Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Ceyhun Bayramov Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirak edib

16 Noyabr 2021, 09:00 (GMT +4)

Bakı, 16 noyabr, SalamNews. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirak edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən SalamNews-a bildiriblər ki, görüşdə çıxış edən nazir, münaqişə sonrası bölgədə yaranan yeni reallıqlar, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi və bir milyondan çox azərbaycanlının fundamental hüquqlarının bərpa edilməsi barədə danışıb. O, dayanıqlı sülh, inkişaf və tərəqqinin Azərbaycanın gələcək vizyonunun əsasını təşkil etdiyini və bu xüsusda, üçtərəfli bəyanatların tam icrasının mühüm olduğunu qeyd edib; Azərbaycan tərəfindən bu istiqamətdə atılan addımlara Ermənistanın qarşılıq verməsini gözlədiyimiz vurğulanıb.

Bölgədə bütün kommunikasiyaların açılmasının, Ermənistan və Azərbaycan ərazisindən keçməklə həm bu iki ölkə, həm də bütün bölgə ölkələri, eləcə də tərəfdaşlarımızın xeyrinə ticarət və nəqliyyat daşımalarının artmasına əhəmiyyətli dərəcədə təsir göstərəcəyi, bu xüsusda Zəngəzur dəhlizinin önəmli təşəbbüs olduğu iclas iştirakçılarının diqqətinə çatdırılıb. Zəngəzur dəhlizinin Şərq-Qərb nəqliyyat dəhlizinin önəmli tərkib hissəsi kimi Aİ-nin Şərq Tərəfdaşlığı çərçivəsində və ondan kənarda etibarlı və təhlükəsiz logistik dəhlizləri təmin etmək səylərinə töhfə verəcəyi bildirilib.

Azad olunmuş ərazilərdə Azərbaycan tərəfindən həyata keçirilən bərpa və quruculuq işlərindən bəhs edən nazir Ceyhun Bayramov, nəticədə uzun illər ərzində hüquqları pozulmuş məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə geri qayıdacaqlarını vurğulayıb. Nazir, həmçinin azad olunmuş ərazilərdə mina təhlükəsinə diqqəti cəlb edib və Ermənistan tərəfindən mina xəritələrinin təqdim edilməsinin vacibliyini səsləndirib.

Nazir, Aİ-nin Şərq Qonşuluğu siyasəti çərçivəsində Cənubi Qafqaza münasibətdə yanaşmasını bölgədə mövcud olan yeni vəziyyətə uyğun olaraq, postmünaqişə dövrünün ehtiyac və prioritetlərinə müvafiq olaraq dəyişdirməsinin vacibliyini vurğulayıb.

Yeni mərhələdə minadan təmizləmə, kommunikasiyaların açılışı, ölkələr arasında yaxşı qonşuluq münasibətlərinin yaradılması üçün etimad quruculuğu tədbirlərini özündə ehtiva edən post-münaqişə siyasi və maliyyə dəstəyinin Aİ-nin yardımçı ola biləcəyi sahələr sırasında olduğu qeyd edilib. İstər Şərq Tərəfdaşlığı, istərsə də ikitərəfli çərçivədə irəli sürülən təşəbbüslərin Aİ-nin Xarici və Təhlükəsizlik Siyasəti üzrə Qlobal Strategiya sənədində nəzərdə tutulduğu kimi beynəlxalq hüququn suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə əsaslanmalı olduğu tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin iclasından sonra nazir Ceyhun Bayramov Aİ-nin Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyi ilə görüşüb.

Görüşdə tərəflər Azərbaycan və Aİ ikitərəfli əlaqələrinin hazırkı durumu və gələcək inkişaf perspektivləri, əsas prioritet məsələləri, həmçinin Şərq Tərəfdaşlığının qarşıdan gələn zirvə görüşünə hazırlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

 



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

29 Sentyabr 2022, 09:42 (GMT +4)
Rusiyanın Vaşinqtondakı səfiri: ABŞ vəziyyəti nüvə güclərinin toqquşmasına doğru sövq edir

29 Sentyabr 2022, 09:39 (GMT +4)
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Tbilisidə şəhid ailələri ilə görüşüb

29 Sentyabr 2022, 09:29 (GMT +4)
Bakıda və bölgələrdə külək güclənəcək (XƏBƏRDARLIQ)

29 Sentyabr 2022, 09:19 (GMT +4)
Fransa hökuməti son iki ildə ölkədə 24 məscidi bağlayıb

29 Sentyabr 2022, 09:10 (GMT +4)
Paytaxtda sıxlıq olan küçə və prospektlər açıqlanıb

29 Sentyabr 2022, 09:00 (GMT +4)
Azərbaycan XİN: Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir

29 Sentyabr 2022, 08:49 (GMT +4)
İran İraqın şimalında separatçı kürd bölmələrinin mövqelərinə 73 raket atdığını bildirib

28 Sentyabr 2022, 22:30 (GMT +4)
Taekvandoçumuz Avropa çempionu olub

28 Sentyabr 2022, 21:45 (GMT +4)
İstanbul derbisinin hakimləri açıqlanıb

28 Sentyabr 2022, 21:22 (GMT +4)
I Divizion: "Araz Naxçıvan" "Sumqayıt"ı darmadağın edib, "Mingəçevir" "Şamaxı"ya uduzub

28 Sentyabr 2022, 21:16 (GMT +4)
Müdafiə Nazirliyi: Ermənistanın atəşkəsin Azərbaycan tərəfindən pozulması barədə məlumatları yalandır

28 Sentyabr 2022, 19:50 (GMT +4)
MN: Ermənistan tərəfinin açdığı atəş nəticəsində hərbi qulluqçumuz yaralanıb

28 Sentyabr 2022, 18:00 (GMT +4)
AAYDA: Bakının Cavanşir küçəsi təmir edilir

28 Sentyabr 2022, 17:59 (GMT +4)
Lionel Messi Ronaldonun rekordunu təkrarlayıb

28 Sentyabr 2022, 17:48 (GMT +4)
Bu ilin 6 ayında 17 528 nəfəri heyvan dişləyib

28 Sentyabr 2022, 17:38 (GMT +4)
Son sutkada Azərbaycanda 164 nəfər koronavirusa yoluxub, 3 nəfər ölüb

28 Sentyabr 2022, 17:28 (GMT +4)
Zaqatalada narkotacirdən odlu silah götürülüb

28 Sentyabr 2022, 17:23 (GMT +4)
"Fənərbaxça" müdafiəçisi ilə yollarını ayırıb

28 Sentyabr 2022, 17:20 (GMT +4)
Binəqədi rayonunda şəhidlərin əziz xatirəsinə Memorial Kompleksin açılışı olub (FOTO)

28 Sentyabr 2022, 17:15 (GMT +4)
ABŞ-ın Moskvadakı səfirliyi öz vətəndaşlarını dərhal Rusiyanı tərk etməyə çağırıb

28 Sentyabr 2022, 17:15 (GMT +4)
İraq İranın səfirini Bağdadda XİN-ə çağırıb

28 Sentyabr 2022, 17:00 (GMT +4)
Bakıda qadının boğazından 3200 manatlıq qızıl boyunbağı qoparılıb

28 Sentyabr 2022, 16:50 (GMT +4)
Bakının Üzeyir Hacıbəyov küçəsində velosiped üçün duracaqlar təşkil edilib

28 Sentyabr 2022, 16:40 (GMT +4)
Şuşa mənzil-kommunal və təmir xidmətinin inzibati binası bərpa olunur

28 Sentyabr 2022, 16:30 (GMT +4)
İlham Əliyev və Mehriban Əliyeva Şuşada Mehmandarovların malikanə kompleksindəki bərpa işləri ilə tanış olublar (FOTO)

28 Sentyabr 2022, 16:26 (GMT +4)
Bağdadda Sədrin tərəfdarları ilə polis arasında yenidən toqquşma olub, yaralananlar var

28 Sentyabr 2022, 16:25 (GMT +4)
Prezident Şuşada yeni yaşayış kompleksində tikinti işlərinin gedişi ilə tanış olub

28 Sentyabr 2022, 16:20 (GMT +4)
Baş Prokurorluqda qanvermə aksiyası keçirilib

28 Sentyabr 2022, 16:13 (GMT +4)
Lavrov: Rusiya öz tarixində taleyüklü mərhələni yaşayır

28 Sentyabr 2022, 16:03 (GMT +4)
Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 693 mini keçib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66