Türkiyə və Rusiya müdafiə nazirləri Suriyada cari prosesləri müzakirə ediblər16 Noyabr 2021, 10:21 (GMT +4) Bakı, 16 noyabr, SalamNews, B.Samid. Türkiyənin müdafilə naziri Hülusi Akar rusiyalı həmkarı Sergey Şoyqu ilə Suriyada cari prosesləri müzakirə ediblər.
SalamNews RT-ə istinadla xəbər verir ki, ötən gün axşam tərəflər arasında baş tutan telefon danışığında Suriyadakı cari proseslər və iki ölkənin burada əməkdaşlığı məsələləri müzakirə edilib.
Eyni zamanda Türkiyə Müdafiə Nazirliyi qısa açıqlamasında bildirib ki, iki nazir arasında telefon danışığı olub və onlar "müdafiə və təhlükəsizlik sahələrinə aid ikitərəfli və regional məsələləri xüsusilə də Suriyadakı son hadisələr haqqında fikir mübadiləsi aparıblar".
Qeyd edək ki, noyabrın 1-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Ankaranın terror təşkilatı hesab etdiyi PYD-ə qarşı Suriyada yeni hərbi əməliyyata başlamağa hazır olduğunu təsdiqləyərək, bu qərarın lazım gələrsə, veriləcəyini qeyd edib.
Həmçinin Suriya müxalifətindəki mənbələr Rusiya mətbuatına bildiriblər ki, Türkiyə ordusu onunla müttəfiq müxalifət birləşmələrilə birgə, kürd bölmələrinin rəhbərlik etdiyi “Suriya Demokratik Qüvvələri”nə qarşı hərbi əməliyyata hazırlaşır.
|