Mobil versiya RU AZ
_




DÜNYA » CƏMİYYƏT

Türkiyəli jurnalist Reza Zərrabın izinə düşüb: Yeni adı Aaron Qoldsmitdir

22 Oktyabr 2021, 20:35 (GMT +4)

Bakı, 22 oktyabr, SalamNews. 2017-ci il dekabrın 8-də Nyu Yorkda keçirilən "Halkbank" məhkəmə işində "şahid" qismində dindirilən və sonra izini itirən Reza Zərrabın adını Aaron Qoldsmit olaraq dəyişərək yeni həyata başladığı ortaya çıxıb.

SalamNews-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, ABŞ-da yaşayan jurnalist Adem Yavuz Arslan 4 ildən çoxdur heç yerdə görünməyən Reza Zərrabın izinə düşüb. "Uber" sürücüsünün ona verdiyi məlumatları araşdıran Arslan, Aaron Qoldsmit adını alan Zərrabın Mayamidə "Next Level" adlı at ferması qurduğunu müəyyən edib.

Məlumata görə, Florida ştatının Mayami şəhəri yaxınlığında, ABŞ-ın məşhur məkanlarından biri olan Daviedə məskunlaşan Zərrab atçılıq ferması açıb və yeni sevgilisi ilə birlikdə milyon dollarlıq malikanədə yaşayır.

Arslan, Zərrabın zəngin ağdərili amerikalıların üstünlük verdiyi Mayami şəhərinin Davie rayonunda məskunlaşdığını yazır:

“Onun yaşadığı evin kirayə müqaviləsini tapdım. Evin neçə otağı var, nə vaxt tikilib, hovuzun ölçüsü nə qədərdir, qiyməti nə qədərdir, hamısı açıq mənbələrdə var. 5 otaq 4 sanitar qovşağı olan evin bağçasında böyük hovuzu var. Daşınmaz əmlak qeydlərinə görə, sonuncu dəfə 1,5 milyon dollara satılıb”.

Arslan qeyd edir ki, Zərrab milyon dollarlıq yarış atlarına baxım xidməti göstərən atçılıq ferması qurub.

Zərrabı tapdığını və ondan müsahibə almaq istədiyini bildirən Arslan yazır: “Onu ingiliscə salamladıqdan sonra jurnalist olduğumu və onunla görüşmək üçün Vaşinqtondan gəldiyimi dedim. O, təəccübləndi. Nə deyəcəyini bilmirdi. Dialoqdan da gördüyünüz kimi o, türkcə danışmaq istəmədi. Onsuz da türkcə bilirsiniz desəm də, “İngiliscə danış” cavabını verdi. Müsahibə almaq istədiyimi deyəndə, "Şəxsi mülkdəsən, bu cinayətdir, mənim torpağımdan çıx" dedi.

Bədbəxtlikdən tək idim. Yəni yanımda sürücü və operator yox idi".

Arslan qeyd edir ki, otelə qayıdanda Zərraba telefonla zəng vurub, amma o zəngə cavab verməyib.

Zərrabın "Facebook" səhifələrini sürətli şəkildə sildiyini qeyd edən Arslan yazır: “Mən görüşə getməmişdən əvvəl mövcud olan sosial media hesabları birdən-birə yoxa çıxdı. Nə yaxşı ki, Zərrab və iş yeri ilə bağlı bütün məlumatları, şəriki haqqında məlumatları və hətta sevgilisinin fotolarını da əldə etmişdim. Zərrabın gedə biləcəyi yerlərə baş çəkərək, onunla görüşməyə çalışdım, lakin Zərrab, yəni Aaron Qoldsmit bir daha rastıma çıxmadı".

 

 





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

29 Noyabr 2021, 18:05 (GMT +4)
Azərbaycanın gənclər və idman nazirinin iki müavini vəzifəsindən azad edilib

29 Noyabr 2021, 18:00 (GMT +4)
Prokurorluq 18 yaşlı qızın intiharı ilə bağlı məlumat yayıb

29 Noyabr 2021, 17:50 (GMT +4)
İstifadə müddəti bitən müxtəlif növ qida məhsulları məhv edilib

29 Noyabr 2021, 17:30 (GMT +4)
Azərbaycanda «Dövlət rüsumu haqqında» qanuna dəyişiklik edilib

29 Noyabr 2021, 17:14 (GMT +4)
Rusiya və Belarus Ukrayna sərhədində hərbi təlimlər keçirəcəklər

29 Noyabr 2021, 17:00 (GMT +4)
Peyvənd olunanların sayı açıqlanıb

29 Noyabr 2021, 16:45 (GMT +4)
Azərbaycanda daha 857 nəfər koronavirusa yoluxub, 26 nəfər ölüb

29 Noyabr 2021, 16:40 (GMT +4)
Baş prokuror Koreya səfiri ilə görüşüb

29 Noyabr 2021, 16:36 (GMT +4)
Rəcəb Təyyib Ərdoğan BƏƏ kimi Misirlə də münasibətlərin normallaşdırılacağını bildirib

29 Noyabr 2021, 16:20 (GMT +4)
Bakıda çoxmənzilli yaşayış binalarının daxili su təchizatı sistemləri yenidən qurulur

29 Noyabr 2021, 16:10 (GMT +4)
Azərbaycan Cüdo Federasiyasının ünvanı dəyişib

29 Noyabr 2021, 16:00 (GMT +4)
DİN: Vətəndaşların pulunu ələ keçirən şəbəkənin üzvləri tutulub

29 Noyabr 2021, 15:50 (GMT +4)
Cəbrayılda 41 yaşlı şəxs minaya düşüb, ayağı amputasiya olunub

29 Noyabr 2021, 15:45 (GMT +4)
İran və Azərbaycan media nümayəndələri görüşəcəklər

29 Noyabr 2021, 15:40 (GMT +4)
KOBİA yanında İctimai Şuranın iclası keçirilib

29 Noyabr 2021, 15:30 (GMT +4)
Minaatan və artilleriya bölmələrinin döyüş atışlı taktiki təlimləri keçirilib (VİDEO)

29 Noyabr 2021, 15:20 (GMT +4)
Kreml Putinlə Baydenin görüşü haqda bəyanat verib

29 Noyabr 2021, 15:15 (GMT +4)
"Beşiktaş" Sergen Yalçınla bağlı qərar verib

29 Noyabr 2021, 15:10 (GMT +4)
AAYDA: Bərdə-Ağdam avtomobil yolunun tikintisi davam etdirilir 

29 Noyabr 2021, 15:00 (GMT +4)
KOBİA-nın keçmiş sədr müavini Ukraynada yüksək vəzifəyə təyin olunub

29 Noyabr 2021, 14:52 (GMT +4)
"Qızıl top"un sahibi bu gecə müəyyənləşir

29 Noyabr 2021, 14:50 (GMT +4)
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində iki şöbə birləşdirilib

29 Noyabr 2021, 14:40 (GMT +4)
Türkiyədə müalicə olunan daha 5 qazimiz sağalaraq Vətənə geri dönüb

29 Noyabr 2021, 14:30 (GMT +4)
Ağdam Sənaye Parkının ərazisinin 39%-i minalardan təmizlənib

29 Noyabr 2021, 14:20 (GMT +4)
ÜST: “Omikron” ştammı çox yüksək qlobal risk yaradır"

29 Noyabr 2021, 14:10 (GMT +4)
Azərbaycan gömrükçüləri xurma yükündə dərman preparatları aşkarlayıb

29 Noyabr 2021, 14:00 (GMT +4)
Azərbaycanda hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edilib

29 Noyabr 2021, 13:50 (GMT +4)
Azərbaycanın Yekaterinburqdakı baş konsulu geri çağırılıb

29 Noyabr 2021, 13:40 (GMT +4)
Azərbaycan Prezidenti Soçi görüşünün çox böyük əhəmiyyət kəsb etdiyini bildirib

29 Noyabr 2021, 13:30 (GMT +4)
Avropada qazın qiyməti 1 100 dolları ötüb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66