Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

Azərbaycanda koronavirusa görə 19 məktəb, 505 sinif distant təhsilə keçib

22 Oktyabr 2021, 11:50 (GMT +4)

Bakı, 22 oktyabr, SalamNews. Azərbaycanda tədrisə başlanılan tarixdən indiyədək 4 432 ümumi təhsil müəssisəsindən 19 məktəb (0,4 faiz), 89 674 sinifdən 505 sinif (0,6 faiz) distant formaya keçirilib.

SalamNews xəbər verir ki, bu barədə Təhsil və Səhiyyə nazirlikləri birgə məlumat yayıb.

Qeyd olunub ki, bu siniflərdən 72-də əyani təhsil forması artıq bərpa edilib: "Hazırda 433 sinif distant formada tədrisə davam edir. İndiyədək 1 595 108 şagirddən 3477-si (0,2 faiz), məktəblərdə çalışan 229 871 nəfər heyətdən 2494-ü (1 faiz) COVID-19-a yoluxub. I-IV siniflər üzrə yoluxma sayı 637 nəfər, V-IX siniflər üzrə 1755 nəfər, X-XI siniflər üzrə yoluxma sayı isə 898 nəfər təşkil edib".

Şagirdlər arasında yoluxma halları nəzərə alınaraq, valideynlərə müvafiq tibbi göstərişləri olan 12 yaşdan yuxarı yeniyetmələri vaksinasiyaya cəlb etmək tövsiyə olunur. Yeniyetmələrin vaksinasiyası hər iki valideynin razılığına əsasən Bakı Sağlamlıq Mərkəzində həyata keçirilir.

Koronavirusun daha yoluxucu "Delta" ştammının gündəmdə olması, bundan əlavə mövsümlə əlaqədar havanın dəyişməsi epidemiyanın daha geniş yayılması riskini artırır. Belə olan halda xəstəliyə qarşı immuniteti artırmaq üçün 3-cü (buster) dozanın vurulması ehtiyacı yaranır. Bunları nəzərə alaraq, Səhiyyə Nazirliyi hər 2 doza vaksin olunmuş müəllimləri ikinci dozadan 6 ay keçdikdən sonra üçüncü doza (“buster” doza) ilə peyvəndlənməni zəruri hesab edir.

Qeyd edək ki, hazırda ümumtəhsil məktəblərində tədris prosesi müvafiq qaydalara uyğun şəkildə davam etdirilir və yaxın həftələrdə bütün təhsil müəssisələrinin distant tədris formasına keçidi planlaşdırılmır. Ənənəvi tədrisin davamlı olmasını təmin etmək üçün sosial məsafəni gözləmək, sanitar-gigiyena qaydalarına əməl etmək önəmlidir. Növbəti həftələrdə də yoluxma halları baş verdikdə siniflərin, daha kütləvi yoluxma olduğu təqdirdə isə məktəblərin distant təhsilə keçirilməsi prosesi davam etdiriləcək və bu barədə ictimaiyyətə mütəmadi məlumat veriləcək.

Xatırladaq ki, Nazirlər Kabinetinin tədris və təlim-tərbiyə prosesinin təşkilinə dair müvafiq qərarına əsasən, sentyabrın 22-dən I-IV, sentyabrın 29-dan isə V-XI siniflər üzrə, eləcə də bütün təhsil müəssisələrində əyani tədrisə başlanılıb. Bu müddət ərzində təhsil müəssisələrində tədris prosesi xüsusi karantin rejiminin qaydalarına uyğun təşkil edilib. Ümumtəhsil məktəblərində çalışan təhsil işçilərinin 80 faizdən çoxu COVID-19-a qarşı hər 2 doza vaksin olunub.

Müvafiq qaydalara uyğun olaraq məktəblərdə koronavirusa yoluxma qeydə alındığı halda Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya mərkəzlərinin rəyi əsasında lokal bağlanmalar barədə qərar qəbul edilir.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

28 Noyabr 2021, 21:36 (GMT +4)
İlham Əliyev: “İranla əlaqələrə çox böyük önəm veririk”

28 Noyabr 2021, 18:00 (GMT +4)
Prezident İlham Əliyev İranın dövlət başçısı ilə görüşüb

27 Noyabr 2021, 17:00 (GMT +4)
Prezident İlham Əliyevlə Aleksandr Lukaşenko arasında telefon danışığı olub

27 Noyabr 2021, 16:50 (GMT +4)
Peyvənd olunanların sayı açıqlanıb

27 Noyabr 2021, 16:40 (GMT +4)
Azərbaycanda daha 1 617 nəfər koronavirusa yoluxub, 22 nəfər ölüb

27 Noyabr 2021, 16:30 (GMT +4)
Britaniya: Rusiya ekstremistlərdən daha ciddi təhlükədir

27 Noyabr 2021, 16:20 (GMT +4)
Orxan Məmmədov: KOB-lar yeni satış bazarlarına çıxış əldə ediblər

27 Noyabr 2021, 16:10 (GMT +4)
ABŞ-da atışma olub, 3 nəfər ölüb

27 Noyabr 2021, 16:00 (GMT +4)
Bakıda məşhur şadlıq saraylarında qanun pozuntuları aşkarlanıb

27 Noyabr 2021, 15:50 (GMT +4)
Ceyhun Bayramov: Ermənistanın üçtərəfli bəyanatlara tam əməl etməsini gözləyirik

27 Noyabr 2021, 15:39 (GMT +4)
İran prezidenti ölkədə koronavirusla bağlı “qırmızı bölgə”lərın artıq mövcud olmadığını bildirib

27 Noyabr 2021, 15:30 (GMT +4)
Abşeronda genişmiqyaslı ağacəkmə tədbiri keçirilib

27 Noyabr 2021, 15:20 (GMT +4)
Zaqatalada qadın vətəndaşların 90 min manatını mənimsəyib

27 Noyabr 2021, 15:10 (GMT +4)
Azərbaycan və Türkiyə XİN başçıları bölgədəki vəziyyəti müzakirə ediblər

27 Noyabr 2021, 15:00 (GMT +4)
Çavuşoğlu: Zəngəzur dəhlizi regionun iqtisadi inkişafına töhfə verəcək

27 Noyabr 2021, 14:50 (GMT +4)
Azərbaycana İrandan qanunsuz siqaret gətirilməsinin qarşısı alınıb

27 Noyabr 2021, 14:40 (GMT +4)
Koronavirusun yeni təhlükəli növünə görə çoxsaylı dövlətlər Afrika ölkələrinə səfərə məhdudiyyət qoyublar

27 Noyabr 2021, 14:30 (GMT +4)
Daxili İşlər Nazirliyi 50 işçi axtarır

27 Noyabr 2021, 14:20 (GMT +4)
BNA: Avtobusun sürücüsünün hücuma məruz qalması narahatlıq doğurur

27 Noyabr 2021, 14:10 (GMT +4)
MN Füzuli rayonunun Qoçəhmədli kəndindən videogörüntülər yayıb (VİDEO)

27 Noyabr 2021, 13:42 (GMT +4)
İran yeni nüvə sazişinin əldə edilməsi ilə bağlı nikbin danışıb

27 Noyabr 2021, 13:30 (GMT +4)
Abşeronda karantin qaydalarını pozan kafenin sahibi cərimələnib

27 Noyabr 2021, 13:20 (GMT +4)
DYP sürücülərə müraciət edib

27 Noyabr 2021, 13:10 (GMT +4)
Rusiyada silah zavodunda partlayış olub, xəsarət alanlar var

27 Noyabr 2021, 13:00 (GMT +4)
Bakıda onlayn yolla narkotik satan şəxs saxlanılıb

27 Noyabr 2021, 12:50 (GMT +4)
Azərbaycanda bazar gününə olan hava proqnozu açıqlanıb

27 Noyabr 2021, 12:40 (GMT +4)
DİN: Ötən gün 70 nəfər şənliyə buraxılmayıb

27 Noyabr 2021, 12:33 (GMT +4)
Türkiyə Suriyada Sülh Bulağı əməliyyatı zonasına daxil olan dörd silahlını zərərsizləşdirdiyini bildirib

27 Noyabr 2021, 12:30 (GMT +4)
Şirvanda sürücü polisə müqavimət göstərərək qaçıb

27 Noyabr 2021, 12:20 (GMT +4)
Sumqayıtda keçmiş məhkum qardaşının evindən oğurluq edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66