ABŞ 143 əfqanıstanlı pilotu bölgədən təxliyə edib10 Noyabr 2021, 12:54 (GMT +4) Bakı, 10 noyabr, SalamNews, B.Samid. Əfqanıstanın sabiq ordusunun 143 pilotu ABŞ tərəfindən Tacikistandan digər bölgəyə aparılıblar.
SalamNews BBC.Farsi-ə istinadla xəbər verir ki, Əfqanıstanın sabiq ordusunun Hava Qüvvələrinin 143 pilotu ötən gün ABŞ Ordusunun təyyarələri ilə Tacikistandan üçüncü bi ölkəyə aparılıblar.
Onlar daha sonra ABŞ-a aparılacaqlar.
Aralarında iki qadın olan bu pilotlar 15 avqustda Kabilin Talibanın nəzarətinə keçməsindən sonra Tacikistana qaçıblar.
Tacikistana keçmiş pilotlar bildiriblər ki, Taliban hərəkatının təhlükəsizliklərinin təmin edilməsilə bağlı vədlərinə inanmırlar.
|