Suriya hökuməti 10 ildən sonra Ərəb Dövlətləri Liqasına qayıdır27 Noyabr 2021, 11:21 (GMT +4) Bakı, 27 noyabr, SalamNews, B.Samid. Ərəb Dövlətləri Liqasının gələn ilin əvvəllərində keçiriləcək toplantısına rəsmi Dəməşqin də qatılacağı gözlənilir.
SalamNews xəbər verir ki, bu barədə Əlcəzairin prezidenti Əbdülməcid Tabun ölkə mətbuatına açıqlamasında məlumat verib.
Əlcəzair prezidenti bildirib ki, gələn yaz fəslində ölkədə keçiriləcək Ərəb Dövlətləri Liqasının toplantısına Suriyanın da qatılacağı gözlənilir.
Qeyd edək ki, 2012-ci ildə Qətərin paytaxtı Dohada keçirilən ƏDL-in toplantısında rəsmi Dəməşqin kürsüsü müxalifətə verilib. Son üç ildə bir neçə ərəb dövləti Suriyaya qayıdaraq Dəməşqdə səfirliklərini yenidən açıblar.
|