Somali paytaxtında məktəb yaxınlığında partlayış törədilib, azı səkkiz ölü var25 Noyabr 2021, 12:02 (GMT +4) Bakı, 25 noyabr, SalamNews, B.Samid. Somalinin paytaxtı Moqadişo şəhərində bir məktəbin yaxınlığında törədilən partlayış nəticəsində aralarında şagirdlər də olmaqla 8 nəfər ölüb.
SalamNews Anadolu.Arabic-ə istinadla xəbər verir ki, bu barədə Somalidə hərbi mənbələr məlumat veriblər.
Bildirilib ki, Moqadişo şəhərində bir məktəbin yaxınlığında törədilən partlayış nəticəsində aralarında şagirdlər də olmaqla 8 nəfər ölüb və 17 nəfər yaralanıb.
“Əş-Şəbab” qruplaşması dərhal bu hücumu üzərinə götürüb və buradan keçən Qərb hərbi müşavirlərini hədəfə aldığını iddia edib.
Hücum nəticəsində yaralananların bəzilərinin vəziyyəti ağır olduğundan, ölənlərin sayı arta bilər.
|