Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Peyvənd olunmadan taksi fəaliyyəti ilə məşğul olan sürücülər cərimələnib (VİDEO)

22 Oktyabr 2021, 15:28 (GMT +4)

Bakı, 22 oktyabr, SalamNews. Koronavirus pandemiyasının geniş miqyasda yayılmasının qarşısının alınması istiqamətində paytaxt ərazisində qapalı məkanlarda, o cümlədən, ictimai nəqliyyatda polis əməkdaşları tərəfindən gücləndirilmiş nəzarət-profilaktik tədbirlər həyata keçirilir.

Daxili İşlər Nazirliyindən SalamNews-a verilən məlumata görə, tədbir zamanı mülki geyimdə olan əməkdaşlar da xidmətə cəlb edilib.

Paytaxtın Binəqədi, Xətai və Pirallahı rayonlarında polis tərəfindən ictimai nəqliyyatda, xüsusilə avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maskalardan) istifadə etməyən şəxslərlə profilaktik söhbətlər aparılıb, əsassız bəhanələr gətirən şəxslərə koronavirus infeksiyasının fəsadları və mövcud sanitar-gigiyenik tələblər izah olunub.

Tibbi maskadan istifadə etməyən şəxslər avtobuslardan düşürülüb, onlarla izahedici söhbətlər aparılıb. Polis həmin şəxsləri ictimai nəqliyyatda olan zaman tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, yəni maskalardan istifadə etməyin zəruriliyi barədə məlumatlandırıb.

Həmçinin, profilaktik tədbirlər zamanı taksilərdə şəffaf arakəsmələr quraşdırmayan sürücülər, eləcə də, avtomobilin ön oturacağında əyləşən tibbi maskadan istifadə etməyən sərnişinlər, peyvənd olunmadan taksi fəaliyyəti ilə məşğul olan sürücülər barədə də qanunauyğun tədbirlər görülüb.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun profilaktikasına dair metodiki göstərişlərə əməl etməyən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə inzibati tənbeh tədbiri tətbiq olunur.

Vətəndaşlardan bir daha xahiş edirik ki, koronavirusun daha da çox yayılmasına imkan verməmək mövcud sanitar-epidemioloji qaydalara əməl etsinlər, özlərinin və digər şəxslərin sağlamlıqlarına biganə yanaşmasınlar.

 





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

29 Noyabr 2021, 18:05 (GMT +4)
Azərbaycanın gənclər və idman nazirinin iki müavini vəzifəsindən azad edilib

29 Noyabr 2021, 18:00 (GMT +4)
Prokurorluq 18 yaşlı qızın intiharı ilə bağlı məlumat yayıb

29 Noyabr 2021, 17:50 (GMT +4)
İstifadə müddəti bitən müxtəlif növ qida məhsulları məhv edilib

29 Noyabr 2021, 17:30 (GMT +4)
Azərbaycanda «Dövlət rüsumu haqqında» qanuna dəyişiklik edilib

29 Noyabr 2021, 17:14 (GMT +4)
Rusiya və Belarus Ukrayna sərhədində hərbi təlimlər keçirəcəklər

29 Noyabr 2021, 17:00 (GMT +4)
Peyvənd olunanların sayı açıqlanıb

29 Noyabr 2021, 16:45 (GMT +4)
Azərbaycanda daha 857 nəfər koronavirusa yoluxub, 26 nəfər ölüb

29 Noyabr 2021, 16:40 (GMT +4)
Baş prokuror Koreya səfiri ilə görüşüb

29 Noyabr 2021, 16:36 (GMT +4)
Rəcəb Təyyib Ərdoğan BƏƏ kimi Misirlə də münasibətlərin normallaşdırılacağını bildirib

29 Noyabr 2021, 16:20 (GMT +4)
Bakıda çoxmənzilli yaşayış binalarının daxili su təchizatı sistemləri yenidən qurulur

29 Noyabr 2021, 16:10 (GMT +4)
Azərbaycan Cüdo Federasiyasının ünvanı dəyişib

29 Noyabr 2021, 16:00 (GMT +4)
DİN: Vətəndaşların pulunu ələ keçirən şəbəkənin üzvləri tutulub

29 Noyabr 2021, 15:50 (GMT +4)
Cəbrayılda 41 yaşlı şəxs minaya düşüb, ayağı amputasiya olunub

29 Noyabr 2021, 15:45 (GMT +4)
İran və Azərbaycan media nümayəndələri görüşəcəklər

29 Noyabr 2021, 15:40 (GMT +4)
KOBİA yanında İctimai Şuranın iclası keçirilib

29 Noyabr 2021, 15:30 (GMT +4)
Minaatan və artilleriya bölmələrinin döyüş atışlı taktiki təlimləri keçirilib (VİDEO)

29 Noyabr 2021, 15:20 (GMT +4)
Kreml Putinlə Baydenin görüşü haqda bəyanat verib

29 Noyabr 2021, 15:15 (GMT +4)
"Beşiktaş" Sergen Yalçınla bağlı qərar verib

29 Noyabr 2021, 15:10 (GMT +4)
AAYDA: Bərdə-Ağdam avtomobil yolunun tikintisi davam etdirilir 

29 Noyabr 2021, 15:00 (GMT +4)
KOBİA-nın keçmiş sədr müavini Ukraynada yüksək vəzifəyə təyin olunub

29 Noyabr 2021, 14:52 (GMT +4)
"Qızıl top"un sahibi bu gecə müəyyənləşir

29 Noyabr 2021, 14:50 (GMT +4)
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində iki şöbə birləşdirilib

29 Noyabr 2021, 14:40 (GMT +4)
Türkiyədə müalicə olunan daha 5 qazimiz sağalaraq Vətənə geri dönüb

29 Noyabr 2021, 14:30 (GMT +4)
Ağdam Sənaye Parkının ərazisinin 39%-i minalardan təmizlənib

29 Noyabr 2021, 14:20 (GMT +4)
ÜST: “Omikron” ştammı çox yüksək qlobal risk yaradır"

29 Noyabr 2021, 14:10 (GMT +4)
Azərbaycan gömrükçüləri xurma yükündə dərman preparatları aşkarlayıb

29 Noyabr 2021, 14:00 (GMT +4)
Azərbaycanda hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edilib

29 Noyabr 2021, 13:50 (GMT +4)
Azərbaycanın Yekaterinburqdakı baş konsulu geri çağırılıb

29 Noyabr 2021, 13:40 (GMT +4)
Azərbaycan Prezidenti Soçi görüşünün çox böyük əhəmiyyət kəsb etdiyini bildirib

29 Noyabr 2021, 13:30 (GMT +4)
Avropada qazın qiyməti 1 100 dolları ötüb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66