Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

“Nizami Gəncəvi ili”nə həsr olunmuş dəyirmi masa keçirilib

25 Oktyabr 2021, 14:38 (GMT +4)

Bakı, 25 oktyabr, SalamNews. 2021-ci ilin 22 oktyabr tarixində Bakı Dövlət Universiteti (BDU) və Mingəçevir Dövlət Universiteti (MDU) arasında əməkdaşlıq çərçivəsində cari tədris ili üzrə qəbul edilmiş birgə fəaliyyət planına əsasən hər iki ali təhsil müəssisəsinin Tələbə Gənclər Təşkilatlarının (TGT) təşkilatçılığı ilə “Nizami Gəncəvi ili”nə həsr olunan “Nizami irsi - insanlığın mənəvi sərvət axtarışının zirvəsində” mövzusunda dəyirmi masa keçirilib.

SalamNews xəbər verir ki, “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən dəyirmi masada BDU-nun Filologiya, Şərqşünaslıq fakültələrinin və MDU-nun Pedaqoji, Mühəndislik, İqtisadiyyat və idarəetmə fakültələrinin müəllim və tələbələri iştirak ediblər.

Dəyirmi masaya moderatorluq edən BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov ölkə Prezidenti tərəfindən 2021-ci ilin “Nizami Gəncəvi ili” elan edilməsini azərbaycançılığa, onun tarixinə və mədəniyyətinə olan ehtiramın təzahürü olduğunu qeyd edib. Bildirib ki, milli-mənəvi dəyərlərə hörmət Ulu öndər Heydər Əliyevin apardığı siyasətin mühüm tərkib hissələrindən idi. Məhz Ümummilli lider hakimiyyətdə olduğu dövrdə Azərbaycan mədəniyyətinə, milli-mənəvi dəyərlərə hər zaman xüsusi diqqət yetirilib və bu siyasətin məntiqi davamıdır ki, bu gün ölkə üzrə mütəfəkkir şairimizin irsini təbliğ edən silsilə tədbirlər keçirilir. R.Səmədov dahi şairin xatirəsinə həsr olunmuş birgə dəyirmi masanı Nizaminin zəngin irsinin araşdırılmasına və gənclər arasında təbliğinə töhfə kimi dəyərləndirib.

Sonra dəyirmi masanın proqramına uyğun olaraq məruzələr dinlənilib.

BDU-dan Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının professoru Mətanət Abdullayeva, Şərqşünaslıq fakültəsinin dekan müavini Şahin Yusifli və Filologiya fakültəsinin tələbəsi, Tələbə Gənclər Təşkilatının sədr müavini Ələkbər Həsənov, MDU-dan Humanitar fənlər kafedrasının müdiri Esmira Cəfərova, müəllimlərdən Ayna Babazadə, Səadət Ağakişiyeva və Pedaqoji fakültənin tələbəsi Xədicə Cəfərli məruzələrlə çıxış ediblər.

Məruzələrdə böyük Azərbaycan şairi Nizami Gəncəvinin həyat və yaradıcılığından danışılıb, onun əsərlərində yüksək ustalıqla tərənnüm edilən sosial ədalət və ideal cəmiyyət prinsiplərindən, hökmdar və xalq problemlərindən, ilahi və insani məhəbbətdən, mənəvi-əxlaqi və tərbiyəvi fikirlərdən, etnik və dini müxtəlifliklərə hörmətdən, tolerantlıq və multikulturalizm ideyalarından bəhs edilib. Çıxışlarda həmçinin Nizami irsinin tədqiqi və təşviqi istiqamətində beynəlxalq müstəvidə həyata keçirlən layihələrdən söz açılıb, böyük şairin 880 illiyinin həm ölkəmizdə, həm də ölkə xaricində təntənəli şəkildə qeyd olunduğu vurğulanıb.

Dəyirmi masa maraqla qarşılanan məruzələr ətrafında fikir mübadiləsi və tələbələrin suallarının cavablandırılması ilə başa çatıb.

Qeyd edək ki, MDU-da ali təhsil xidmətlərinin keyfiyyətinin yüksəldilməsi və akademik potensialın gücləndirilməsi məqsədilə ölkəmizin qabaqcıl və ən qocaman ali təhsil müəssisəsi olan BDU ilə əməkdaşlığa xüsusi önəm verilir. Sözügedən əməkdaşlığın intensivliyinin və nəticəyönümlüyünün daha da artırılması məqsədilə hər iki universitet tərəfindən çoxşaxəli birgə fəaliyyət planı həyata keçirilir. Tələbə və magistrantların, akademik və inzibati heyət üzvlərinin hərtərəfli inkişafına töhfə verməyi hədəfləyən bu fəaliyyət planı ustad dərsləri, konfranslar, dəyirmi masalar, elmi seminarlar, təlimlər, təcrübə mübadiləsi və müxtəlif məzmunlu tələbəyönümlü tədbirləri özündə ehtiva edir.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

06 Dekabr 2021, 18:02 (GMT +4)
İndoneziyada vulkan püskürməsindən ölənlərin sayı 22-yə çatıb

06 Dekabr 2021, 17:52 (GMT +4)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

06 Dekabr 2021, 17:42 (GMT +4)
Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlanıb

06 Dekabr 2021, 17:38 (GMT +4)
Səudiyyə Ərəbistanı koalisiyası son beş gündə Yəmənə 130 aviazərbə endirib

06 Dekabr 2021, 17:28 (GMT +4)
Azərbaycanda telefon rabitəsinin 140 illiyi ilə bağlı poçt markası buraxılıb

06 Dekabr 2021, 17:17 (GMT +4)
Şəhid və qazi övladları üçün növbəti xeyriyyə aksiyası təşkil olunub (FOTO)

06 Dekabr 2021, 17:07 (GMT +4)
İran “Omicron” virusunun təhlükəsilə bağlı yeddi Afrika ölkəsindən gələnlərə qadağalar tətbiq edib

06 Dekabr 2021, 16:52 (GMT +4)
Avstriyanın yeni kansleri and içib

06 Dekabr 2021, 16:42 (GMT +4)
Daha bir koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb

06 Dekabr 2021, 16:30 (GMT +4)
Baş Prokurorluq: “Korrupsiya cinayətləri törədən 41 şəxs amnistiyaya düşüb"

06 Dekabr 2021, 16:19 (GMT +4)
Rusiya prezidenti Vladimir Putin Hindistana rəsmi səfərə gedib

06 Dekabr 2021, 16:15 (GMT +4)
“Bazarstore”un idxal etdiyi bibərlərdə virus aşkarlanıb

06 Dekabr 2021, 16:05 (GMT +4)
Sosial şəbəkədə tanış olduqları şəxsləri alçaldıcı videolara çəkən dəstə üzvləri həbs edilib (VİDEO)

06 Dekabr 2021, 15:52 (GMT +4)
Helikopter qəzasında şəhid olanların ailələrinə 11 min manat ödəniləcək

06 Dekabr 2021, 15:42 (GMT +4)
Amnistiya aktının tətbiqi ilə 500 min manatdan çox cərimə ləğv edilib

06 Dekabr 2021, 15:31 (GMT +4)
İran XİN rəhbəri ölkədə uranın 90% zənginləşdirilməsilə bağlı xəbərlərə münasibət bildirib

06 Dekabr 2021, 15:30 (GMT +4)
Baş Prokurorluq: Helikopter qəzası ilə bağlı araşdırmalar davam edir

06 Dekabr 2021, 15:20 (GMT +4)
Rusiyada ilk dəfə COVID-19-un “Omikron” ştammı qeydə alınıb

06 Dekabr 2021, 15:08 (GMT +4)
Cəlilabad rayon İH başçısı mərkəzi xəstəxanada müalicə alan qaziyə baş çəkib (FOTO)

06 Dekabr 2021, 15:00 (GMT +4)
Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi 44 % artıb

06 Dekabr 2021, 14:50 (GMT +4)
Prezident Quba Olimpiya İdman Kompleksində yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub

06 Dekabr 2021, 14:45 (GMT +4)
İlham Əliyev Quba-Qonaqkənd avtomobil yolunun açılışını edib

06 Dekabr 2021, 14:40 (GMT +4)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubaya səfərə gediblər

06 Dekabr 2021, 14:30 (GMT +4)
Şərqi Zəngəzurda əhalinin artım səviyyəsi ölkə üzrə orta göstəricidən yuxarıdır

06 Dekabr 2021, 14:24 (GMT +4)
Türkiyə ilə Qətər arasında 12 anlaşma imzalanacaq

06 Dekabr 2021, 14:20 (GMT +4)
Lukaşenko Rusiyanın Ukraynaya hücum etmək niyyətində olmadığını bildirib

06 Dekabr 2021, 14:10 (GMT +4)
Qarabağa qayıdacaq əhali ilə bağlı qanun layihəsi hazırlanıb

06 Dekabr 2021, 14:00 (GMT +4)
Qarayazı Dövlət Təbiət Qoruğunda qanunsuz balıq ovlayan şəxslər cəzalandırılıb

06 Dekabr 2021, 13:50 (GMT +4)
Bakıda oğurladıqları avtomobili hissələrə ayırıb satmaq istəyən şəxslər saxlanılıb

06 Dekabr 2021, 13:40 (GMT +4)
Azərbaycan XİN Finlandiyanı təbrik edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66