ABŞ Suriyada PUA-ların hücumuna məruz qalan bazaya 26 maşından ibarət hərbi təchizat göndərib06 Noyabr 2021, 12:40 (GMT +4) Bakı, 6 noyabr, SalamNews, B.Samid. ABŞ Ordusu Suriya-İraq-İordaniya sərhədində yerləşən ət-Tənif bölgəsinə 26 maşından ibarət hərbi təchizat göndərib.
SalamNews Sputnik-ə istinadla xəbər verir ki, ABŞ Ordusu bu gün ət-Tənif bölgəsində yerləşən hərbi bazasına 26 maşından ibarət hərbi təchizat ezam edib.
ABŞ tərəfindən göndərilən bu karvan son illərdə bölgəyə göndərilən ən böyük hərbi karvandır.
Qeyd edək ki, bu baza ötən ay beş PUA-nın hücumuna məruz qalıb. Burada ölən olmasa da bazada dağıntılar baş verib. ABŞ bu hücumun arxasında İranın durduğunu bildirib. ABŞ 2014-cü ildə İŞİD-lə mübarizə adı ilə bölgəni zəbt edib.
|