Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

DSX: Vətən müharibəsinin bir qrup iştirakçısı ehtiyata buraxılıb

27 Oktyabr 2021, 17:20 (GMT +4)

Bakı, 27 oktyabr, SalamNews. Dövlət Sərhəd Xidmətinin (DSX) Vətən müharibəsinin iştirak­çısı olmuş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçu­larının Silahlı Qüvvələrin ehtiyatına buraxılması münasibətilə “Horadiz” sərhəd dəstəsində təntənəli tədbir keçirilib.

Bu barədə SalamNews-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Tədbirdə DSX rəisinin müavini general-leytenant Abbas Xəlilov çıxış edərək hər bir sərhədçinin Azərbaycan Prezi­den­ti, milli dövlətçilik tariximizin ən böyük sərkər­dəsi İlham Əliyevin Müzəffər Ali Baş Koman­danlığı altında müqəddəs savaşın qalib əsgəri olması, bütövləşmiş ölkəmizin dövlət sərhədlərində vüqarla dalğalanan üçrəngli bayrağımız altında şərəflə xidmət apar­ması ilə qürur duymasını vurğulayıb.

DSX sıralarında hərbi xidmətlərini layiqincə başa vuraraq Azərbaycan Res­publikasının Silahlı Qüvvələrinin ehtiyatına buraxılan çavuş və əsgərlərin Vətən müharibəsində böyük qəhrəmanlıqla vuruşmaları, onların döyüş məharəti, vətənpərvərliyi və mübarizliyi nəticəsində Böyük Qələbənin əldə olunmasında Azərbaycan sərhədçilərinin xüsusi rolunun ən ali səviyyədə dəyərləndirilməsi qeyd olunub, dövləti maraqlarımızı layiqincə müdafiə edən övladlar yetişdirdiklərinə görə onların valideynlərinə minnətdarlıq bildirilib.

Ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda gedən döyüşlərdə canlarını fəda edə­rək xalqımıza qələbə sevincini yaşatmış şəhidlərimizin əbədi ehtiramla yad ediləcəyi, onların qəhrəmanlıq mirasının gələcək nəsillər üçün hər zaman örnək olacağı vurğulan­ıb.

Tədbir çərçivəsində Vətən müharibəsində şücaət və qəhrəmanlıq göstə­rə­­rək torpaqlarımızın azad olunmasında fərqləndiklərinə görə Azərbay­can Pre­zi­denti, Silahlı Qüvvələrin Ali Baş Ko­mandanı İlham Əliyev tərəfin­dən təltif edil­miş sərhədçilərə medallar təqdim olun­ub.

Tədbirin sonunda tərxis edilən hərbi qulluqçularla xatirə fotoşəkilləri çə­kil­miş və şəxsi heyət xüsusi ayrılmış avtobuslarla yaşadıqları bölgələrə yola salınıb.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

30 Noyabr 2021, 21:25 (GMT +4)
İranın Xarici İşlər Nazirliyi helikopter qəzası ilə bağlı Azərbaycana başsağlığı verib

30 Noyabr 2021, 18:04 (GMT +4)
MM sədri helikopter qəzasında həlak olanların ailələrinə başsağlığı verib

30 Noyabr 2021, 17:57 (GMT +4)
Aİ-nin xüsusi nümayəndəsi Ermənistanda səfərdədir

30 Noyabr 2021, 17:47 (GMT +4)
Prokuror Zakir Sultanova 12 il həbs cəzası istəyib

30 Noyabr 2021, 17:34 (GMT +4)
Mətbuat Şurasında “Xalq cəbhəsi” qəzetinin 20 illiyinə həsr olunmuş toplantı keçirilib

30 Noyabr 2021, 17:22 (GMT +4)
Putin ilk dəfə olaraq NATO-nun təlimlərindən narahat olduğunu açıq şəkildə dilə gətirib

30 Noyabr 2021, 17:16 (GMT +4)
Bakıda bir neçə marşrutun hərəkət sxemlərində müvəqqəti dəyişiklik edilib

30 Noyabr 2021, 17:05 (GMT +4)
Peyvənd olunanların sayı açıqlanıb

30 Noyabr 2021, 16:54 (GMT +4)
İran səfirliyi helikopter qəzası ilə bağlı Azərbaycana başsağlığı verib

30 Noyabr 2021, 16:47 (GMT +4)
Azərbaycan və Türkiyə XİN başçıları arasında telefon danışığı olub

30 Noyabr 2021, 16:37 (GMT +4)
Koronavirus: Azərbaycanda sutkalıq yoluxma və sağalma sayı açıqlanıb

30 Noyabr 2021, 16:28 (GMT +4)
Baş Prokurorluq: Helikopter qəzası ilə bağlı cinayət işi başlanıb

30 Noyabr 2021, 16:17 (GMT +4)
DSX helikopter qəzasında həlak olan və yaralanan hərbçilərin adlarını açıqlayıb

30 Noyabr 2021, 16:09 (GMT +4)
Prezident İlham Əliyev helikopter qəzasında həlak olanların ailələrinə başsağlığı verib

30 Noyabr 2021, 15:58 (GMT +4)
Türkiyənin müdafiə naziri Elçin Quliyevə və Zakir Həsənova başsağlığı verib

30 Noyabr 2021, 15:43 (GMT +4)
ABŞ dövlət katibi Latviyadan Rusiyaya xəbərdarlıq edib

30 Noyabr 2021, 15:31 (GMT +4)
Laçın sakinlərinin bank kartlarından pul çıxaran şəxslər saxlanılıb

30 Noyabr 2021, 15:19 (GMT +4)
ETSN küləkli hava şəraiti ilə əlaqədar əhaliyə xəbərdarlıq edib

30 Noyabr 2021, 15:05 (GMT +4)
Türkiyə XİN Azərbaycanda hərbi helikopterin qəzaya uğraması ilə bağlı başsağlığı verib

30 Noyabr 2021, 14:55 (GMT +4)
Azərbaycanda üç qurum “Omikron”la bağlı əhaliyə çağırış edib

30 Noyabr 2021, 14:47 (GMT +4)
Türkiyədə FETÖ təşkilatına üzvlükdə şübhəli bilinən daha 134 nəfər saxlanılıb

30 Noyabr 2021, 14:35 (GMT +4)
Türkiyə Milli Müdafiə Nazirliyi helikopter qəzası ilə bağlı Azərbaycana başsağlığı verib

30 Noyabr 2021, 14:26 (GMT +4)
“Qızıl top”u sən qazanmalı idin - Lionel Messi

30 Noyabr 2021, 14:24 (GMT +4)
Prezident İlham Əliyev Pakistanın müdafiə istehsalatı nazirini qəbul edib

30 Noyabr 2021, 14:14 (GMT +4)
Prezident İlham Əliyev Aşıq Ələsgərin abidəsinin ucaldılması haqqında sərəncam imzalayıb

30 Noyabr 2021, 14:04 (GMT +4)
“Nar” milli internet resurslarına dəstək olur 

30 Noyabr 2021, 13:55 (GMT +4)
Azərbaycan XİN Türkiyəyə başsağlığı verib

30 Noyabr 2021, 13:45 (GMT +4)
Klublararası dünya çempionatının püşkü atılıb

30 Noyabr 2021, 13:44 (GMT +4)
Ukrayna gələn il beynəlxalq müttəfiqlərilə birgə 10 hərbi təlim keçirəcək

30 Noyabr 2021, 13:35 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66