Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

İlham Əliyev Xalq artisti Canəli Əkbərovun vəfatı ilə bağlı nekroloq imzalayıb

23 Oktyabr 2021, 14:50 (GMT +4)

Bakı, 23 oktyabr, SalamNews. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artisti, xanəndə Canəli Əkbərovun vəfatı ilə bağlı nekroloq imzalayıb.

SalamNews xəbər verir ki, nekroloqda deyilir:

Azərbaycanın musiqi mədəniyyətinə ağır itki üz vermişdir. Milli muğam sənətinin görkəmli nümayəndəsi, Xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Canəli Xanəli oğlu Əkbərov 2021-ci il oktyabrın 22-də ömrünün 82-ci ilində vəfat etmişdir.

Canəli Əkbərov 1940-cı il mart ayının 10-da Lənkəran rayonunun Tükəvilə kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1956–1958-ci illərdə Lənkəran Tibb Texnikumunda oxumuşdur. Musiqiyə hələ erkən yaşlarından hədsiz maraq göstərən Canəli Əkbərov 1963–1968-ci illərdə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbinin xanəndəlik şöbəsində təhsil almış və mədəni-mənəvi irsimizin zəngin xəzinəsi olan muğamın incəliklərini həmin dövrdə böyük həvəslə öyrənmişdir. Burada onun sənətkar şəxsiyyətinin formalaşmasında məşhur ustad sənətkarlarımızın böyük rolu və mühüm təsiri olmuşdur. Canəli Əkbərov 1976–1982-ci illərdə indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil almışdır.

1963–1975-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasında işləyən Canəli Əkbərov 1976–2006-cı illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olmuş, opera səhnəsində aparıcı rollarda çıxış edərək çox sayda yaddaqalan obrazlar yaratmışdır.

Canəli Əkbərov 1992-ci ildən etibarən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs demiş, uzun illər muğam sənəti kafedrasının müdiri olaraq fəaliyyət göstərmişdir.

Geniş səs diapazonuna malik sənətkar Canəli Əkbərov milli xanəndəlik məktəbinin nailiyyətlərini layiqincə davam etdirmiş və Azərbaycanın musiqi mədəniyyəti xəzinəsinə töhfələr vermişdir. Sələflərinin yaradıcılıq ənənələrinə sadiqlik və muğamın klassik ifa tərzinin qorunub saxlanması onun altmış ildən artıq müddət ərzindəki fəaliyyətinin başlıca qayəsini təşkil etmişdir. Canəli Əkbərovun ifasında səslənən “Orta mahur”, “Çahargah”, “Arazbarı”, “Heyratı” və digər qədim muğamlarımız, bir çox təsniflər və xalq mahnıları, həmçinin muğam operalarında yaratdığı partiyalar Azərbaycanın musiqi mədəniyyətinin inciləri sırasında özünəməxsus yer tutur.

Dünyanın bir çox ölkələrinə qastrol səfərlərində Azərbaycan mədəniyyəti günləri və beynəlxalq musiqi festivallarının iştirakçısı kimi Canəli Əkbərov milli mədəniyyətimizi uğurla təmsil etmiş, öz çıxışları ilə musiqimizi dünyanın müxtəlif xalqlarının nümayəndələrinə sevdirməyi bacarmışdır. Uzun müddət pedaqoji fəaliyyətlə məşğul olmuş ustad xanəndənin səmərəli sənət fəaliyyəti gənc və istedadlı ifaçıların yeni nəslinin formalaşdırılması üçün bir məktəb olmuşdur.

Canəli Əkbərov milli musiqi mədəniyyətinin inkişafı sahəsində nailiyyətlərinə görə 2000-ci ildə Azərbaycan Respublikasının ali mükafatlarından olan “Şöhrət”, 2010-cu ildə “Şərəf” və 2020-ci ildə 1-ci dərəcəli “Əmək” ordenləri ilə təltif edilmişdir.

Görkəmli xanəndə, mahir pedaqoq, səmimi və təvazökar insan Canəli Əkbərovun xatirəsi sənətsevərlərin qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!

İlham Əliyev

Mehriban Əliyeva

Əli Əsədov

Sahibə Qafarova

Samir Nuriyev

Eldar Əzizov

Fərəh Əliyeva

Anar Kərimov

Emin Əmrullayev

Zeynəb Xanlarova

Əlibaba Məmmədov

Arif Babayev

Səkinə İsmayılova





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

30 Noyabr 2021, 21:25 (GMT +4)
İranın Xarici İşlər Nazirliyi helikopter qəzası ilə bağlı Azərbaycana başsağlığı verib

30 Noyabr 2021, 18:04 (GMT +4)
MM sədri helikopter qəzasında həlak olanların ailələrinə başsağlığı verib

30 Noyabr 2021, 17:57 (GMT +4)
Aİ-nin xüsusi nümayəndəsi Ermənistanda səfərdədir

30 Noyabr 2021, 17:47 (GMT +4)
Prokuror Zakir Sultanova 12 il həbs cəzası istəyib

30 Noyabr 2021, 17:34 (GMT +4)
Mətbuat Şurasında “Xalq cəbhəsi” qəzetinin 20 illiyinə həsr olunmuş toplantı keçirilib

30 Noyabr 2021, 17:22 (GMT +4)
Putin ilk dəfə olaraq NATO-nun təlimlərindən narahat olduğunu açıq şəkildə dilə gətirib

30 Noyabr 2021, 17:16 (GMT +4)
Bakıda bir neçə marşrutun hərəkət sxemlərində müvəqqəti dəyişiklik edilib

30 Noyabr 2021, 17:05 (GMT +4)
Peyvənd olunanların sayı açıqlanıb

30 Noyabr 2021, 16:54 (GMT +4)
İran səfirliyi helikopter qəzası ilə bağlı Azərbaycana başsağlığı verib

30 Noyabr 2021, 16:47 (GMT +4)
Azərbaycan və Türkiyə XİN başçıları arasında telefon danışığı olub

30 Noyabr 2021, 16:37 (GMT +4)
Koronavirus: Azərbaycanda sutkalıq yoluxma və sağalma sayı açıqlanıb

30 Noyabr 2021, 16:28 (GMT +4)
Baş Prokurorluq: Helikopter qəzası ilə bağlı cinayət işi başlanıb

30 Noyabr 2021, 16:17 (GMT +4)
DSX helikopter qəzasında həlak olan və yaralanan hərbçilərin adlarını açıqlayıb

30 Noyabr 2021, 16:09 (GMT +4)
Prezident İlham Əliyev helikopter qəzasında həlak olanların ailələrinə başsağlığı verib

30 Noyabr 2021, 15:58 (GMT +4)
Türkiyənin müdafiə naziri Elçin Quliyevə və Zakir Həsənova başsağlığı verib

30 Noyabr 2021, 15:43 (GMT +4)
ABŞ dövlət katibi Latviyadan Rusiyaya xəbərdarlıq edib

30 Noyabr 2021, 15:31 (GMT +4)
Laçın sakinlərinin bank kartlarından pul çıxaran şəxslər saxlanılıb

30 Noyabr 2021, 15:19 (GMT +4)
ETSN küləkli hava şəraiti ilə əlaqədar əhaliyə xəbərdarlıq edib

30 Noyabr 2021, 15:05 (GMT +4)
Türkiyə XİN Azərbaycanda hərbi helikopterin qəzaya uğraması ilə bağlı başsağlığı verib

30 Noyabr 2021, 14:55 (GMT +4)
Azərbaycanda üç qurum “Omikron”la bağlı əhaliyə çağırış edib

30 Noyabr 2021, 14:47 (GMT +4)
Türkiyədə FETÖ təşkilatına üzvlükdə şübhəli bilinən daha 134 nəfər saxlanılıb

30 Noyabr 2021, 14:35 (GMT +4)
Türkiyə Milli Müdafiə Nazirliyi helikopter qəzası ilə bağlı Azərbaycana başsağlığı verib

30 Noyabr 2021, 14:26 (GMT +4)
“Qızıl top”u sən qazanmalı idin - Lionel Messi

30 Noyabr 2021, 14:24 (GMT +4)
Prezident İlham Əliyev Pakistanın müdafiə istehsalatı nazirini qəbul edib

30 Noyabr 2021, 14:14 (GMT +4)
Prezident İlham Əliyev Aşıq Ələsgərin abidəsinin ucaldılması haqqında sərəncam imzalayıb

30 Noyabr 2021, 14:04 (GMT +4)
“Nar” milli internet resurslarına dəstək olur 

30 Noyabr 2021, 13:55 (GMT +4)
Azərbaycan XİN Türkiyəyə başsağlığı verib

30 Noyabr 2021, 13:45 (GMT +4)
Klublararası dünya çempionatının püşkü atılıb

30 Noyabr 2021, 13:44 (GMT +4)
Ukrayna gələn il beynəlxalq müttəfiqlərilə birgə 10 hərbi təlim keçirəcək

30 Noyabr 2021, 13:35 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66