Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Azərbaycan və Almaniyanın enerji qurumları onlayn məlumat mübadiləsi edib

24 Noyabr 2021, 15:20 (GMT +4)

Bakı, 24 noyabr, SalamNews. Energetika Nazirliyi yanında Enerji Məsələləri Tənzimləmə Agentliyi (EMTA) və Almaniyanın Elektrik, Qaz, Telekommunikasiya, Poçt və Dəmir Yolu üzrə Federal Şəbəkə Agentliyinin ("Bundesnetzagentur") nümayəndələrinin iştirakı ilə məlumat mübadiləsi aparılması məqsədilə onlayn görüş keçirilib.

SalamNews xəbər verir ki, bu barədə EMTA məlumat yayıb.

Məlumata görə, qurumun İdarə Heyətinin sədri Samir Axundov enerji tənzimlənməsi sahəsində Almaniya təcrübəsinin öyrənilməsində və "Bundesnetzagentur"la gələcək əməkdaşlıqda maraqlı olduğunu bildirib və sözü qarşı tərəfin Beynəlxalq əməkdaşlıq departamentinin rəhbəri və Avropa Enerji Tənzimləyiciləri Şurasının prezidenti Dr. Annegret Groebelə verib.

Xanım Groebel Almaniyanın enerji keçidi hədəflərindən, karbon emissiyalarının azaldılması istiqamətində görülən işlərdən danışıb. O, Almaniya tənzimləyicisinin tariflərin müəyyənləşdirilməsində digər iqtisadi sahələr üzrə tarif tənzimləmə qurumları ilə iş prinsiplərindən, eləcə də Almaniyanın İqtisadiyyat və Energetika Nazirliyinin rəsmi sənədləri ilə bağlı tənzimləyici orqan tərəfindən qəbul edilmiş normativ-hüquqi aktların hüquqi qüvvəsi barədə görüş iştirakçılarına ətraflı məlumat verib.

Daha sonra Bundesnetzagentur-un məruzəçisi Stefan Arent Almaniyada lisenziya sahiblərinin reyestrinin aparılmasında şəffaflığın əhəmiyyətindən, elektrik və istilik enerjisində yanacaq-enerji resurslarından istifadənin səmərəliliyi və səmərəliliyin artırılması üsulları, sərfiyyat normaları və bu normalara riayət olunmasına nəzarət qaydaları haqqında söhbət açıb.

Almaniya tənzimləyicisinin digər məruzəçisi Aleksandr Linov enerji təchizatında məhdudiyyət və bilavasitə dayandırılma normalarının müəyyənləşdirilməsi, kəsintilərə nəzarət qaydası, pozuntulara görə cərimələrin hesablanması və həvəsləndirici ödəniş qaydaları, ötürücü və paylayıcı şəbəkələrdə itkilərin azaldılması üçün reallaşdırılan həvəsləndirici mexanizmlər və tənzimləmə proseduru barəsində ətraflı məlumat verib.

EMTA-nın nümayəndəsinin sualını cavablandırarkən, Stefan Arent “aktiv istehlakçılar” anlayışına aydınlıq gətirib və bu anlayışlara Almaniya və Avropa İttifaqı qanunvericiliklərində fərqli izahların verildiyini vurğulayıb. O qeyd edib ki, Avropa İttifaqının 944 saylı, 14 iyun 2019-cu il tarixli Təmiz Enerji Paketinin (CEP) Elektrik Direktivinin 2-ci maddəsinin 8-ci bəndində “aktiv istehlakçı” və ya “aktiv müştəri” məhdud sərhədlər daxilində yerləşən binalarda(tikililərdə) istehsal olunan elektrik enerjisini istehlak edən və ya saxlayan son müştəri və ya birgə fəaliyyət göstərən son müştərilər qrupu deməkdir.

İki qurum arasında keçirilən görüşdə növbəti mərhələdə təcrübə mübadiləsi aparılmasına dair məsələlər müzakirə edilib.

EMTA elektrik, qaz və istilik təchizatı ilə bağlı məsələləri tənzimləyir və nəzarət edir. Prezidentin 22 dekabr 2017 -ci il tarixli 1750 nömrəli Fərmanı ilə yaradılan Agentlik publik hüquqi şəxsdir.

"Bundesnetzagentur" 1998-ci ildə yaradılıb. Agentlik elektrik enerjisi, qaz, telekommunikasiya, poçt və dəmir yolu sahələri üzrə tənzimləyici orqan sayılır, İqtisadiyyat və Enerji Federal Nazirliyinin Federal Agentliyidir. Onun baş ofisi Almaniyanın Bonn şəhərində yerləşir.



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

28 Sentyabr 2022, 22:30 (GMT +4)
Taekvandoçumuz Avropa çempionu olub

28 Sentyabr 2022, 21:45 (GMT +4)
İstanbul derbisinin hakimləri açıqlanıb

28 Sentyabr 2022, 21:22 (GMT +4)
I Divizion: "Araz Naxçıvan" "Sumqayıt"ı darmadağın edib, "Mingəçevir" "Şamaxı"ya uduzub

28 Sentyabr 2022, 21:16 (GMT +4)
Müdafiə Nazirliyi: Ermənistanın atəşkəsin Azərbaycan tərəfindən pozulması barədə məlumatları yalandır

28 Sentyabr 2022, 19:50 (GMT +4)
MN: Ermənistan tərəfinin açdığı atəş nəticəsində hərbi qulluqçumuz yaralanıb

28 Sentyabr 2022, 18:00 (GMT +4)
AAYDA: Bakının Cavanşir küçəsi təmir edilir

28 Sentyabr 2022, 17:59 (GMT +4)
Lionel Messi Ronaldonun rekordunu təkrarlayıb

28 Sentyabr 2022, 17:48 (GMT +4)
Bu ilin 6 ayında 17 528 nəfəri heyvan dişləyib

28 Sentyabr 2022, 17:38 (GMT +4)
Son sutkada Azərbaycanda 164 nəfər koronavirusa yoluxub, 3 nəfər ölüb

28 Sentyabr 2022, 17:28 (GMT +4)
Zaqatalada narkotacirdən odlu silah götürülüb

28 Sentyabr 2022, 17:23 (GMT +4)
"Fənərbaxça" müdafiəçisi ilə yollarını ayırıb

28 Sentyabr 2022, 17:20 (GMT +4)
Binəqədi rayonunda şəhidlərin əziz xatirəsinə Memorial Kompleksin açılışı olub (FOTO)

28 Sentyabr 2022, 17:15 (GMT +4)
ABŞ-ın Moskvadakı səfirliyi öz vətəndaşlarını dərhal Rusiyanı tərk etməyə çağırıb

28 Sentyabr 2022, 17:15 (GMT +4)
İraq İranın səfirini Bağdadda XİN-ə çağırıb

28 Sentyabr 2022, 17:00 (GMT +4)
Bakıda qadının boğazından 3200 manatlıq qızıl boyunbağı qoparılıb

28 Sentyabr 2022, 16:50 (GMT +4)
Bakının Üzeyir Hacıbəyov küçəsində velosiped üçün duracaqlar təşkil edilib

28 Sentyabr 2022, 16:40 (GMT +4)
Şuşa mənzil-kommunal və təmir xidmətinin inzibati binası bərpa olunur

28 Sentyabr 2022, 16:30 (GMT +4)
İlham Əliyev və Mehriban Əliyeva Şuşada Mehmandarovların malikanə kompleksindəki bərpa işləri ilə tanış olublar (FOTO)

28 Sentyabr 2022, 16:26 (GMT +4)
Bağdadda Sədrin tərəfdarları ilə polis arasında yenidən toqquşma olub, yaralananlar var

28 Sentyabr 2022, 16:25 (GMT +4)
Prezident Şuşada yeni yaşayış kompleksində tikinti işlərinin gedişi ilə tanış olub

28 Sentyabr 2022, 16:20 (GMT +4)
Baş Prokurorluqda qanvermə aksiyası keçirilib

28 Sentyabr 2022, 16:13 (GMT +4)
Lavrov: Rusiya öz tarixində taleyüklü mərhələni yaşayır

28 Sentyabr 2022, 16:03 (GMT +4)
Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 693 mini keçib

28 Sentyabr 2022, 15:53 (GMT +4)
MN: Azərbaycan, Türkiyə və Gürcüstün xüsusi təyinatlılarının təlimi keçiriləcək

28 Sentyabr 2022, 15:45 (GMT +4)
MN: Azərbaycan ilə Gürcüstan arasında hərbi əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub

28 Sentyabr 2022, 15:40 (GMT +4)
Nazirlik: Səbuhi Əhmədovun qardaşı şəhid ailəsi statusuna aid deyil

28 Sentyabr 2022, 15:37 (GMT +4)
Federiko Valverde "Real"ın ən yaxşı futbolçusu seçilib

28 Sentyabr 2022, 15:33 (GMT +4)
Kreml «DXR», «LXR» və iki regionun qoşulmasından sonra Rusiyanın büdcəsinin perspektivlərini qiymətləndirib

28 Sentyabr 2022, 15:27 (GMT +4)
İsrail təyyarələri yenidən Livanın hava məkanını pozub

28 Sentyabr 2022, 15:18 (GMT +4)
MN: Təxribat məqsədilə Kəlbəcər istiqamətində basdırılan növbəti minalar zərərsizləşdirilib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66