Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

DSX-nin helikopterinin qəzaya uğraması nəticəsində şəhid olanlarla vida mərasimi keçirilir

01 Dekabr 2021, 12:10 (GMT +4)

Bakı, 1 dekabr, SalamNews. Ötən gün Dövlət Sərhəd Xidmətinin (DSX) Mi-17 tipli hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması nəticədə şəhid olan 14 hərbi qulluqçu ilə vida mərasimi başlayıb.

SalamNews-un xəbərinə görə, mərasim DSX-nin “Sərhədçi” İdman Kompleksində keçirilir.

Mərasimdə dövlət rəsmiləri, mərhumların ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri noyabrın 30-da Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Nəticədə 14 nəfər şəhid olub, 2 nəfər yaralanıb.

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə Baş Prokurorluğun və Dövlət Sərhəd Xidmətinin rəhbərliyinin, eləcə də məhkəmə-ballistik, məhkəmə-texniki-yanğın və məhkəmə-tibb ekspertlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, Müdafiə Nazirliyindən cəlb olunan mütəxəssis tərəfindən "qara qutu"nun götürülməsi təmin edilməklə hazırda onun tədqiqi aparılır.

Qəza nəticəsində şəhid olanların adları:

1. polkovnik Cavadov Fizuli Əli İbram oğlu;

2. polkovnik Nəzirov Emil Nəzir oğlu;

3. mayor Həsənov Elmir Mircəlil oğlu;

4. mayor Əhmədov Elbrus Səmrəddin oğlu;

5. mayor Mayılov Emil Şahid oğlu;

6. mayor Məmmədov Murad Yaşar oğlu;

7. mayor Əliyev Emil Elman oğlu;

8. tibb xidməti kapitanı Əhmədxanov Ceyhun Xanlar oğlu;

9. kapitan Bayramlı Cavid Əhliman oğlu;

10. kapitan Əliyev Xəyyam Əlixan oğlu;

11, kapitan Qaraisayev Teymur Ənvər oğlu;

12. leytenant Süleymanov Abdulla Telman oğlu;

13. baş leytenant Nağıyev Fərid Təyyar oğlu;

14. işçi Nəbiyev Elçin Fikrət oğlu.



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

28 Sentyabr 2022, 22:30 (GMT +4)
Taekvandoçumuz Avropa çempionu olub

28 Sentyabr 2022, 21:45 (GMT +4)
İstanbul derbisinin hakimləri açıqlanıb

28 Sentyabr 2022, 21:22 (GMT +4)
I Divizion: "Araz Naxçıvan" "Sumqayıt"ı darmadağın edib, "Mingəçevir" "Şamaxı"ya uduzub

28 Sentyabr 2022, 21:16 (GMT +4)
Müdafiə Nazirliyi: Ermənistanın atəşkəsin Azərbaycan tərəfindən pozulması barədə məlumatları yalandır

28 Sentyabr 2022, 19:50 (GMT +4)
MN: Ermənistan tərəfinin açdığı atəş nəticəsində hərbi qulluqçumuz yaralanıb

28 Sentyabr 2022, 18:00 (GMT +4)
AAYDA: Bakının Cavanşir küçəsi təmir edilir

28 Sentyabr 2022, 17:59 (GMT +4)
Lionel Messi Ronaldonun rekordunu təkrarlayıb

28 Sentyabr 2022, 17:48 (GMT +4)
Bu ilin 6 ayında 17 528 nəfəri heyvan dişləyib

28 Sentyabr 2022, 17:38 (GMT +4)
Son sutkada Azərbaycanda 164 nəfər koronavirusa yoluxub, 3 nəfər ölüb

28 Sentyabr 2022, 17:28 (GMT +4)
Zaqatalada narkotacirdən odlu silah götürülüb

28 Sentyabr 2022, 17:23 (GMT +4)
"Fənərbaxça" müdafiəçisi ilə yollarını ayırıb

28 Sentyabr 2022, 17:20 (GMT +4)
Binəqədi rayonunda şəhidlərin əziz xatirəsinə Memorial Kompleksin açılışı olub (FOTO)

28 Sentyabr 2022, 17:15 (GMT +4)
ABŞ-ın Moskvadakı səfirliyi öz vətəndaşlarını dərhal Rusiyanı tərk etməyə çağırıb

28 Sentyabr 2022, 17:15 (GMT +4)
İraq İranın səfirini Bağdadda XİN-ə çağırıb

28 Sentyabr 2022, 17:00 (GMT +4)
Bakıda qadının boğazından 3200 manatlıq qızıl boyunbağı qoparılıb

28 Sentyabr 2022, 16:50 (GMT +4)
Bakının Üzeyir Hacıbəyov küçəsində velosiped üçün duracaqlar təşkil edilib

28 Sentyabr 2022, 16:40 (GMT +4)
Şuşa mənzil-kommunal və təmir xidmətinin inzibati binası bərpa olunur

28 Sentyabr 2022, 16:30 (GMT +4)
İlham Əliyev və Mehriban Əliyeva Şuşada Mehmandarovların malikanə kompleksindəki bərpa işləri ilə tanış olublar (FOTO)

28 Sentyabr 2022, 16:26 (GMT +4)
Bağdadda Sədrin tərəfdarları ilə polis arasında yenidən toqquşma olub, yaralananlar var

28 Sentyabr 2022, 16:25 (GMT +4)
Prezident Şuşada yeni yaşayış kompleksində tikinti işlərinin gedişi ilə tanış olub

28 Sentyabr 2022, 16:20 (GMT +4)
Baş Prokurorluqda qanvermə aksiyası keçirilib

28 Sentyabr 2022, 16:13 (GMT +4)
Lavrov: Rusiya öz tarixində taleyüklü mərhələni yaşayır

28 Sentyabr 2022, 16:03 (GMT +4)
Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 693 mini keçib

28 Sentyabr 2022, 15:53 (GMT +4)
MN: Azərbaycan, Türkiyə və Gürcüstün xüsusi təyinatlılarının təlimi keçiriləcək

28 Sentyabr 2022, 15:45 (GMT +4)
MN: Azərbaycan ilə Gürcüstan arasında hərbi əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub

28 Sentyabr 2022, 15:40 (GMT +4)
Nazirlik: Səbuhi Əhmədovun qardaşı şəhid ailəsi statusuna aid deyil

28 Sentyabr 2022, 15:37 (GMT +4)
Federiko Valverde "Real"ın ən yaxşı futbolçusu seçilib

28 Sentyabr 2022, 15:33 (GMT +4)
Kreml «DXR», «LXR» və iki regionun qoşulmasından sonra Rusiyanın büdcəsinin perspektivlərini qiymətləndirib

28 Sentyabr 2022, 15:27 (GMT +4)
İsrail təyyarələri yenidən Livanın hava məkanını pozub

28 Sentyabr 2022, 15:18 (GMT +4)
MN: Təxribat məqsədilə Kəlbəcər istiqamətində basdırılan növbəti minalar zərərsizləşdirilib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66