İran xüsusi nümayəndəsini Taliban hökumətilə danışıqlara göndərib16 Noyabr 2021, 11:40 (GMT +4) Bakı, 16 noyabr, SalamNews, B.Samid. İranın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Kazim Qummi ötən gün Kabilə yola düşüb. O burada bir neçə gün ərzində Taliban hökumətinin nümayəndələrilə görüşərək danışıqlar aparacaq.
SalamNews BBC.Farsi-ə istinadla xəbər verir ki, Kazim Qummi Kabil səfərində Taliban hökumətinin baş naziri Molla Həsən Axundzadə, xarici işlər naziri Əmirxan Müttəqi və sairləri ilə görüşəcək.
O bu səfər öncəsi bildirib ki, İran Kabildə hərtərəfli və güclü bir dövlətin təşkil edilməsinə ümidvardır.
Qeyd edək ki, İran və Tacikistan Əfqanıstanın qonşuları arasında Taliban hökumətinə qarşı daha mühafizəkar mövqe sərgiləyən tərəflərdir.
Region ölkələri ilə yanaşı bu iki ölkə də Talibandan Əfqanıstanda əhatəli hökumətin təşkilini tələb edirlər. Hələ heç bir dövlət Taliban hökumətini tanıdığını rəsmən elan etməyib.
|