Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Sahil Babayev bir qrup şəhid ailəsi üzvü və qazi ilə görüşüb

25 Oktyabr 2021, 15:08 (GMT +4)

Bakı, 25 oktyabr, SalamNews. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev 4 saylı Bakı DOST Mərkəzində fəaliyyət göstərən vahid əlaqələndirmə mərkəzində olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən SalamNews-a verilən məlumata görə, nazir mərkəzdə şəhid ailələri və qazilərə göstərilən xidmətlərlə tanış olub. Xidmət pəncərələri qarşısında aidiyyəti qurum nümayəndələri və xidmətlərdən yararlanan şəxslərlə söhbət edib, onların göstərilən xidmətlər barədə fikirlərini öyrənib.

Sonra S.Babayev mərkəzə müraciət edən bir qrup şəhid ailəsi üzvü və qazi ilə görüş keçirib. Bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfərlə başa çatdırdığı Vətən müharibəsindən ötən bir ildə şəhidlərimizin ailə üzvləri və qazilərin hərtərəfli sosial dəstəklə təminatı istiqamətində çoxistiqamətli tədbirlər həyata keçirilir.

Bu dəstək tədbirləri artıq 31 mindən çox şəxsi əhatə edib. Onlara sosial ödənişlərin proaktiv təyinatı, sosial-psixoloji dəstək, reabilitasiya xidmətləri və vasitələri ilə təminat, məşğulluq məsələlərinin operativ həlli, özünüməşğulluq çərçivəsində kiçik bizneslərin qurulması və s. istiqamətlərdə 39 mindən çox xidmət göstərilib.

Nazir dövlət başçısının 25 iyun 2021-ci il tarixli Fərmanı ilə vahid əlaqələndirmə mərkəzlərinin yaradılmasının da şəhid ailələri üzvlərinə, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçulara və əlilliyi müəyyən edilmiş şəxslərə növbəti mühüm dəstək olduğunu vurğulayıb.

Qeyd edib ki, bu mərkəzlərdə həmin kateqoriyalardan olan insanlara 6-sı mərkəzi, 13-ü yerli icra hakimiyyəti orqanları olan 19 qurum tərəfindən 26 xidmət “bir pəncərə”dən, operativ, şəffaf, vətəndaş rahatlığı və məmnunluğu prinsipi əsasında təqdim edilir. Şəhid ailələri, qazilər bu xidmətləri almaq üçün ayrı-ayrılıqda həmin qurumlara deyil, yalnız bir məkana - vahid əlaqələndirmə mərkəzinə müraciət edirlər.

Avqustun 23-dən ilk mərhələdə Bakıdakı DOST Mərkəzlərində vahid əlaqələndirmə mərkəzləri fəaliyyətə başlayıb. Ötən dövrdə bu mərkəzlərə şəhid ailəsi üzvləri və qazilərdən ibarət 2200-dən çox şəxs müraciət edib.

S.Babayev yaxın vaxtlarda ölkəmizin digər regionlarında da vahid əlaqələndirmə mərkəzlərinin fəaliyyətə başlayacağını diqqətə çatdırıb.

Görüş zamanı Vətən müharibəsinin şəhidi Əli Cabbarovun valideynləri Baba və Yeganə Cabbarovlara “Şəhid ailəsi üzvü” vəsiqəsi təqdim edilib. Dövlət başçısının Sərəncamları ilə medallarla təltif edilmiş qəhrəman hərbçilərimizin - Vətən Müharibəsi Qəhrəmanı şəhid Anar Şükürovun “Suqovuşanın azad edilməsinə görə” medalı həyat yoldaşı Şəmsiyyə Şükürovaya, şəhid Manaf Bəhmənlinin “Kəlbəcərin azad olunmasına görə” medalı anası Suray Bəhmənovaya, şəhid Vahid Abbasovun “Xocavəndin azad olunmasına” görə medalı atası Sahib Abbasova təqdim olunub.

Vətən müharibəsində Şuşa istiqamətində döyüşlərdə şəhid olan və Prezident İlham Əliyevin Sərəncamlarına əsasən “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilən Ələsgər Cavadovun atası, II qrup əlilliyi olan Elxan Cavadova isə müraciətinə əsasən mühərrikli təkərli oturacaq verilib.

Şəhid ailəsi üzvləri və qazilər onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər. Görüşdə ölkəmizdə şəhid ailələri və qazilərlə bağlı görülən işlərə dair fikir mübadiləsi aparılıb, rəy və təkliflər dinlənilib.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

06 Dekabr 2021, 18:02 (GMT +4)
İndoneziyada vulkan püskürməsindən ölənlərin sayı 22-yə çatıb

06 Dekabr 2021, 17:52 (GMT +4)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

06 Dekabr 2021, 17:42 (GMT +4)
Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlanıb

06 Dekabr 2021, 17:38 (GMT +4)
Səudiyyə Ərəbistanı koalisiyası son beş gündə Yəmənə 130 aviazərbə endirib

06 Dekabr 2021, 17:28 (GMT +4)
Azərbaycanda telefon rabitəsinin 140 illiyi ilə bağlı poçt markası buraxılıb

06 Dekabr 2021, 17:17 (GMT +4)
Şəhid və qazi övladları üçün növbəti xeyriyyə aksiyası təşkil olunub (FOTO)

06 Dekabr 2021, 17:07 (GMT +4)
İran “Omicron” virusunun təhlükəsilə bağlı yeddi Afrika ölkəsindən gələnlərə qadağalar tətbiq edib

06 Dekabr 2021, 16:52 (GMT +4)
Avstriyanın yeni kansleri and içib

06 Dekabr 2021, 16:42 (GMT +4)
Daha bir koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb

06 Dekabr 2021, 16:30 (GMT +4)
Baş Prokurorluq: “Korrupsiya cinayətləri törədən 41 şəxs amnistiyaya düşüb"

06 Dekabr 2021, 16:19 (GMT +4)
Rusiya prezidenti Vladimir Putin Hindistana rəsmi səfərə gedib

06 Dekabr 2021, 16:15 (GMT +4)
“Bazarstore”un idxal etdiyi bibərlərdə virus aşkarlanıb

06 Dekabr 2021, 16:05 (GMT +4)
Sosial şəbəkədə tanış olduqları şəxsləri alçaldıcı videolara çəkən dəstə üzvləri həbs edilib (VİDEO)

06 Dekabr 2021, 15:52 (GMT +4)
Helikopter qəzasında şəhid olanların ailələrinə 11 min manat ödəniləcək

06 Dekabr 2021, 15:42 (GMT +4)
Amnistiya aktının tətbiqi ilə 500 min manatdan çox cərimə ləğv edilib

06 Dekabr 2021, 15:31 (GMT +4)
İran XİN rəhbəri ölkədə uranın 90% zənginləşdirilməsilə bağlı xəbərlərə münasibət bildirib

06 Dekabr 2021, 15:30 (GMT +4)
Baş Prokurorluq: Helikopter qəzası ilə bağlı araşdırmalar davam edir

06 Dekabr 2021, 15:20 (GMT +4)
Rusiyada ilk dəfə COVID-19-un “Omikron” ştammı qeydə alınıb

06 Dekabr 2021, 15:08 (GMT +4)
Cəlilabad rayon İH başçısı mərkəzi xəstəxanada müalicə alan qaziyə baş çəkib (FOTO)

06 Dekabr 2021, 15:00 (GMT +4)
Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi 44 % artıb

06 Dekabr 2021, 14:50 (GMT +4)
Prezident Quba Olimpiya İdman Kompleksində yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub

06 Dekabr 2021, 14:45 (GMT +4)
İlham Əliyev Quba-Qonaqkənd avtomobil yolunun açılışını edib

06 Dekabr 2021, 14:40 (GMT +4)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubaya səfərə gediblər

06 Dekabr 2021, 14:30 (GMT +4)
Şərqi Zəngəzurda əhalinin artım səviyyəsi ölkə üzrə orta göstəricidən yuxarıdır

06 Dekabr 2021, 14:24 (GMT +4)
Türkiyə ilə Qətər arasında 12 anlaşma imzalanacaq

06 Dekabr 2021, 14:20 (GMT +4)
Lukaşenko Rusiyanın Ukraynaya hücum etmək niyyətində olmadığını bildirib

06 Dekabr 2021, 14:10 (GMT +4)
Qarabağa qayıdacaq əhali ilə bağlı qanun layihəsi hazırlanıb

06 Dekabr 2021, 14:00 (GMT +4)
Qarayazı Dövlət Təbiət Qoruğunda qanunsuz balıq ovlayan şəxslər cəzalandırılıb

06 Dekabr 2021, 13:50 (GMT +4)
Bakıda oğurladıqları avtomobili hissələrə ayırıb satmaq istəyən şəxslər saxlanılıb

06 Dekabr 2021, 13:40 (GMT +4)
Azərbaycan XİN Finlandiyanı təbrik edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66