəzi Osman Xaliyev imzalayıb.

V. Andreyeva bildirib ki, 3 il müddətinə imzalanmış memorandumu Dayanıqlı İnkişaf Məqsədləri üzrə milli hədəflərlə uyğunlaşdırılmış 5 sosial-iqtisadi inkişaf prioritetini əhatə edəcək:

"Tərəflər həmçinin BMT-nin Qlobal Sazişinin əmək-insan hüquqları, ətraf mühitin mühafizəsi və korrupsiyaya qarşı mübarizəyə dair 10 prinsipini Sahibkarlığın İnkişafı Fondu, eləcə də nazirlik yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin maliyyə alətləri və proseslərinə inteqrasiya etmək üçün birgə tədbirlər görəcəklər. Biz bu çərçivədə işləməyə hazırıq".

Qeyd edək ki, 160-dan çox ölkədən 12 min şirkət və 3 min qeyri-biznes qurumunu, eləcə də 60-dan çox yerli şəbəkəni bir araya gətirən BMT-nin Qlobal Sazişi dünyanın ən böyük korporativ dayanıqlılıq təşəbbüsüdür. Bu saziş şirkətləri öz strategiya və fəaliyyətlərini 10 prinsipə uyğunlaşdırmağa, BMT-nin 2039-cu ilə qədərki Dayanıqlı İnkişaf Gündəliyinə töhfə verməyə çağırır. Sənədin 10 prinsipi İnsan Hüquqları haqqında Ümumi Bəyannamə, İşdə əsas prinsiplər və hüquqlar üzrə Beynəlxalq Əmək Təşkilatının Bəyannaməsi , Ətraf Mühit və İnkişaf haqqında Rio Bəyannaməsi və BMT-nin Korrupsiya əleyhinə Konvensiyası əsasında hazırlanıb.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

27 Noyabr 2021, 17:00 (GMT +4)
Prezident İlham Əliyevlə Aleksandr Lukaşenko arasında telefon danışığı olub

27 Noyabr 2021, 16:50 (GMT +4)
Peyvənd olunanların sayı açıqlanıb

27 Noyabr 2021, 16:40 (GMT +4)
Azərbaycanda daha 1 617 nəfər koronavirusa yoluxub, 22 nəfər ölüb

27 Noyabr 2021, 16:30 (GMT +4)
Britaniya: Rusiya ekstremistlərdən daha ciddi təhlükədir

27 Noyabr 2021, 16:20 (GMT +4)
Orxan Məmmədov: KOB-lar yeni satış bazarlarına çıxış əldə ediblər

27 Noyabr 2021, 16:10 (GMT +4)
ABŞ-da atışma olub, 3 nəfər ölüb

27 Noyabr 2021, 16:00 (GMT +4)
Bakıda məşhur şadlıq saraylarında qanun pozuntuları aşkarlanıb

27 Noyabr 2021, 15:50 (GMT +4)
Ceyhun Bayramov: Ermənistanın üçtərəfli bəyanatlara tam əməl etməsini gözləyirik

27 Noyabr 2021, 15:39 (GMT +4)
İran prezidenti ölkədə koronavirusla bağlı “qırmızı bölgə”lərın artıq mövcud olmadığını bildirib

27 Noyabr 2021, 15:30 (GMT +4)
Abşeronda genişmiqyaslı ağacəkmə tədbiri keçirilib

27 Noyabr 2021, 15:20 (GMT +4)
Zaqatalada qadın vətəndaşların 90 min manatını mənimsəyib

27 Noyabr 2021, 15:10 (GMT +4)
Azərbaycan və Türkiyə XİN başçıları bölgədəki vəziyyəti müzakirə ediblər

27 Noyabr 2021, 15:00 (GMT +4)
Çavuşoğlu: Zəngəzur dəhlizi regionun iqtisadi inkişafına töhfə verəcək

27 Noyabr 2021, 14:50 (GMT +4)
Azərbaycana İrandan qanunsuz siqaret gətirilməsinin qarşısı alınıb

27 Noyabr 2021, 14:40 (GMT +4)
Koronavirusun yeni təhlükəli növünə görə çoxsaylı dövlətlər Afrika ölkələrinə səfərə məhdudiyyət qoyublar

27 Noyabr 2021, 14:30 (GMT +4)
Daxili İşlər Nazirliyi 50 işçi axtarır

27 Noyabr 2021, 14:20 (GMT +4)
BNA: Avtobusun sürücüsünün hücuma məruz qalması narahatlıq doğurur

27 Noyabr 2021, 14:10 (GMT +4)
MN Füzuli rayonunun Qoçəhmədli kəndindən videogörüntülər yayıb (VİDEO)

27 Noyabr 2021, 13:42 (GMT +4)
İran yeni nüvə sazişinin əldə edilməsi ilə bağlı nikbin danışıb

27 Noyabr 2021, 13:30 (GMT +4)
Abşeronda karantin qaydalarını pozan kafenin sahibi cərimələnib

27 Noyabr 2021, 13:20 (GMT +4)
DYP sürücülərə müraciət edib

27 Noyabr 2021, 13:10 (GMT +4)
Rusiyada silah zavodunda partlayış olub, xəsarət alanlar var

27 Noyabr 2021, 13:00 (GMT +4)
Bakıda onlayn yolla narkotik satan şəxs saxlanılıb

27 Noyabr 2021, 12:50 (GMT +4)
Azərbaycanda bazar gününə olan hava proqnozu açıqlanıb

27 Noyabr 2021, 12:40 (GMT +4)
DİN: Ötən gün 70 nəfər şənliyə buraxılmayıb

27 Noyabr 2021, 12:33 (GMT +4)
Türkiyə Suriyada Sülh Bulağı əməliyyatı zonasına daxil olan dörd silahlını zərərsizləşdirdiyini bildirib

27 Noyabr 2021, 12:30 (GMT +4)
Şirvanda sürücü polisə müqavimət göstərərək qaçıb

27 Noyabr 2021, 12:20 (GMT +4)
Sumqayıtda keçmiş məhkum qardaşının evindən oğurluq edib

27 Noyabr 2021, 12:00 (GMT +4)
FHN Şəmkirdə tikinti bazarında yanğınla bağlı əməliyyat görüntülərini yayıb (VİDEO)

27 Noyabr 2021, 11:50 (GMT +4)
Səudiyyə Ərəbistanı Yəmənin paytaxtına hava zərbələri endirib, dağıntılar var

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66