Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Tatarıstan nümayəndələri “Azərişığ”ın SCADA sistemi ilə tanış olub (VİDEO)

25 Noyabr 2021, 11:10 (GMT +4)

Bakı, 25 noyabr, SalamNews. Rusiyanın Tatarıstan respublikasının “Şəbəkələr kompaniyası”nın baş direktoru İlşad Fardiyev “Azərişıq” ASC-nin Şimal-Qərb Regional SCADA İdarəetmə Mərkəzi ilə tanış olub.

Bu barədə SalamNews-a səhmdar cəmiyyətindən məlumat verilib.

Məlumata görə, İ.Fardiyev və onun rəhbərlik etdiyi nümayəndə heyətinə bu İdarəetmə Mərkəzi haqqında, həmçinin "Azərişığ"ın ölkədə, o cümlədən işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı tikinti, yenidənqurma və təmir işləri bərədə geniş məlumat verilib.

Qonaqlar yarımstansiyada quraşdırılan müasir qapalı paylayıcı qurğular və digər zəruri avadanlıqlarla tanış olublar. Nümayəndə heyətinə məlumat verilərək bildirilib ki, bu yarımstansiya vasitəsilə Şamaxı rayonunun 11, Ağsu rayonunun isə 5 yaşayış məntəqəsinin fasiləsiz və dayanıqlı elektrik təchizatı təmin olunub. 10 mindən çox abonentin elektrik enerjisi təminatı daha da yaxşılaşdırılıb.

Qeyd edilib ki, burada qurulan sistem vasitəsilə, Şimal-Qərb Regional İdarəetmə Mərkəzinə daxil olan 7 şəbəkə üzrə onlayn informasiyaları və operativ məlumatları həm bu idarəetmə mərkəzinə, həm də Bakıdakı Mərkəzi Dispetçer Xidmətinə ötürmək mümkündür. SCADA İdarəetmə Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olan İ.Fardiyev Azərbaycanda müasirləşdirilən elektrik şəbəkəsinin imkanlarını yüksək qiymətləndirib.

Daha sonra Tatarıstandan gələn nümayəndə heyəti ilə yerli mütəxəssislər arasında fikir mübadiləsi aparılıb. İki ölkənin elektrik şəbəkəsində qurulan yeni sistemlər barədə qarşılıqlı müzakirələr edilib.

 



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

19 Avqust 2022, 01:59 (GMT +4)
Avropa Liqası: Pley-off mərhələsi başlayıb

18 Avqust 2022, 23:33 (GMT +4)
“Sumqayıt” Serbiya klubunun hücumçusu ilə güclənib

18 Avqust 2022, 23:00 (GMT +4)
Azərbaycan İslamiadanı 99 medalla başa vurub

18 Avqust 2022, 19:48 (GMT +4)
Azərbaycan karateçiləri İslam Həmrəyliyi Oyunlarında daha 3 medal qazanıblar

18 Avqust 2022, 19:22 (GMT +4)
DÇ-2022 üçün satılmış biletlərin sayı müəyyənləşib

18 Avqust 2022, 19:06 (GMT +4)
“Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası” yeni mərhələyə qədəm qoyur

18 Avqust 2022, 18:30 (GMT +4)
Azərbaycanın İslamiadada qazandığı qızıl mealların sayı 27-yə çatıb

18 Avqust 2022, 18:00 (GMT +4)
Baş Prokuror Şamaxıda vətəndaşları qəbul edib

18 Avqust 2022, 17:50 (GMT +4)
Qəbələ rayonunda Bunud-Həzrə avtomobil yolu yenidən qurulub

18 Avqust 2022, 17:42 (GMT +4)
Orban: Ukraynadakı münaqişə Qərbin hökmranlığı dövrünü sona çatdıracaq

18 Avqust 2022, 17:36 (GMT +4)
AQTA: Azərbaycanda 18 uşaq bağçasında qida ilə bağlı 158 nöqsan aşkarlanıb

18 Avqust 2022, 17:24 (GMT +4)
Ermənistan Azərbaycanla sərhəddə keçid məntəqələri yaradacaq

18 Avqust 2022, 17:18 (GMT +4)
Şirvanda yataqxana sakinlərinə bıçaqla xəsarət yetirməyə çalışan şəxs həbs olunub

18 Avqust 2022, 17:13 (GMT +4)
“Nar” Quba və Mingəçevirdəki abunəçilərinin görüşünə gəlir

18 Avqust 2022, 17:06 (GMT +4)
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin sədri vətəndaşı qəbul edib

18 Avqust 2022, 16:56 (GMT +4)
Lvovda Ərdoğan və Zelenski arasında danışıqlar başlayıb

18 Avqust 2022, 16:44 (GMT +4)
Bakıda beynəlxalq tibb sərgisi keçiriləcək

18 Avqust 2022, 16:32 (GMT +4)
Politico: ABŞ Rusiya ilə yaxınlaşacağı təqdirdə şirkətlərinə Türkiyəni tərk etməyi tövsiyə edə bilər

18 Avqust 2022, 16:32 (GMT +4)
AK Rusiyaya qarşı viza məhdudiyyətlərini müzakirə etmək planlarını təsdiqləyib

18 Avqust 2022, 16:20 (GMT +4)
"Azərsu” sədrinin I müavini Qusarda vətəndaşları qəbul edib

18 Avqust 2022, 16:08 (GMT +4)
AQTA: 13 heyvan kəsimi məntəqəsinin sahibi cərimələnib

18 Avqust 2022, 16:07 (GMT +4)
İosif məqbərəsinin atəşə tutulması nəticəsində 18 yaşlı fələstinli həlak olub

18 Avqust 2022, 15:56 (GMT +4)
Bakıdakı Beynəlxalq Müdafiə sərgisində 26 ölkədən 200-dən çox şirkət iştirak edəcək

18 Avqust 2022, 15:46 (GMT +4)
Müəllim, direktor və müavinlərinin maaşlarına aylıq əlavələr müəyyən edilib

18 Avqust 2022, 15:34 (GMT +4)
Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun yeni görüntüləri yayılıb (VİDEO)

18 Avqust 2022, 15:24 (GMT +4)
Qazaxıstan prezidenti avqustun 24-də Azərbaycana səfər edəcək

18 Avqust 2022, 15:19 (GMT +4)
Dieqo Simeonenin oğlu “Napoli” ilə anlaşıb

18 Avqust 2022, 15:12 (GMT +4)
İran hərbi nümayəndə heyəti Ağdam rayonunda olub

18 Avqust 2022, 15:00 (GMT +4)
Politico: Ukrayna Avropadan hərbi dəstəyi itirir

18 Avqust 2022, 14:50 (GMT +4)
Azercell-in dəstəyilə hazırlıq keçən şagirddən daha 1 bürünc medal

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66